Qadin.NET / Bir fincan süd

Bir fincan süd

Bir fincan süd
Bir jurnalı vərəqləyərkən maraqlı hekayəyə rast gəldim.Bu hekayə mənim çox xoşuma gəldiyindən, onu sizinlə bölüşmək istədim.

                                                                                    Bir fincan süd.

                            Ana balaca oğlunu məktəbə yola salmağa hazırlaşırdı.Çox kasıb olduqlarından evdə yeməyə heç nə yox idi. Zavallı uşaq evdən ac çıxdı və çox heysiz bir halda məktəbə yollandı.Aclığa dözə bilməyən uşaq bir evin qarşısında dayanıb qapını döydü.Qapını gənc bir qız açdı.Oğlan ondan yemək istəməyə utanıb:
           -Bacı,sizdə içməyə su olmaz?-dedi.Gənc qız görkəmindən uşağın ac olduğunu anladı və ona bir fincan isti,yağlı süd                    verdi.Oğlan südü içib,qıza təşəkkürünü bildirdi.
Bir fincan süd

          İllər keçdi.Həmin gənc qız,artıq ağır xəstəliyə düçar olmuş,orta yaşlı qadın idi.Həkimlər çıxış yolunu yalnız əməliyyatda görürdülər.Lakin bu əməliyyat çox bahalı və çətin idi.Hansı xəstəxanaya getsələr də,əməliyyatın çətinliyinə və onların ailəsinin maddi durumuna görə onu qəbul etmirdilər.Getdikləri sonuncu özəl xəstəxana heç bir əngəl yaratmadan onları qəbul etdi.Qadını əməliyyat etdilər.Əməliyyat çox uğurlu keçdi və qadın həyata qayıtdı.Ailəsi buna sevinsə də,çox narahat idi.Onlar təlaşla hesab kağızını gözləyirdilər.
    Hesab kağızını xəstəxananın sahibinə təqdim etdilər.O,kağıza qol çəkib, qəbzi qadının ailəsinə təqdim etmək üçün göstəriş verdi.Qadının ailəsi qorxu ilə verilən kağıza baxdı.Ödəniləcək məbləğin yerində yazılmışdır "Hesab bir fincan südlə ödənilmişdir."

Bu qadın illər öncə bir fincan südlə ac bir oğlanı doyurduğunu bəlkə də unutmuşdur.Həmin oğlan isə təhsil alıb,artıq çox imkanlı və ölkənin hər yerində tanınmış məşhur həkim olsa da o gənc qızı unutmamışdır.
11 dekabr 2012
GO BACK