Qadin.NET / Baş rolda özüm (13-cü hissə)

Baş rolda özüm (13-cü hissə)

Baş rolda özüm (13-cü hissə)


Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

  İcazəsiz kopya edilməsi qadağandır!!!

Gözümü yumub dəbərmirdim bayaxdan. Ona görə yox ki, ya yuxum gəlirdi, ya da təyyarədən qorxurdum. Sadəcə qarşımda oturmuş Bərfimin Cengizin çiyninə başını qoymasını görmək istəmirdim… Xısın-xısın gülüşmələrini də eşitməmək üçün qulaqcıqları da salmışdım yüksək səslə rok dinləyirdim.

Hay-küylü səs anamgillə vidalaşmağımı xatırlamağıma mane olmurdu….Anam qucaqlamışdı məni ağlayırdı.

-Getmə…Səndən başqa kimimiz var ki indi?...

-Ana,tez-tez pul göndərəcəm…

-Pulunu neynirəm?Özün lazımsan…-Uşaq kimi burnunu çəkirdi…-Küsübsən məndən bilirəm.Xəstəxanadan qovdum səni ..

-Yox ay ana…İş üçün gedirəm,vallah-billah iş üçün gedirəm!

-Burda iş yoxdur? indiyənə qədər işlədiyin nə idi bəs?

-Həmin işdirdə elə, bir az da böyüdəcəyik. Daha çox pul qazanacam.

-Pulu neynirsən, ay oğul, biz də istəmirik. Yanımızda ol.

-Yanınıza da gələcəm. Bax odur Elnurəyə də başa salmışam hər gün danışacayıq. Pul da lazımdir. Sən rahat yaşa deyə, Elnurə rahat oxusun deyə lazımdır…”Bərfimin gözünə girim, Cengizdən üstün olum deyə lazımdır, yox vacibdir mənə pul…”

Son cümlələri ürəyimdə demişdim…Bərfim…Gözlərimi açdım.

Cengiz yatmışdı. Bərfim isə gözlərini mənə zilləmişdi. Nəzərlərimiz toqquşanda ani itirdi özünü. Sonra isə şirin-şirin gülmsədi…

Gözlərimi təzədən yumdum…Bu qızı başa düşmürəm. Heç başa düşmürəm. Və axmaq-axmaq da fikirləşirəm ki, çox pulum olsa Bərfim Cengizi yox məni sevər… Halbuki bir insan olaraq, qadın olaraq çözə bilmirdim onu, düşüncələrini.. Bərfim mənim ağlımın fövqündə idi. Və mən cahil isə onun diqqətini çəkmək üçün pul lazım olduğunu fikirləşirdim.

Mən ümumiyyətlə bunların yanına niyə düşmüşəm ki?? Cengizin şəriklik təklifimi dumanlandırmışdı gözlərimi? Ya Bərfimin “Səndən başqa heç kimim yoxdur!” deməsi?

Gözlərimi açdım. İndi Bərfim də yatmışdı.Rahat baxa bilərdim.

Onun ümumi quruluşu incə olsa da cizgiləri qabarıq idi.Bütün kürd qızları kimi hündür boyu, enli çiyinləri, əgər fikir verməsə (Həftədə 2 gün 3 saat idman zalında vaxt keçirirdi) dolu əndamı, geniş alnı,ətli dodaqları,xumar-xumar axan gözləri,uzun ayaqları və s.və i…

Yox,nə onun sözü,nə Cengizin təklifi ilə qoşulmamışdım onlara. Sadəcə bir gün görməsəydim havam çatışmırdı elə bil…Ona görə də sonradan onların arxasıyca getmək planından imtina etdim.

Cengizgil bal ayı adı ilə iki-üç gün əvvəldən məzuniyyətə çıxdı.Mən də sənəd-sünəd məsələsin düzüb-qoşdum.Zatən Cengiz hər şeyi planlaşdırmışdı əvvəldən.Şirkət satıldı.İşçilərin heç nədən xəbəri yox idi hələ.Bir-iki günə ofis tufana düşmüş gəmi kimi çalxalanacaqdı.Amma biz onda Əbu-Dabinin lüks otellərinin birində hovuzda ləzzətlə üzəcəkdik.

Kimsə qoluma toxundu.Diksinib gözlərimi açdım.Cengiz idi.Kəmərlərə işarə etdi sonra dönüb Bərfimə nəsə dedi.Şaqqıldayıb gülüşdülər.Daha doğrusu səslərin eşitmədim,güldüklərini gördüm sadəcə.

Qulaqcığları çıxartdım:

-Nə olub?

-Kəmərləri bağla,enirik.

-Yatmışdın?...-Gözlər yenə xumarlanmışdı…

-Təyyarə qulağında yatmışdı hə…-Yenə gülüşdülər.

İstədim deyəm sən də yatmısan amma təyyarə qulağında deyil,elə əsl fil qulağında..Amma demədim…Əvəzində başqa şey dedim:

-Siz də yatmışdız da.

