Qadin.NET / Sevgilim (esse hekayə)

Sevgilim (esse hekayə)

Sevgilim (esse hekayə)



Pirvız Sadıqovun yaradıcılığı ilə artıq "ETİRAFSIZ BAŞLAYAN, İSTƏMƏDƏN BİTƏN sevgilərə!" şeri ilə tanışsınız.

Bu gün isə onun kiçik bir esse hekayəsini təqdim edirəm.


SEVGİLİM (esse-hekayə)


Səndən bir gün belə ayrı qala bilmirəm! Səni görmək üçün tələsirəm. Uzaqda olanda min cür bəhanə tapıb sənə can atıram. Gecə də olsa yolu gözümə alıb görüşünə gəlirəm. Sənə nifrət edirəm, amma özüm də bilmədən səni sevirmişəm.

Mənə hər bir pisliyi göstərdin.Mənim üçün ideal olan bəzi şeyləri gözüm önündə məhv elədin. Deyirəm eybi yox...Sevginin yolunda hər şeydən keçmək olar. deməsən də, hiss elətdirirdin ki, məni keçmiş xatirələrimə qısqanırsan. Xətrinə məhv elədim hamısını.Sənin göstərdiklərin mənim dostlarım oldu, seçdiyin insanlarla danışdım.Onlara inandım. Yanıldığımı gec bildim...

Sənə olan hisslərimi başa düşmürdüm! Özümü pak və təmiz sanırdım, amma səninlə tanışlığımızın ikinci ilində hiss elədim ki, çirkinləşmişəm.baxışlarım dəyişib, deyəsən sərt olmuşam. Ürəyimdə səni günahkar bilirdim. İndi mən bildirməsəm də, nifrət edirəm sənə. Səni qınayıram ki, mənə acı həqiqətləri qəbul etməyə məcbur elədin. Sübut elədin ki, səndən xoşum gəlməsə belə, sevməliyəm. Çünki qalan hər şey yalan imiş. Dostluqları, sevgiləri fani gördüm... Səndən ilhamlandım, səndən başladım yazmağa...İndi sənə çatmağıma az qalıb. Sevgilim, uzaqdan qırışmış simanı, eyni zamanda gənc kimi qaynarlığını və üzümə kinayə ilə baxıb "xoş gəldin" deməyini hiss edirəm...

Maşının pəncərəsindən işıqları sayrışan Bakını,sevgilimi görürəm... Bakı, səndən bir gün belə ayrı qala bilmirəm, səni görmək üçün tələsirəm. Acı həqiqətlərə tələsirəm!

12 avqust 2010
GO BACK