İlk dəfə deyildi bayram məclisinə gəlirdi, tələbə yoldaşları ilə hər il xudmanı nəsə hazırlayırdılar,amma ilk dəfə idi ki,belə gözqamaşdıran məclisə gəlirdi, (Əmisinin yubleyini nəzərə almasaq,orada var idiliər,yox idilər-bilinmirdi o qədər də..) Özü də kiminlə...İçəri girən kimi gördüyü simalar hardansa tanış gəlirdi ona,2-2,3-3 yığılıb söhbət edən bu adamları hardasa görmüşdü sanki.Ümumi quruluşları doğma gəlirdi amma özünə ani olaraq zillənən baxışlarda bir yadlıq,saymazyanlıq hiss edirdi;Qəribə oldu,həm doğma həm də yad olan insanların əhatəsində idi.Boylanıb onu axtardı,nə vaxt uzaqlaşmışdı yanından bilmədi,salonun sağ küncündə ondan xeyli cavan görünən(Özü ilə yaşıd olardı) bir oğlanla gülümsəyib nəyisə müzakirə edirdilər.Oğlanın üzü də tanış gəlirdi amma digərləri kimi yad yox,doğma.Hardasa görmüşdü,hə əlbəttə radioya gedəndə qonaq otağına ötürmüşdü onu,amma yox ondan əvvəldən də hardansa xatırlayırdı bu oğlanı amma hardan??
Oğlanın yanında ucaboy,sarışın,su pərilərini xatırladan qız var idi.(Rəşad partiyə xalası qızını da gətirmişdi)Görünür Rəşad tanış edirdi onları,ikisinin üzündə də məmnun ifadə vardı(Sonralar başa düşdü ki ,bu qızın üzündə elə həmişə məsum gülümsəmək ifadəsi olur)Birdən sanki qızı salonun ortasında tək qoyduğunu xatırladı,boylanıb əl elədi,Rəşada göstərib nəsə dedi,Rəşad gülümsünüb başı ilə təsdiq etdi Aksananın əlindən tutub ona qoşuldu və qıza sarı gəlməyə başladılar.
-Bu da bizim həvəskar rəssam!
Rəşad:
-Fotoqraf !-deyə düzəliş verdi
Xatırladı! Rəşadı professorgilə gedəndə görmüşdü, tək deyildi o zaman yanında Murad da vardı.Rəqs başlayan kimi Aksana Rəşadın qolundan tutub salonun ortasına dartışdırdı...
Beynindən ildırım sürəti ilə fikirlər keçməyə başladı ”Görəsən məni dəvət edəcək?Etsə nə deyim?Oynamayım ya Rəşadla bu sarışın qız kimi qucaqlaşaq biz də”
-Darıxmırsan?
-Hə?..Yooo
-Kollektiv necə təsir bağışladı?
-Yaxşı...Əslində mənə elə gəlir ki,bu insanları hardasa görmüşəm..
Güldü:
-Əlbəttə görmüsən.Televiziya,radio əməkdaşlarıdır çoxu.
-Həə deyirəm axı..Ani fasilədən sonra –Amma onlar məni heç yerdə görməyib deyəsən
Sualedici nəzərlərlə qıza baxdı.
Rəftarlarını deyirəm-İzah etdi-çox saymazyandırlar
-Tək sənlə elə deyillər,bizim qanımıza hopub bu,nədənsə...
-Çox insanla ünsiyyətdə olursuz ondandır.
-Ola bilər-deyib yenə ətrafa baxdı,kiməsə əli ilə salam göndərdi.
“Görəsən elə belə olacaq gecə boyu?,Mənasız,rəsmi söhbət...”
-Rəqs edək?
Diksindi:-hə??
Rəqs deyirəm-başını qıza yaxınlaşdırıb daha möhkəm səslə:-edək?
“Bu mənim ürəyimi hardan oxudu?Nə bildi gileylənirəm?”
Xatırlamaq istəyirdi: nə vaxtsa kiminləsə belə qol-boyun rəqs eləmişdi? Yadına düşmədi. Deyəsən ilk dəfə idi. Bəs niyə heç həyəcanlanmır? Niyə belə rahat hiss edir onun “qucağında” özünü? Bəlkə onun təmkini, soyuqqanlılığı təsir edir ona da? Bayaqdan neçənci rəqsləri idi artıq..Oğlanın bulanıq gözləri yaxından daha nəvazişlə baxırdı ona.
