Qadin.NET / Ibrətamiz hekayələr

Ibrətamiz hekayələr

Ən yaxşı bacardığın iş...

Bir dərzi, övliyadan soruşur: -"Allah tövbəni can boğaza gələnə qədər qəbul edər" hədisi nə deməkdir? Övliya suala sualla cavab verir və ibrətamiz bir söhbət alınır: -Sənətin nədir? -Dərziyəm. -Neçə ildir parça kəsirsən? -30 il. -Canın boğazına gələndə parça kəsə bilərsənmi? -Əlbəttə ki, yox. -Əgər canın boğaza gələndə ömür boyu gördüyün işdə aciz qalacaqsansa, görmədiyin bir işi necə yerinə yetirəcəksən?! Yaxşısı budur ki, vaxtında tövbə edəsən!

 

Səni ağladan nədir?

Böyük övliyalardan biri həcc zamanı İblisi Ərafatda gördü - zəifləmiş, bənizi solmuşdu, gözü yaşlı və pərişan bir halda idi. Övliya İblisi tanıyıb dedi: -Nə üçün gözün yaşlıdır? kim ağlatdı səni? -Ticarət fikri olmadan, sırf Allah rizası üçün həccə gələnlərin arzularının Allah tərəfindən qəbul edilməsindən qorxuram. -Yaxşı, səni zəiflədən nədir? -Hacıları gətirən atların inləmədən, kişnəyərək gəlmələrindən kədərləndim. Mənim yolumla gedənləri belə aparsaydılar, sevincimin həddi-hüdudu olmazdı. -Çox yaxşı, bəs bənizini solduran nədir? -Müsəlmanların ibadətlərinə davam etmələri və bir-birlərinə əl tutmaları. Əgər Allaha qarşı üsyanda köməkləşsəydilər, sevincim çoxalardı. -Səni çökdürüb, belini bükən nədir? -Bəndələrin “ya Rəbbi, Səndən son nəfəsdə kamil imanla ölməmi istəyirəm” deyə yalvarmasıdır. Halbuki mən onların dünyadan imansız getmələri üçün çalışmaqdayam. Allaha belə yalvaranların mənim nə üçün çalışdığımı anlamalarından qorxuram.

 

 

Ibrətamiz hekayələr

 

 

Böyüklərə hörmət

“İsra” surəsinin 23-cü ayəsində buyurulur: “Onları incitməyin, onlarla hörmətlə danışın.” (“Və la tənhərhuma və qul ləhuma qəvlən kərima”) İslam peyğəmbəri (s) buyurur: “Saçları ağarmış müsəlmana hörmət Allahı uca tutmaqdır.” (“Min iclalillahi iclalu zişşəybətil-muslim”/”Üsuli-kafi”, c.3, s.230) İmam Sadiq (ə) buyurur: “Yaşlılarımıza hörmət, kiçiklərimizə rəhm etməyən bizdən deyil.”(“Ləysə minna mən ləm yuvəqqir kəbirəna və yərhəm səğirəna”/həmin mənbə) İslam peyğəmbəri (s) buyurur: “Yaşlı kişi öz əhli arasında peyğəmbər öz ümməti arasında olduğu kimidir;(çünki) bərəkət böyüklərinizdədir.” (“Əşşəyxu fi əhlihi kənnəbiyyi fi ummətihi, əlbərkətu məə əkabirkum.”/”Vəzaifi-ma”, s.123)

 

Dilə nəzarətin səmərəsi

Bir şəxs həzrət peyğəmbərdən (s) ona yol göstərməsini istədi. Həzrət buyurdu ki, dilinə nəzarət etsin. Həmin şəxs ikinci dəfə tövsiyə istədi. Peyğəmbər (s) əvvəlki cavabını təkrarladı. Bu şəxs üçüncü dəfə də öz istəyinə eyni cavabı aldı. Tövsiyə istəyən şəxs təəccüblə dedi: - Ya Rəsulüllah! Dil məsələsi o qədər mühümdür ki, hər dəfə bunu tapşırırsınız? Peyğəmbər (s) buyurdu: - İnsanı dildən başqa üzü üstə cəhənnəm oduna atan başqa nə var?!

29 sentyabr 2010
GO BACK