Qadin.NET / Gecdi daha...

Gecdi daha...

 

Gecdi daha...



 

Yağışlı,küləkli bir payız günü idi.Belə havada küçədə tək-tək adam görmək olardı.Xəsta anası ilə tək yaşayan Günel isə havanın soyuqluğuna,küləyə baxmayaraq küçədə idi.Butulka şüşələri yığar və bunu satıb qazandığı qəpik-quruşla evə dönərdi.Gündəlik qazancı nəinki dərmanlara,bəzən heç quru çörəyə də çatmazdı.

5-ci sinifdə oxuyarkən atasının qəfil dünyadan köçməsilə onun həyatı tamamən dəyişdi.Nə qardaşı,nə də böyük bacısı yox idi.Bu şəhərdə qohumları da yox idi heç.Anasına baxmağa məcbur idi.Elə həmin dərs ilini başa vurandan sonra daha məktəbə getmədi.Necə gedəydi ki,dərsliklərə,məktəbli geyiminə(hələ məktəbdə yığılan pulları demirəm),hamısına pul lazım idi.Pul..Pul..Yaşamaq üçünsə gündəlik bir quru çörəyə möhtac olanda məktəb,təhsil yada da düşmür.Halbuki atası sağ olanda onun ən böyük arzusu həkim olmaq idi.Gözünü açandan anasını xəstə gördüyündən bu arzu yaranmışdı içində.Uşaq düşüncəsiylə hələ 1-ci sinifdə oxuyanda anasına demişdi:-“Ana,gözlə,mən böyüyüb həkim olanda səni sağaldacam.”

Atasının ölümündən düz 5 il keçirdi.Dünən atasının ölümünün ildönümi idi.Anası hər il oduğu kimi yenə də qonşulara paylamaq üçün halva çalmaq istəyəndə evdə heç nə tapmadı.Pul da yox idi.İçin-için ağlayanda Günel öz həyatına,kasıblığa nifrət etdı.İndi beynində doğan yeni arzu-daha çox pul qazanmaq idi.Amma necə?Oğurluq etsin?Axı tutulsa anası dərddən ölməzdimi?Onun pul qazanmaq istəyi anasına görə olduğu halda onu niyə dərdə salmalıydı ki?

Bu fikirlərlə başı aşağı,ayaqlarını sürüyərək yolu keçmək istəyirdi ki,az qala maşın vuracaqdı onu.Tünd rəngli,şüşələri də tünd xarici maşın idi.

-Gözün görmür?Yola bax da..-Sürücünün səsinə diksinib ayıldı.

-Bağışlayın..Bağışlayın..-güclə deyə bildi.Öz səsini özü də eşıdə bilmədi.Birdən sürücünün yanında oturan (maşının pəncərəsi tünd rəngli olduğu üçün üzü görünmürdü hələ) pəncərəni açdı.Təxminən 40- yaşlarında tünd eynəkli,yaraşıqlı bir kişi idi.Hərəkətlərindən,sürücünün onunla danışığından hiss olunurdu ki,yüksək rütbəli dövlət məmurudu.

Pəncərənin qəfil açılması qızı diksindirdi.Onsuz da bir az ürkək olmuşdu son zamanlar.Atası yuxusuna girirdi tez-tez,buna görəydi bəlkə də..

Maşında əyləşən kişi onu görəndə təəccübləndi.Nimdaş,çirkli geyimdə,saçları dağınıq bu balaca qıza diqqətlə baxanda ondakı ilahi gözəlliyi görmək olurdu.Mavi gözlər,nazik qaşlar,dağıniq da olsa uzun,sarı saçlar,düz qamət-beləsini o ömür boyu görməmişdi.Soruşdu:-

-Sən bu havada hara gedirdin?Bu yağışlı havada səndən başqa küçədə kimsə yoxdu.

-Mən hər gün burdan keçirəm,gündəlik çörək pulu qazanıram.Yığdığım butulkaları bax,burdakı(yaxınlıqdakı kafeni göstərdi) əmiyə verirəm.O da pul verir,o pula çörək alıram.