-Həə…-Cengiz gərnəşdi-Şükür,sağ-salamat çatdıq.Əlvida,Bakı!

-Əlvida, çürüklər şəhəri!..-Yenə gülüşdülər…

-Balam nə tez! Həl qoy ayağınız dəysin Əbu-Dabinin isti qumuna sonra satın da vətini.

-Əsas budur ki, ayağımız ordan qalxsın, endirmək asandır burda.

Cengiz arvadına göz vurdu:

-Bax Elxanın xoşuna gəlmədi onun şəhərinə söz dedik, xixi…

-“Şəhərinə”,sizin şəhər deyil bəs?

Cengiz çiyinlərini çəkdi:

-Məlum məsələdir…

-Yox, bizim hardan olur? Birimiz yəhudi, birimiz kürd.

Cengiz də mənim kimi təəccüblə Bərfimə baxdı.

-Onda siz İsrailə gedin! Cengizin şəhəri orda var…

-Yəhudilər harda olsa pul qazana bilər, tək İsraildən başqa… Nəysə siyasətə qarışmayaq. Həm sənin belə patriot olduğunu bilmirdim, Elxan ağa!...-Yenə Bərfimə döndü, yenə gülüşdülər…

Əslində məni əsəbləşdirən şəhər məsələsi deyildi, onların bir-birinə olan mehribanlığı idi. İnsan necə həmişə eyni havadan zövq alar?!Heç olmasa savaşsınlar da arada! Cengiz Bərfimin xətrinə dəysin, ona kobudluq eləsin, xəyanət eləsin, vursun daha nə bilim nə..!

Bərfim də mənim qollarımın arasında təskinlik tapsın. Mən də saçlarını sığallayıb məsləhət verim, hər evlilikdə olar belə şeylər, ağlama deyim. O da yox artıq bizimki Cengizlə bitdi, qurtardı, birdəfəlik ayrılacam ondan! Desin. Səni gözümün qarşısında qiymətləndirməmişəm, Elxan,desin.Sonra da ki…

 

Xəyal gücümə bax e… Fikirlərimə gülməyim tutdu lap, özümə yazığım gəldi. Gör nəyi xəyal edirəm, başqasının qabında qalan yemək artığının mənə qismət olacağı günü xəyal edirəm…Kül başına,Elxan ağa!

 

Cengizin atası bizi qarşılayanlar arasında yox idi. Sürücünün dediyinə görə başı qarışıq idi hansısa iclasda. Oğlu belə olanın gör atası nə idi də...

Hamıdan əvvəl Cengiz özü düşdü. Ana vətəninə ayaq basmağa tələsirmiş kimi pillələri iki-iki düşüb onu qarşılamağa gələnlərə tərəf getdi.Bərfimlə mən hələ tələsmirdik.Cengiz sürücüdən sonra bir nəfərlə də qucaqlaşıb görüşdü.

-Əmisi oğludur…-Bərfim pıçıldadı.

Sonra Cengiz kişilərin yanında çəkincək duran xanıma əl uzatdı.Qadın gülümsünüb geri çəkildi,Ərəb dilində tez-tez nəsə danışmağa başladı.

-Bax,bax! Artıstliyə bax!

-Kimdir o?

-Analığıdır da!Qaynatamın Allah bilir neşənci məşuqəsidir!

Heyrətlə bir qadına bir Bərfimə baxdım.Onun “Məşuqə” dediyi qadın başdan ayağa qara libasda,başında da qara örtükdə idi.Bərfimin hələ biz Bakıda olanda bu qadın haqqında dediklərindən öz aləmimdə onu Rus nağıllarındakı küpəgirən qadın,Amerikan filmlərində qumar oynayan “Kişilərinin” yanında oturan qırmızı dodağ fahişələr kimi canlandırmışdım.Mənim xəyalıma görə bu qadın gözləri ilə Cengizi yeməli,Bərfimi didməli idi.Amma indi qarşımızda baxışlarını yerdən qaldırmayan,“Nigah düşür” qaydasına görə oğulluğu ilə əl görüşməyən,Bütün Ərəb gözəlliyini,gizli ehtirası özündə əks etdirən həddindən artıq qamətli,mütənasib bədənli,qara geyimində çox sirli və gözəl görünən 30-33 yaşlı bir xanım idi...

-Bu qadın Bakılıdır?

-Hay?

Bərfim inadla pilləkəni enmir hələ də Cengizin onu xatırlayıb geri dönüb çağırmasını gözləyirdi.Cengiz isə analığı ilə söhbətə başı qarışıb bizi unutmuşdu deyəsən.Görünür Bərfim buna görə əsəbi və fikirli idi.

-Deyirəm qaynatan bu qadınla Bakıda tanış olub?

-Yox əşşi!Əbu-Dabinin  “maçalkalarındandır”!

-Heç maçalkaya oxşamır...

-Oxşamaz da.İlk görüşdəcə əsl sifətini ortaya qoyacaq qədər saf deyil ki...

-Tanışsan onunla?

