Qadin.NET / Görünməyən həqiqət (dedektiv-povest)

Görünməyən həqiqət (dedektiv-povest)

İcazəsiz kopya etmək qadağandır!!!

"Görünməyən həqiqət"

(Xəyalə Muradın Detektiv-povesti)
Dördüncü fəsil.  

          Prokurorluqdan yeni qayıtmış polkovnik-leytenant Asif Məmmədzadə dilxor vəziyyətdə kabinetində o başa bu başa gedib-gəlirdi. Bu zaman qapı astadan döyülür.

 --Gəlin!

  --Yoldaş Məmmədzadə olar?

 --Buyur Qədir! Keç əyləş.

 --Qanınızı qaraldan nəsə olub?

 --Daha nə olacaq... Fələk güclü, mən gücsüz.

 --Dərd etməyin bu qədər.  Biz tezliklə işin üstünü açacağıq.

 --Yaxşı! De görüm mərhumla bağlı nə öyrənə bildin?

 --Yoldaş Məmmədzadə, mərhumun Vahid Zamandır. 1950-ci ildə mart ayının 10-da Şamaxı şəhərində anadan olub. Atası vaxtilə müəllim olmuş, anası isə evdar qadın. Bir qardaşı və bacısı var. Qardaşı da həmçinin ticarətçidir. Bacısı isə evdar qadındır. Vahid Zaman özü iş adamıdır. Şəhərimizdə tikinti materiallarının istehsalı ilə məşğul olan bir fabriki, iki ticarət obyekti və bir avtomobil servisi vardır ki, orada da həm avtomobil satılır, həm də avtomobil hissələri. Şəxsi ofisi fabrikində yerləşir. Ailə vəziyyəti - evlidir. Yoldaşı şəhərin mərkəzində yerləşən “Moda evi” -nin sahibəsi Vəfa Zamandır. Evlənməzdən əvvəl daşıdığı soyad Musalı olmuşdur. Qönçə adında bir qızları vardır. O da Səyavuş Ömərovla ailəlidir. Övladları yoxdur.

 --Ailəsini xəbərdar etdin?

 --Bu dəqiqələrdə xəbər almış olmalıdırlar.

 --Xadimənin vəziyyəti necədir?

 --Həkimlər bir həftə xəstəxanada yatmağını məsləhət gördülər. Hadisə ilə bağlı yeni bir şey öyrənə bilmədim. Xadimə öz ifadəsində eyni sözləri təkrar etdi. “Hər həftədə bir gün işə gəlirəm. Səhərdən axşama kimi təmizliklə məşğul oluram.” Bu gün səhər gələndə görüb ki, Vahid bəy şəxsi kabinetində ölüb. Kabinetdəki eyvanın qapıları da taybatay açıq olub. O zaman ağlına gəlib ki, polis çağırsın.  Polis gələnə kimi həyətdə gözləyib.

--Yaxşı. Bəs ekspertlər nə deyirlər? -deyən Məmmədzadə gözlərini Qədirin ağzına dikdi.

--Ekspertizanın cavabı hələ məlum deyil. Çox güman ki, nahardan sonra məlum olacaq. – deyən Qədir dilxor halda  cavab verdi.

--Maraqlıdır.

--Nə?- Qədir təəccübləndi.

--Bu ölüm.

--Düzdür. Maraqlı, həm də qəribə.

--Razıyam-Məmmədzadə bir qədər fikrə gedib – Qədir, səncə bu ölüm nəyin zəminində törədilə bilərdi?

--Doğrusunu desəm Asif müəllim, vərəq gözümə sataşmasaydı bu ölümü elə intihar kimi də biləcəkdim. Lakin vərəqin boşluğu, hətta qarşısında olmağı məni şübhələndirdi.

--Məsələn? -  Məmmədzadə diqqətlə Qədirə baxdı.

--Əyər mən özümü öldürürəmsə niyə qarşıma ağ vərəq qoyum? Etiraf məktubu yazıramsa niyə yazmayım? Bir sözlə mənə elə gəlir ki, həmin vərəq ya əvvəldən orada masanın üzərində olub, ya da qatil bizim yanlış yolla addımlamağımızı istəyir.