Kişi maşından düşüb həmin kafeyə getdi.Qızı da özü ilə apardı.Sürücüsü isə maşında gözlədı.

Adamın-adı Sahib idi,- pis niyyəti yox idi.Qıza çox yazığı gəlmişdi.Həm də pis insana oxşamırdı.15-16 yaşlı qızcığaza nəyisə məcbur edəcək dərəcədə vicdansız biri isə heç ola bilməzdi.Məqsədi-onun dərdini dinləmək,kömək etmək idi.Günel əvvəl qorxsa da,onun mehruban rəftarını görüb razılaşdı.

Təxminən 2 saat biryerdə oturub çay içib söhbət etdilər.Günelə hələ kim olduğunu demədi.

Onun yetim,xəstə anasına təkbaşına baxmaq.buna görə təhsilini də atmaq məcburiyyətində qaldığını eşidəndə ürəyi sızladı.Kənddə keçən uşaqlıq illərini xatırladı.Bu yerə o heç də asanlıqla çatmamışdı.Günel danışdıqca ürəyində özünə söz verdi ki,bu qıza,onun ailəsinə kömək edəcək.Allah xatirinə.

Ondan ayrılanda Günelin gözləri gülürdü.Atasının ölümündən sonra ilk dəfəydi ki,o qayğısız,həyatsevər olmuşdu bir an içində.

Evə gəlib sevinə-sevinə qapıni bərk-bərk,dayanmadan döydü,sevincini anasıyla bölüşməyə tələsirdi.Günelə bazarlığı Sahibin tapşırığı ilə sürücüsü etmişdi və evlərinə qədər də sürücü gətirdi.Axı yükü çox ağır idi,tək gətirə bilməzdi özü.Anasına və özünə isti geyimlər,bir həftəlik ərzaq və s.almışdı.Bu ərzaqla bir həftə evdən bayıra çıxmasaydı belə rahat dolanmaq olardı.Daha bu soyuqda küçələrə çıxmalı olmayacaqdı.Ayrılanda Sahib öz nömrəsini də ona verib tapşırmışdı ki,lazım olsa mütləq zəng etsin.Elə həmin kafedə görüşəcəkdilər.Şəhərin ən kasıb məhəlləsində kimsənin gəlib-getmədiyi bir kafedə onsuz da onu görən,tanıyan olmayacaqdı..

-Ana,bax gör necə yaraşır?Rəngimə düşür?-güzgünün qarşısında aldığı geyimləri bir-bir geyinib -soyunduqca anasına bu sualları verirdi.

-Mənim gözəl qızıma al da yaraşır,şal da.-dili deyirdi.Amma qəlbində şübhə vardı.Beynindəki fikirlər onu rahat buraxmırdı.Tanımadıqları bu adam kim idi?Axı onlara qarşı niyə bu qədər səxavətli idı?Bu köməyə qarşılıq olaraq nəsə istəyəcəkdimi?Ona nə lazım idi?

Anasının qəlbindən keçənləri Günel onun gözlərindən oxudu.

-Ehh,ana.Səni qınamıram,dedi-5 ildi bizim bu vəziyyətimizə göz yuman qohumlardan kömək görmədiyinçün bu xeyirxahlığa təəcccüblənirsən.Amma yaxşı insanlar hələ də var,ana.Onu Allah özü göndərib bizim üçün.

-Nə bilim,qızım.Sənə görə qorxuram.Mənim tək varlığım sənsən.

-Qorxma,hər şey yaxşı olacaq.Niyə dayanmısan?Qalx,dünən halva çala bilməyib elə hey ağlayırdın.İndi hər şeyimiz var.Qalx,halva çal,birlikdə çay içək.Axşam da qonşulara paylayarıq.