-Allah eləməsin!İlk dəfədir görmüşəm.Haqqında bilirdim sadəcə.

-Nə bilirdin?

-Necə yəni nə bilirdim?

-Yəni nə eşitmisən ki, xoşun gəlmir ondan?

-Babası yaşında qoca kişiyə niyə ərə gedib səncə?!

-Mən biləni bu tərəflərdə yaş məsələsinə elə də fikir vermirlər,özü də çox cavan deyil axlı.Həm Cengizin atası belə qocadır yəni?Neçə yaşı var?

-Bura bax,sən bura niyə gəlmisən?!

-İşləməyə...

-Eləmi? Onda bil və agah ol ki,sənin ən birinci işin mənim tərəfimdə olmağdır!

-Doğurdan?Nə qədər maaş verəcəksən buna görə mənə?

-Mən ciddiyəm!

-Bərfim,axı məncə bu qadın sənə pislik edəcək,cəbhə açacaq insan deyil...

-Off!Bu kişilər niyə belə surətpərəst olurlar görəsən?!Baxıram sənin də Cengiz kimi ilk andan ağzın getdi qulağının dibinə...

-Cengizin analığıdır,mənimsə təzə patronumun arvadı.Məncə məntiqsiz söz danışdın...

-Nə olsun?Səncə bu dünyada heç qadağan olunmuş sevgilər yoxdur?Öz patronunun,dostunun nə bilim qardaşının arvadına vurulan yoxdur??

-Siz orda niyə durmusuz?Qorxmayın Ərəb qumu yandırmaz sizi enin aşağı..

-Nəhayət!Bizi xatırladı şeyx oğlu!...-Bərfim deyinə-deyinə aşağı düşdü.-Ərəb qumu bizi yandırmaz amma qorxuram Əbu-Dabinin günəşi sənin gözünü qamaşdırıb artıq...

-Elxan ağa,buna nə gəldi? İsti nə tez vurdu başına??...-Birdən üzümə baxıb ciddilişdə-Sənə nə olub?

-Heç...Heç bir şey

Çox pərt idim.Bərfimin son cümlələri iliyimə qədər işləmişdi...Qadağan olunmuş sevgilər...Cengizin əmisi oğlu ilə əlucu görüşdüm.Bərfimi bağrına basıb o üz-bu üzündən öpən qadın mənə də eynilə Cengizə olduğu kimi başı ilə salam verib Ərəbcə tez-tez nəsə üyüdüb tökməyə başladı.

-Bu nə doğrayıb tökür,ala?

-Dil ağız edir,atan gələ bilmədiyi üçün.Sizə otaq hazırlatdırıb onu deyir.İstəsəz atanın otelində istəsəz evdə qalın deyir.

-Əvvəl evə gedək.Hə,gülüm?

-Yaxşı.Bərfim sakit idi-Görək bu “Zövqlü” xanım evi də qara rəngə boyayıb...

Cengiz gülməyini zorla boğdu..

-Olmadı ki...Gəl,Elxan ağa.

-Siz evə gedin,mümkünsə mən otelə gedim.

-Niyə?Atam da evə gəlsin görüşək zatən gedəcəyik otelə axşam.

-Yox mən orda qalım...

-Sən də dilbilməzsən ha…-Bərfim bic-bic güldü…-Ömrüm,otel səfası hara qara ev hara.

-Nə deyirəm,özün bil…-Əmisi oğluna tərəf döndü….-Bahadur,sən onu müşayət elə.

-Yox lazım deyil ünvanı verin özüm taparam.

Bahadur dilləndi:

-Necə tapacaqsan dil bilmirsən.Gedək mən onsuzda səninlə söhbət etmək istəyirdim ətraflı.

Cengizə baxdım,nə demək istədiyimi başa düşüb astadan dilləndi:

-Aslan məsələsin bir az çırtlatmışam...

Bu heç yaxşı olmadı.İndi başa düşürdüm əslində məni belə mehriban,ailədən biri kimi qarşılamalarının səbəbini.Onların gözündə qəhrəman idim.Həm Cengizgilin məni israrla Bakıda qoymaq istəməməsini də yavaş-yavaş başa düşürdüm:Ən böyük sirr ortağı gözlərinin qabağında olsun,nəzarət etsinlər hər zaman.Bu yəqin ki,atasının ağlı idi,Cengizin başı çatmazdı ora qədər...

Iki maşın gəldiyi yolla geri dəbərdi.Birində Bərfimgil,birində isə mənlə Bahadur idi.Ayrıca çatanda maşınlar ayrıldı,onlar evə mənsə otelə tərəf...Özümü yollara baxırmış kimi göstərib Bahadurla söhbətdən qaçırdım.Bir azdan həqiqətən də yollara daldım...Əgər bu alışıb-yanan şəhərdə məni nə gözlədiyini bilsəydim maşından düşüb ayaqyalın Bakıya qədər qaçardım yəqin...

Ardı var...

9 sentyabr 2012
GO BACK