Qadin.NET / Kuzə

Kuzə

İnsan yaradılışı etibarilə səhv etməyə meyillidir. Yaşından, təcrübəsindən asılı olmayaraq peyğəmbərlər xaric, kimsə bu xüsusiyyətdən xali deyildir. Dolayısıyla, insanları qiymətləndirərkən bu perspektivdən yanaşmalı, onunla ət-qan olmuş xüsusiliyi göz ardı edilməməlidir. Əks hərəkət həm səhv edənin, həm də məzəmmətlə kifayətlənənin həyatını huzursuzluğa boğacaqdır. Çıxış yolunu qüsurlardan faydalanmaqda axtarın.

Hindistanlı xidmətçi hər gün sahibinin evinə iki kuzə ilə su daşıyırdı. Kuzələrdən biri çatlaq olduğuna görə, o hər dəfəsində ancaq kuzə yarım su apara bilirdi. Çatlaq kuzədəki suyun yarısı yola tökülüb hədər olurdu. Bu isə çatlaq kuzəni məyus edir, çox utandırırdı. İki il davamlı olaraq eyni şey təkrarlandıqdan sonra çatlaq kuzə artıq dayana bilmir və xidmətçiyə səslənir.

-Özümdən çox utanıram. Etdiklərim üçün məni bağışla!

Xidmətçi təəccüblənərək "Nədir səni utandıran?",-deyib səbəbini soruşur. Kuzə vicdan əzabı çəkir, qəmli-qəmli cavab verir:

-Çatlağım səbəbiylə vəzifəmin ancaq yarısını yerinə yetirməyim - Mənim bu qüsurum üzündən sənin de bütün əziyyətin hədər gedir, əməyinin tam qarşılığını ala bilmirsən.

Xidmətçi təbəssüm edir və kuzəyə səslənir:

- Qəmlənməyinə heç bir əsas yoxdur. Yəqin ki, hər gün dəfələrlə qət etdiyimiz yolun sadəcə sən tərəfində çiçəklər olmasını, digər tərəfdə isə heç çiçək olmadığının fərqinə varmısan. Bunun səbəbi sənin qüsurundan xəbərdar olmağım və ondan faydalanmağımdır. Yolun sən tərəfinə çiçək toxumları əkdim və hər gün sahibin evinə gedərkən sən onları suladın. Beləcə mən iki il o gözəl çiçəkləri toplayıb sahibimin süfrəsini bəzədim. Sənin bu qüsurun olmasa idi bəlkə o, evindəki bu gözəlliyi yaşamayacaqdı.

Hər çirkin görülən şeylərin pərdə arxasında mütləq bir gözəllik vardır. Həyatda gözəlliklərlə yanaşı çirkin görülən məqamlarla da qarşılaşırıq. Əslində yaradılışı və təbiəti etibarilə heç bir şey çirkin deyildir, çünki həyatdakı hər şey ya bilavasitə gözəldir, ya da nəticələri etibarilə gözəldir.

27 iyul 2010
GO BACK