--Yox. Nədənsə səninlə razılaşa bilmirəm Qədir. Birincisi masanın üzərində əvvəlcədən olmağına gələk. İş burasındadır ki, mən kabinetə girməzdən əvvəl hər tərəfə diqqətlə göz gəzdirdim. O evdə daha doğrusu o iş otağında çoxdandır ki, oturulmurdu. Bunu məhz masanın üzərindəki boşluqdan əsaslanaraq deyirəm. Əyər mən o qədər mülk sahibi olsam iş masamda ən azı üç qovluq, ailə rəsmlərim, cib telefonum, ev telefonum, kompüterim, qayçı, qələm, pozan və. s qoymaq üçün xüsusi qabım olardı. Mən buna misal  şəxsən öz iş masamı deyərdim. Bax - polkovnik-leytenant öz iş masasını işarə etdi - İş görən insanın masası ən az bu cür olmalıdır. Odur ki, əvvəlcədən orada vərəq olduğuna inanmıram. O ki, qaldı ikinci fərziyyənə, deyə bilərəm ki, qatil vərəqlə bağlı nə isə düşünməyib. Bəlkə də heç ağlına da gəlməzdi ki, mən və sən bu qətlin intihar olduğuna şübhə edəcəyik. Özü də məhz vərəqə görə. Burda nə isə var. Amma nə? Bax mənə maraqlı olan budur.

--Hər halda ekspertizanın cavabını alandan sonra bu işlə bağlı dəqiq söz deyə bilərik. –deyərək Qədir əlindəki sənədləri gözdən keçirtdi – Mən əyər bu hadisənin qətl olduğuna inansam düşünürəm ki, qatil bu cinayəti ya pul zəminində törətmiş ola bilər, ya da rəqabət zəminində. Göründüyü kimi, mərhum Vahid Zaman iş adamıdır. Bəs sizcə necə?

Ayağa qalxıb çənəsini əlləri arasında ovuşduran polkovnik-leytenant Məmmədzadənin qaşları düyünləndi:

--Mənə elə gəlir ki, ölüm səbəblərini araşdırmaq hələ tezdir. Əvvəla gərək ekspertizanın rəyi ilə tanış olaq. Sonra mərhumun ailə üzvlərinin və yaxınlarının ifadələrini alaq. İşimiz çoxdur. Nahardan sonra səni ekspertizanın cavabları ilə burada gözləyəcəyəm. İndi isə gedə bilərsən.

--Oldu!

Əyləşdiyi stulu irəli çəkən Mayor Eyvazov iri addımlarla otaqdan çıxdı. Bu andan etibarən otağa dərin sükut çökdü. Məmmədzadə qayıdıb yerinə əyləşdi. İki əlini birləşdirib masanın üzərinə vurdu. Bununla bütün narahatlığını fikrini, dərdini sanki bir neçə dəqiqəlik unutdu. Binada demək olar hər kəs nahar etməyə getmişdilər. Odur ki, Məmmədzadə yaxın bir saat ərzində kabinetinə kiminsə gəlməyəcəyinə əmin idi. Pencəyini soyunub əyləşdiyi stulun başına keçirtdi. Özü də qapıya yaxın yerdə qoyulmuş yığcam divana uzandı. Əllərini boynunun altına qoyub bir qədər düşünməyə başladı: - Kimə lazım ola bilərdi Vahid bəyin ölümü? Onun iki əlli masa üzərinə sərilməsi... Silahın sol əldə olması... Qələmin isə sağ tərəfdə masa üzərində olması... Boş vərəq... Sol əllə revolverlə sol gicgaha yaxın məsafədən atəş açılması...  Axı bütün bunlar nə deməkdir? Əyər mən özümü öldürmək niyyətindəyəmsə ən əvvəl ailəmə bir kəlmə söz yazaram. Sonra tətiyi çəkərəm.  Yox... yox... belə alınmaz. Burada nə isə var. Nə isə... bu “nə isə” -lər məni lap əldən salacaq. Görəsən əynində niyə idman geyimi vardı? Hadisənin dəqiq törədildiyi vaxt məlum olsaydı. Əsas ekspertizanın cavabıdır. Ya torpaq parçası? O tər təmiz xalça üzərində nə gəzirdi? Mərhumun idman ayaqqabısındanmı? Yoxsa qatilə məxsusdu? Əyər qatilə aiddirsə onda əlimdən qaça bilməz. Necə deyərlər-Qaçan büdrəyər. 