Mahnı birdən–birə kəsildi, həzin musiqi yerini çılğın tanqoya verdi, salonun demək olarki hamısı dayandı, üzlərdə ifadə dəyişdi oynayanlar indi də özlərini tanqoya kökləməyə çalışırdılar. Barmaqlarını qızın çılpaq çiyninə döyəcləyib gözü ilə Rəşadgili işarə etdi:
-Kef onlarındır e..
Aksana bütün salonun diqqətini cəmləmişdi özünə,öz diqqəti isə Rəşadda idi. Balıq kimi süzür, gülümsəyən nəzərlərini bir an belə olsun Rəşaddan ayırmırdı. Rəşad isə pörtmüşdü.Bilmək olmurdu sürətinin Aksanaya çatdırmaq istəyindən,hamının nəzərlərinin onlarda olmasından (daha doğrusu Aksanada) ya nədənsə qızarmışdı..
-Niyə heç nə yemirsən? Oğlanın ilıq nəfəsi boynunu qıdıqladı,çönüb baxdı. Stola söykənib qıza tərəf əyilmişdi, deyəsən artıq Rəşadgilin rəqsı maraqsız idi ona.
-Qapalı, səs-küylü yerdə iştah filan qalmır məndə
Gülümsədi: bulanıq gözlərində azacıq qızartı var idi..
-Açıq havada süfrə açım sənünçün? -Spirt qoxusu burnunu qıcıqlandırdı “Bu hansı ara içdi?!”
-İstəməz-söhbəti dəyişdi -saat neçədir?
Qolundakı saata baxdı:
-On ikiyə qalır
-Ooo yeni il gəlir ki!
-Hə -Ani olaraq ciddiləşmiş, sıması ağır bir ifadə almışdı..Gedək çölə! Sən bir şey göstərəcəm.
-Nə?
Qolundan tutub dartdı:
-Gəl!
Salondan uzaqlaşdıqca səs–küy azalırdı,bağçadan keçib qurtaracağına doğru irəlilədilər.Daha doğrusu oğlan onu aparırdı.Əlindən sıx yapışıb buraxmayan oğlandan hara getdiklərini soruşmurdu.Uzaqdan diqqətlə baxıldıqda seziləcək tikiliyə yaxınlaşdılar..
Gecənin qaranlığında oranjereyanın içərisindən gələn işıq onları qaranlıq bir sehirli dünyaya səsələyirdi sanki.Qapını açıb ilk olaraq qızı irəli buraxdı.Özü arxasınca girib qapını çəkib örtdü.Bununla da şənliyin yorucu səs-küyü uzaq quyuda batmış kimi kəsildi.Tam sakitçilikdə onları ilk qarşılayan oranjereyanın ecazkar qoxusu oldu.Müxtəlif güllərin ətri və rəngarəngliyi bir-birinə qarışmışdı.
-Lap cənnətə oxşayır -Qaranlıqda ilk olaraq qızın pıçıltısı eşidildi.
Oğlan səssiz güldü:
-Cənnəti harda görmüsən?
-Hə?O da güldü -indi gördüm də
Ikisi də pıçıltı ilə danışırdı,səslərini qaldırsalar bu sehrin o səsə dəyib çilik-çilik olmasından qorxurmuş kimi...
-Sən cənnətlə tanış olursan bu an,mənsə cənnətdəki mələklə...
Dodağı qaçdı:
Bu gün yaman səxavətlidir,heç xəsislik etmir gözəl sözlərə.