...Bir neçə il keçdi.Günel bir az da böyümüş,gözəlliyi daha da artmışdı.Sahibin  köməyilə anasını müalicə etdirmiş,yeni tikilmiş binada bir mənzilə köçmüşdülər.5 il məktəbdən ayrı düşdüyü üçün təhsilinə davam edə bilməzdi,heç çatdırmayacaqdı onsuz da.Həkimlik arzusu ürəyində qalsa da heyfsilənmirdi o qədər də.Əsas arzusuna çatmışdı.Anasını təmin edə bilirdi.Özü də gözəllik salonunda işlədi bir müddət.Artıq 18 yaşı vardı.Aradan keçən bu 3 ildə dəyişən yalnız maddi vəziyyəti deyildi.Ruhu,daxili,düşüncələri də dəyişmişdi.8 il əvvəlki-hələ atası sağ olanda,məktəbə gedəndə arzuları təxminən belə idi-yaxşı oxumaq,Tibb universitetinə qəbul olmaq,daha sonra həkim olmaq. O zaman uşaq olduğu üçün sevgi və ailə haqda düşünmürdü.

İndi isə-nə işləmək,nə də uşaqlıq arzularının heç biri daxil deyildi bu arzulara.Onun yeni arzuları-yaxşı yaşamaq,rahat,tam təmin olunmuş şərait,asan həyat tərzi və dəblə ayaqlaşmaq idi.Öz yaşıdları olan gənclər onu maraqlandırmırdı.Daha təcrübəli,daha pullu birini düşünürdü.Ona bu illərdə təmənnasız kömək edən adamı-Sahibi düşünürdü.Bir tərəfdən də ona çox öyrəşmişdi.Həm də ona elə gəlirdi ki,onu sevməyə başlayır.Bu hisslərini ona da hiss etdirmişdi arada.Əslində Günel onu ilk görən gündən ağlını almışdı Sahibin.Yaşının azlığına və etdiyi xeyirxahlığını təmənnalı olduğunu düşünməsinlər deyə bu illərdə susmuşdu.İlk addımı Günel atıb öz hisslərini göstərməyə başlayanda o da cəsarətə gəlib qəlbini ona açdı.Ona kəbinli arvadı olmasını təklif etdı.Evli olduğuna görə rəsmi nigah mümkün deyildi.Günel təbii ki,razılaşdı.Bu onun çoxdankı arzusu idi.

Bir ilə yaxın idi ki,bir yerdə yaşayırdılar.Günelin ayrıca evi,maşını vardı.Sahib işlə əlaqədar xarici ölkələrdə çox olurdu.Hər dəfə hansısa ölkəyə getmədən əvvəlki gecəni və qayıtdıqdan sonrakı gecəni Günelin evində qalırdı.Getmədən əvvəl və gəldiyi gün ilk onu görməli idi.Onunla nəfəs alırdı artıq.Başqa günlərdəsə çox zaman gecəni öz evində keçirərdi.Günellə adətən gündüz görüşərdi.Ailəsində şübhə oyatmamaq üçün.Tək ailəsində deyil,öz ətrafında da.

Telefon zəng çaldı.Yuxulu-yuxulu dəstəyi götürdü.

-Sabahın xeyir,əzizim.Bu gün evdə ol.Sabah yenə səfərim var.Bu günümü ancaq sənə ayırmaq istəyirəm.

-Aha..Yaxşı.- yuxulu halda cavab verdi.

Onsuz da daha işləmirdi.İşi-gücü gözəllik salonu,idman zalı,marketə getmək,alış-veriş etmək idi.Hərdən anasına da baş çəkirdi.Rəfiqələri az idi.O da anasının qonşuları olan qızlar idi.İstəmirdi Sahiblə münasibətlərini kimsə bilsin.Ona görə çox adamla yaxınlıq etmirdi.