Bu zaman Məmmədzadə xatırladı ki, dostu Muradlının məktubunu hələ də oxumayıb. Cəld ayağa qalxıb iş stolunun arxasına əyləşdi. Masa üzərinə qoyulmuş notebook-nu işə salıb elektron ünvanına daxil oldu. Bir neçə məktub işarəsini ötdükdən sonra nəhayət axtardığını tapdı. Bu polkovnik-leytenant  Murad Muradlıdan aldığı məktub idi. Zərf işarəsi üzərindən basıb açılmış məktubu ürəyində oxumağa başladı:

“Çox hörmətli dostum, qardaşım Asif! Səni salamlamaq mənə bir daha qismət olduğuna görə Tanrıya şükür edirəm. Necəsən? İşlər necə gedir? Son aldığım məktubuna gec cavab yazdığım üçün üzr istəyirəm. İnan ki, burada keçən həftədən törədilmiş cinayətə başım qarışdığından fürsət olmurdu yazmağa. Ümid edirəm ki, bağışladın. Sən heç kin saxlaya bilmirsən. Əyər məktubumu gec cavablandırsan qəti incimərəm. Sən mənim yol yoldaşım, sənət yoldaşımsan. Allahdan arzu edirəm ki, törədilmiş hər hansı bir cinayətə və ya cinayətkarın həbsinə iki gündən  artıq vaxt sərf etməyəsən. Amin! 

Yazdığın son məktubda da mənim araşdırdığım cinayətlə maraqlanırdın. Mən sənə keçmiş yox, dünən açdığım cinayət hadisəsindən yazacam. Demək bağ evlərin birində səhər 9-da bir qadın cəsədi aşkar olunur. Cəsəd deyəndə ki, öldürülmüş yaşlı qadın skeleti tapılıb. Cəsədi evin yeni sahibi Valentin yeni tikəcəyi evin təməlini qoyarkən tapıb. İlk baxışdan heç də qətlə bənzəmirdi. Lakin ekspertizanın nəticəsi məlum olduqdan sonra işi mənə tapşırdılar. Demək mərhum düz 20 il əvvəl boğularaq öldürülüb. Elə həmin evin qarajında torpağa tapşırılıb. Cinayəti iki həftəlik araşdırmadan sonra nəhayət ki, aça bildim. Həmin qadın yəni Olqa Sergeyevna 37- il əvvəl övladlığa götürdüyü erməni mənşəli Edik tərəfindən qətlə yetirilib. Səbəbi isə analığının ona qarşı etdiyi işgəncələrə və heç bir ehtiyac olmasa da dilənməyə məcbur etməsi olub.

Səni bu cür cinayətlərlə yormaq istəmirəm. Amma nədənsə hər məktubunda yeni-yeni qətllər haqqında maraqlanırsan. Bu dəfə isə mənə maraqlıdır. Yaz görək sənin axırıncı araşdırdığın cinayət hadisəsi nə üstündədir? Kim törədib? Necə baş verib?

Suallarıma tezliklə cavab gözləyirəm. Nəyə ehtiyacın olsa mən qulluğunda hazır! Özünü qoru. Hələlik! ”

Məktubu oxuduqdan sonra Məmmədzadə cavab yazmaq üçün yeni sənəd açdı. Beləliklə dostunun məktubuna cavab yazmağa başladı:

“Əzizim Murad! Səni bir daha salamlayıram. Necəsən? Son məktubunda yeni bağladığın cinayət işindən yazmışsan. Çox maraqlı və qaranlıq məsələyə oxşadı. Ən sonda biləndə ki, qətli məhz erməni mənşəli oğulluğu törədib tamamilə təəccüblənmədim. Bu ermənilərin xislətinə uyğundur.  Bunların təbiətində qəddarlıq, rəzillik, nankorluq həmişə özünü göstərəcək.