Artıq oranjereyanın tam ortasına,güllərin daha sıx olduğu yerinə gəlmişdilər.Ürəyinin ən dərin güşəsində bu gecə nəyinsə,hansısa qaydanın dəyişəcəyini hiss edirdi. Yaxınında yekə bir aloe gülü alışıb yanırdı. Əlini uzadıb gülün yarpağlarına sığal çəkdi, tikanlarını hiss belə etmədi. O isə bir az da yaxınlaşdı. Qız,onun düz arxasında,başını çevirsə gözləriylə qarşılaşacağı qədər yaxın olduğunu bilsə də halını pozmadı,yerindən dəbərməyib gülə sığal çəkməkdə davam etdi;Bu bir çağırış idi sanki.O hiss edirdi bunu,əlini qaldırıb qızın çiyninə qoydu.Onun gül üzərində sığal çəkən barmaqlarının bəhsinə əlini bütünlüklə çiyninə sərib yalnız bir barmağı ilə hərif yazırmış kimi sığal çəkməyə başladı..İkisinin də yerə sallanmış əllərində barmaqları eyni anda yumuldu...Boş qalmış əlini qaldırıb gülün qalan yarpağını əlinə aldı.O da əlini qızın boş qalmış çiyninə qoydu.Sığal çəkməyi dayandırıb çiyinlərini ovcuna aldı;Sanki növbəti əmri gözləyirdi.Gözlərini onun titrəyən sırğalarından,açıq kürəyindən çəkmirdi.Qız onun kəsik nəfəsini hiss edib udqundu,əllərini yavaş-yavaş gülün kökünə tərəf sürüşdürdü.O da öz əlini onun çiynindən aşağı-belinə tərəf endirdi.O,barmaqlarını gülə-həbsə alırmış kimi-doladı.Barmaqları bir-birinə keçdi.Oğlan da onun hərəkətini təkrar etdi,qollarını arxadan qızın belinə pərçim edib bir addım da (İmkanında olan sonuncu addımı) atdı.Bədənləri,əzələləri görüşüb öpüşdü onlardan əvvəl.Açıq kürəyinə söykənmiş oğlanın sinəsindən ürəyinin döyüntüsünü hiss edirdi...Gözlərini yumub gülü bir az da sıxdı barmaqlarıyla.Oğlan da onu təqlid etdi,qızın boynunun ardına səpələnmiş saçının qıvrımları burnunu qıdığlayırdı,artıq təkrarçılığa hövsələsi çatmadı.Belinə doladığı əllərini yuxarı sürüşdürdü,barmaqları qızın sinəsini bəzəyən halqalara ilişdi.Onun da gülü sıxan barmaqları süstləşdi,qolları boşalıb yanına düşdü.Oğlan bu səssiz dialoqdan qalıb çıxmış kimi bir əda ilə həm də bir az tələsik,titrəyən barmaqlarıyla onun çənəsinin altından tutub özünə tərəf çevirdi.Qaranlığda təkcə qızın alışıb-yanan gözləri,qalxıb-enən sinəsi bir də kəsik-kəsik eşidilən nəfəsi hiss olunurdu.Qızın üzünü əlləriylə qaldırıb gözlərinə baxdı.Bir an,yalnız bir an onun alışıb-yanan gözlərinə tərəddüdlə baxıb,dodaqlarını onun dodaqları istiqamətində tuşladı.Bu tərəddüd uzun çəkmədi,Onsuz da çox vaxt itirmişdi, bayaqdan keçən anların əvəzini çıxırmış kimi sərt hərəkətlə başını aşağı endirdi...
O isə özünü dənizdəymiş kimi hiss edirdi; Sanki boğazından yuxarı şor suyun içində idi.Su dodaqlarından boğuşa-boğuşa içəri,oradan da bütün bədəninə yayılmaq istəyirdi.Boğulurdu deyəsən amma aralanmırdı da,sudan çıxmaq üçün heç bir cəhd göstərmirdi də.Müqavimət göstərmək ağlına da gəlmirdi.Boğulurdu amma şırın bir boğulmaq idi bu...
Bir anda bərk gurultu qopdu; Bir anlıq ona elə gəlmişdi ki,bu gurultu oranjereyanın açılan qapısıdır.Amma yanılmışdı: Çöldə fişəng atılırdı. Hamı çölə çıxıb qışqır-bağır salıb, atılıb-düşürdü.
Saat on ikini vurmuşdu...
-Elə qışqırırlar elə bil səslərini yoxlayırlar!Soruşan lazımdır,nə xəbərdir?!
Deyəsən özünə bağışlaya bilmirdi yanılmağını.
-Yeni il gəldi? Gəl! Gəl,gedək!
Oğlanın əlindən tutub arxasıyca dartı.O da kirmişcə tabe oldu,eynən gələndə qızın etdiyi kimi.
Qızın hərəkətlərində qəribə sərbəstlik vardı; 10-15 dəqiqəyə böyümüş, yetkinləşmişdi sanki.Az əvvəl vücudunu bürüyən həyəcandan əsər-əlamət belə yox idi.Həyəcanın yerini sevinc,səbəbsiz şənlik əvəz etmişdi.Əl çalır, kim gəldi qucaqlaşıb təbrikləşir,atılıb-düşürdü.
Kənardan ona göz qoyan oğlan çiyinlərini çəkdi. Ondan fərqli olaraq özündə qəribə süstlük, bezginlik hiss edirdi. Səs-küy boğurdu onu və bir an öncə buradan uzaqlaşıb sakit bir yerə çəkilmək istəyirdi...Amma tək yox...
-Hmm..Bircə aradan çıxa bilsəydik.!
“Ququnun “hədiyyəsi” romanından.