Sahib Güneli çox sevirdi.Onunla o da özünü gənc oğlan kimi hiss edirdi.Deyirlər-Sevgi də qızılca xəstəliyi kimidir.Nə vaxtsa baş verməlidir.Gəncliyində sevməyən qocalıqda da olsa sevəcək.O da öz sevgisinə həyatının 2-ci baharında rast gəlmişdi.Uşaqlıq və gənclik illəri çox acı keçmişdi.Gözünü açandan ailə ağırlığını üzərində hiss etmiş,həyatdan,gənclikdən,hətta tələbəlikdən belə zövq ala bilməmişdi.Universitetdə oxuyarkən illərin necə gəlib-keçdiyindən də xəbəri olmadı.Həm oxuyur,həm işləyirdi.Rayondan gəlib şəhərdə yaşamaq çətin idi.Həm də belə çətin bir zəmanədə.Həyat yoldaşı ilə bir qrupda oxumuşdular.Düzü evlənmə təklifi elə qızın ailəsi tərəfindən gəlmişdi.O da razılaşmışdı.Yaxşı qız idi.Tərbiyəli,sakit.Elə onun özünü də şəhər oğlanlarının çoxundan fərqləndiyi üçün-içki,siqaretdən uzaq olması,tərbiyəsinə görə seçmişdi qaynatasıyla qaynanası.Bu mərtəbəyədək yüksəlməsində onların da rolu az olmayıb.Elə yoldaşından da həmişə razı olub.Bu səbəbdən də onun qəlbini qırmaq istəmirdi..Hər şeyi atıb Günelin yanında tamamən qala bilmirdi.Qarşısını kəsən-ailəsi idi.Günel də bunu başa düşür və onu belə qəbul edirdi.Əsas odur ki,Sahibin qəlbini ələ ala bilmişdi.Qəlbi ancaq Günelə aid idi.Elə bu da bəs idi ona.

...Son zamanlardasa çox dəyişilmişdi Günel.Nə istədiyini özü də biımirdi heç.Həmin günü birlikdə keçirdilər.Səhər tezdən sürücü Sahibi aeroportda yola salandan sonra qayıtdı.O olmayanda sürücünün “vəzifə”si-Günel “xanım”ın istəklərini yerinə yetirmək olurdu.Bazar-dükana getmək,anasıgilə aparmaq və s.

Əvvəlki sürücü rəhmətə getdiyi üçün onun oğlunu işə götürmüşdü Sahib.Yeni sürücü çox gənc idi.20-21 yaşı ancaq olardı.Əsgərlikdən yeni gəlmişdi.Adı Anar idi.

Qapı döyüldü.Günel elə gecə geyimində qapını açdı.

-Xanım,nəsə lazımınız olacaqsa mən hazır.

Tez-tez bu sualı eşitsə də indi cavab verməyə tələsmədi.Həmişə bu suala cavab olaraq əlində hazır tutduğu bazarlıq siyahısını sürücüyə verib kəlmə belə kəsmədən yola salardı.

İndi hələ düşünürdü..

-Xanım,nəsə lazımdı,ya mən gedim?Lazım olanda çağırarsınız.

-Yox,getmə.İçəri keç.-dedi Günel.

Anar bu təklifi gözləmirdi.O artıq 6 ay idi ki,bura gəlirdi iş dalınca.Bir dəfə də olsa qapıdan içəri keçməmişdi.İndi xanım (Günelin adını belə heç vaxt çəkməmişdi) onu içəri-evə dəvət edirdi.Əvvəl duruxdu,keçməyə cürət etmədi.-Keç,keç.deyə Günel təkrar edəndə qapıdan içəri keçib dəhlizdə dayandı.Günelin siyahı ilə birlikdə qayitmasını gözlədi.Onun qayıtması uzun çəkmədi.Əynini dəyişmiş,bəzənmiş,ətirlənmişdi.Ətri özündən əvvəl otağa yayıldı.Əlində siyahı yox idi.

-Burda niyə dayanmısan?Ayaqqabılarını çıxar,keç içəri.

Məcbur qalan sürücü onun ardınca içəri keçdi.

-Səhər yeməyini yemisən?

