Qadin.NET / Adsız mələk

Adsız mələk

Adsız mələk

 

Adsız mələk
Bir zamanlar dünyaya gəlməyə hazırlaşan bir körpə var imiş.Bu körpə bir gün Allahdan soruşur:
-Allahım,məni sabah dünyaya göndərəcəyini deyirlər,amma mən o qədər kiçik və gücsüzəm ki,orada necə yaşayacağam?
-Bütün mələklərin arasından sənin üçün birini seçdim.O səni qoruyacaq və sevəcək.Mələyin sənə hər gün laylalar oxuyacaq və gülümsəyəcək.Beləcə də sən onun sevgisini hiss edəcək və xoşbəxt olacaqsan.
-Yaxşı,insanlar mənə nəsə deyəndə,dillərini bilmədən necə başa düşəcəyəm?
-Mələyin sənə dünyada eşidə biləcəyin ən gözəl və ən şirin sözləri söyləyəcək,sənə danışmağı diqqət və sevgi ilə öyrədəcək.
-Yaxşı Rəbbim mən səninlə söhbət etmək istəsəm nə edəcəyəm?
-Mələyin sənə əllərini açaraq mənə dua etməyi də öyrədəcək.
-Eşitdim ki,dünyada pis adamlar var.Məni kim qoruyacaq?
-Mələyin səni öz həyatı bahasına da olsa daim qoruyacaq.
-Amma mən səni bir daha görməyəcəyəm deyə çox heyfslənirəm.
-Mələyin sənə məndən bəhs edəcək və mənə gəlməyin yollarını öyrədəcək.
O əsnada cənnətdə bir səssizlik olur və dünyanın səsləri cənnətə qədər çatır.Körpə getməyə hazırlaşdığını başa düşür.
-Rəbbim,əgər indi getmək vaxtım çatıbsa,xahiş edirəm, deyin, mənim mələyimin adı nədir?
-Mələyinin adının əhəmiyyəti yoxdur,ey körpə.Sən onu "ANA" deyə çağıracaqsan.

"Cənnət Anaların ayaqları altındadır"

 

Adsız mələk

 

Adsız mələk
21 iyul 2010
GO BACK