Yaxşı indi isə sənin suallarına cavab yazım. Xahiş edirsən ki, son araşdırdığım cinayət işi ilə bağlı nə isə yazım. Baş üstə! Əvvəla ondan başlayıb ki, hadisə hələ bu səhər məlum olub. İlk görünüşdə intihar səhnəsinə bənzəyir. Lakin mən intihar olduğuna inanmıram. İş ondadır ki, ölən şəxs 48 yaşlı məşhur iş adamı Vahid Zamandır. Bağ evində iş masası arxasında üz üstə stol üstündə ölmüşdür. Dodağının sağ tərəfində kiçik yara, sol əlində Revolver markalı odlu silah vardı. Sol gicgahdan aldığı güllə yarasından ölmüşdür. Masanın üzərində boş ağ vərəq və mərhumun sağ tərəfində  vərəq üzərində qələm vardı. İş otağında ayaq altına salınmış xalçanın üzərində, dəqiq qeyd etsəm tam mərhumun sol tərəfində yerdən qum tapılıb. Hal hazırda isə ekspertizanın cavabını gözləyirəm.”

Bu an qapı döyüldü:

--Gəlin!- deyən Məmmədzadə narazılıqla cavab verdi.

--Hər vaxtınız xeyir!  Sizə nahar gətirmişəm.

--Keç əyləş Qədir. Nə zəhmət çəkdin? –deyib natamam məktubunu  yaddaşa verdi.

--Nə zəhməti Asif müəllim?! Sizə canım qurbandır.

--Yaxşı görək...

--Siz necə deyirdiniz? Aha yadıma düşdü: “Qocanın biliyi, cavanın biləyi!”

--Pay atonan! Qədir, məni nə tez qocaltdın?

--Yox-yox polkovnik-leytenant, mən sadəcə sizin vaxtı ikən dediyiniz atalar sözünü xatırladım.

--Onda al cavabını “Qocaya gülən özünə gülər!”

--Hm.... Bu saat, bu saat. Aha.. Xatırladım: “Qocadan demək cavandan kömək!”

--Bəh-bəh! Adamın ürəyinə yağ kimi yayılır. Nə yaxşı ki, sənin kimi cavanlar atalar sözlərimizi unutmurlar. Əhsən! İndi zarafat qalsın bir yana. Naharı bir qədər sonra edərəm. De görək hörmətli ekspertlərimizin rəyi necədir?

--Çox sağ olun yoldaş polkovnik-leytenant! Əslində bütün atalar sözlərini məktəb illərində keçmişdim. Lakin sizinlə işlədiyim bu illər ərzində yenidən öyrənmiş oldum. Siz mənim üçün canlı örnəksiniz. O ki, qaldı ekspertlərin rəyinə o da ki bu qovluqda.

Əlindəki qovluğu açıb masanın üzərinə qoyur. Məmmədzadə ekspertlərinin rəyini göz ucu nəzərdən keçirtməyə başlayır. Bu zaman Qədir:

--Ekspertizanın nəticəsinə əsasən Vahid Zaman gecə 22:30 radələrində qətlə yetirilib. Xalça üzərində tapılmış həmin torpaq parçası heç də mərhumun ayaqqabısından deyil. Biz hadisə yerindən uzaqlaşdıqdan sonra evin bağ hissəsində hasara iki metrlik yaxınlıqdakı palçıq əraziyə kişi ayaqqabısının izi aşkar olunub. Ayaqqabı ölçüsü 46-dır. Vahid Zamanın ayaqqabı ölçüsü isə 42-dir.  Sonra bizim hər ikimizi cavabsız suallarla baş-başa qoyan o ağ vərəqlər də ekspertlərin tam sübutu ilə bizlərə təhvil verilmişdir. Həmin vərəqlər iki ədəd olmaqla  A4 formatındadır. Onun üzərindən mərhumun əl izləri aşkarlanıb. Hətta bir ədəd saç teli də varmış ki, o da məhz mərhumun saçındandır. Qeyd olunur ki, iki vərəqdən yalnız birinin üzərində azacıq qələm ucu izləri aşkarlanıb. Ekspertlərin düşündüyünə görə ola bilər ki, iki vərəq üzərində daha bir, yəni üçüncü vərəq də olmuşdur. Məhz həmin vərəqin üzərində yazılmış yazıların bir qismi daha doğrusu bəzi hərflərinin izi ikinci yəni altdan qoyulmuş vərəqə düşmüşdür. Həmin hərflərin sıra və yerləşmə məsafələri də qeyd olunmuşdur. Ən dəqiq bilinən iz isə imzadır. O daha dərin və səliqəsiz yazılmışdır. Bunun əsasında hər iki vərəqə də keçmişdir. Məlum olunmuş hərflər elə aşkar olunduğu yerdə sürəti çıxarılmışdır.

Məmmədzadənin əlindəki qovluğu yenidən açıb iki sənəd çıxardıb uzatdı. Polkovnik-leytenant əlinə aldığı iki vərəqi də incəliklə yoxlamağa başladı:

--Demək belə çıxır ki, Vahid Zaman gecə idman geyimində olarkən öz şəxsi, lakin istifadə etmədiyi kabinetində öldürülüb. Qatil hər kimdirsə bizim əlimizdə indi yalnız bir sübut var. O da qatilin 46 ölçülü ayaqqabı izi. Mümkün olduğu qədər mərhumun yaxınlarından bu barədə bildiklərinizi gizli saxlayın. Mənə nədənsə elə gəlir ki, Vahid Zamanı yaxın adamlarından biri öldürüb. O hər kimdirsə mütləq tapılacaq.

--Baş üstə!

--Bu mərhumun qarşısındakı ağ vərəq, bu isə həmin vərəqdə aşkar edilmiş cizgilərin sürəti.

--Bəli Polkovnik-leytenant! Hərifləri sıra ilə oxuyun bəlkə siz hansısa sözləri aşkar etdiniz. Mən yol boyu təxmini göz gəzdirdim. Göründüyü kimi heç də uzun olmayan mətn izi var:

 M,s,a,m,l,n,F,o”

 --Əldə etdiyimiz məlumatlara görə deyəcəyim tək bir söz vardır ki, o da Vahid Zamanı öldürüblər. Biz tezliklə qatili tapmalıyıq. De görək mərhumun ailə üzvləri nə zaman burda olarlar?

--Dəqiq desəm sabah saat 9 dan etibarən ifadə verməyə gələcəklər. Vahid Zamanın qardaşı Nəbi Zaman hələ ki, Gürcüstandadır. Telefon zəngi ilə xəbərdar edilib. O da bacısı Kübra xanım da sabah burda olmalıdırlar.

--Lap yaxşı. İndi isə bir az nahar edim. Sonra işlə məşğul olarıq.

--Əlbəttə. Mən icazənizlə gedim.

--Buyur. Bir də mümkün olduqca dəqiq məlumat lazımdır.

--Bilmək olar, nə barədə?- Qədir soruşdu.

--Hadisə yerindən tapılmış torpağın haraya aid olduğunu dəqiqləşdirmək lazımdır.

--Əlbəttə. Bu gün ekspertlərin diqqətini torpağa yönəldərəm. Səhər hazır cavabla qarşınızda olaram...

--İndi isə gedə bilərsən!

--Sağ olun, polkovnik-leytenant!

Beləcə Məmmədzadə kabinetində tək qaldı. Mayor Eyvazovun onun üçün aldığı naharı yeməyə başladı. Azacıq bibərli olsa da iştahla yedi.

 Ardı var...

5 avqust 2012
GO BACK