Günel hər yaşda olan kişiləri vəcdə gətirən gözəlliyə malik idi.Ona “Yox”demək olmurdu.Həm də onun açıq-saçıq hərəkətləri Anarı çaşdırdı.Bilmirdi nə etsin,nə danışsın.

Handan hana cavab verdi:

-Yox,xanım.Aeroporta gecikməyim deyə yuxudan oyanan kimi maşını götürməyə getdim.Yeməyə vaxtım olmadı.

-Lap yaxşı.Onda birlikdə yeyərik.Sənə öz əlimlə səhər yeməyi hazırlayacam.Bazar-dükana,alış-verişə də birlikdə gedəcəyik.Bu gün tamamən mənim ixtiyarımdasan,-gözlərini süzdürüb gülümsəyərək dedi.Sonra da əlavə etdi:-Çox darıxıram..

Anar ilk günlərdə çox sıxılsa da Günelin bu yaxınlaşmasından sonralar özü də dəyişdi.Müraciəti də.Artıq Günelə “Xanım” yox, “Həyatım” deyirdi.

 

 

...Sabah Sahib qayıdacaqdı.Günel görünür bunu unutmuşdu.Yoxsa Anara sabahkı günün proqramını,birlikdə keçirəcəkləri növbəti gün haqda planlarını danışmazdı.Bayaq nədənsə unutdu desin.Zəng etdi.

-Hardasan,Ürəyim,-Günel ona belə müraciət edirdi,-darıxıram ee.Yarım saatdı ayrılmışıq.Amma elə bil 2 gündür görmürəm səni.Axşam neçədə gələcəksən?

-Gələ bilməyəcəm.

-Niyə???Nə oldu birdən-birə?

-Sabah səhər Onu qarşılamağa gedəcəm.(Günellə görüşəndən bəri Sahibin adını dilinə gətirməyə belə utanırdı)

-Aaa.Sabah gəlir?Nə tez??-heyfsiləndi.

-Həə.

Əslində heç də tez deyildi.Əksinə həmişə getdiyindən 3gün də artıq qalmışdı.Sadəcə Günelin başı sevgi macərasına elə qarışmışdı ki,onun yolunu heç gözləmirdi də əvvəlki kimi səbirsizliklə.

Bir neçə ay ötdü.Səfərlər hər dəfə ən azı 5 gün,ən çoxusa 2 həftə çəkirdi.Günel darıxmırdı daha.Onu Anarı vardı axı .İndi onların münasibətləri-yalnız gəzintilər,romantik görüşlərdən ibarət deyildi.Çox vaxt Anar Günelgildə gecələyirdi.

Son zamanlarda Sahib Güneldə bikeflik,dəyişiklik,soyuqluq hiss edirdi. Əvvəllər səfərdən dönəndə Günel onun boynunu qucaqılayıb dəqiqələrlə buraxmazdı.Öpər,hey öpərdi..İndisə sanki özünü məcbur edirdi onu öpməyə.Ondan şübhələnsə də bir söz soruşmadı.Bunu onun tək qalıb darıxmasına,incikliyə yozurdu.Fikirləşdi ki,-bəlkə mənim yoxluğum,tez-tez onu yalnız buraxdığımçün məndən inciyib..Amma bu gün səhər onu yatmış hesab edən Günelin telefonda kiminləsə gizlin danışması,günlərdən bəri keçməyən soyuqluğu,özünə qapanması onu şübhələndirdi.Yenə də susdu,bir söz soruşmadı..Bu axşam yola düşməli idi yenə.Axırıncı günü mübahisə etmək istəmədi.Axşamadək yarımçıq qalan işlərini həll edib yola düşməli idi.İşləri çox idi.Günellə indi vidalaşıb çıxacaqdı.

-Hələlik,əzizim.Özünə yaxşı bax.Özünü qoru.Sən mənim Birdənəmsən.Bilirəm səni tez-tez yalnız buraxdığıma görə acıqlısan mənə.Amma nə edim? İşimdi bu mənim.Bu dəfə çalışacam daha tez qayıdım.Fikir eləmə heç nəyə görə.Sağ ol..-deyib onu bərk-bərk qucaqladı və evdən çıxdı.

Onun çıxmasıyla Günel tez telefonu götürüb Anara mesaj yazdı:-“Ürəyim,o gedir.Sabah yox,elə bu axşam gəl.Onu yola salan kimi..Gecikmə.Tez gəl..”

Anar həyətdə maşının yanında Sahibi gözləyirdi.Günelin mesajını oxuyan kimi axşamın daha tez gəlməsini arzuladı.

Axşam Sahibi aeroportda düşürüb geri qayıtdı Günelin evinə.O gedəndən sonra aeroportda dedilər ki,uçuş təxirə salınib.Bu gün axşam yox,sabah axşama qaldı.Bayaqdan saatlarla uçuş gözləyən sərnişinlər hefsilənsə də Sahib buna sevindi.Ailəsi ilə dünəndən sağollaşıb çıxmışdı.İndi Günelin yanına tələsiridi.Onunla bərabər keçirmək üçün bir günü də vardı.Zəng etmək istəsə də fikrini dəyişdi.Oyatmaq istəmədi.Həm də bu sürpriz olacaqdı..Heç qapını da döymədi.Öz açarı vardı.Bir neçə dəqiqədən sonra qapını açıb içəri keçəcək,Günelin yanında ona  sarılıb uzanacaqdı.Ancaq sarılmaq,onun saçlarını oxşamaq,qoxusunu almaq..-bu bəs idi ona.

Qapını açdı..Asta addımlarla,Güneli oyatmamaq üçün yataq otağına keçdi......Və............

Səhər açıldı.Anar işə tələsirdi.Maşını götürməyə.Gunelsə yatağı yığışdırırdı ki,bir azdan ev işlərini tamam bitirib anasıgilə gedəcəkdi.Dünən ona söz vermişdi gələcəyini.

Anar iş yerinə gəldi.Hələ yoldaykən Sahibin səfərinin təxirə salındığını eşitdi.Maşını qarajdan götürmək istəyəndə ona dedilər ki,artıq işdən azadsan.açarları da təhvil aldılar.

Bu zaman Günel yatağını yığışdırarkən yazılı bir kağız tapdı.Kağızda yazılmışdı:-“Səni dəyişdiyimi düşünürdüm.Sənə nə etdimsə səni qane etmədi.Təəssüf..Düşünmə ki,mənə pislik etdin.Məni yox,öz ruhunu satdın şeytana.Menimçün artıq menim olmayan birisən.Öz həyatını bir zaman səni çıxardığım "bataqlıqda" davam edə bilərsən.Sənə uğurlar...!!!”Çox pis oldu.Peşman idi.Xəyanətindən daha çox ehtiyatsızlığına görə özünü danlayırdı.Nə edəcəyini bilmədi.Tez Anara zəng etdi.Telefonu bağlı idi.İş yerinə getdi.İşdən çıxarıldığını eşitdi.Bir də onu heç yerdə görmədi.Anasıgilə də getmədi.Bütün günü gəzib fikrini dağitmaqçün vaxtı keçirib axşam üstü  evə qayıdanda qapını aça bilmədi.Qıfıl çıxarılıb dəyişilmisdi.Artıq ev də onun deyildi...

..Bu hadisədən 2 il keçib.Günel yenə xəstə anası ilə birlikdə yaşayır.Anası əvvəllər müalicə alsa da sonradan müayinəyə getmədiyi üçün xəstəliyi yenidən baş qaldırmışdı.Günel başına gələnlərdən sonra əvvəlki iş yerinə-gözəllik salonuna qayıtmadı daha.

Yenə işsiz..Yenə xəstə anası və yoxsulluq..

Bu dəfə həqiqətən peşmandı.Öz xəyanətini bağışlamır özü də.Amma son peşmanlıq fayda verməz.Gecdi daha..

 

 



 

30 sentyabr 2010
GO BACK