Qadin.NET / Peşmançılıq

Peşmançılıq

Peşmançılıq


 

Peşmançılıq

Həyat insanlara nə dərslər verməmişdiki...Bilirdim...Məndə dərslər almışdım çox...Səhvlərimi görürdüm.Amma peşmançılıqların nə faydası ola bilərdiki.Hələ birdə bu peşmançılıqları qəbul etməmək...Çox incilmişdim.İndi isə incitmək növbəsi məndə idi.Tək belə haqq qazandıra bilirdim özümə.Yaralarım köz bağlamırdı heç.Yaralarım sağalsın diyə intiqam almalıydım.Bu intiqamların bir çox yaxşıları incitdiyini bilə-bilə,özümün isə insanlıqdan çıxmasına səbəb ola-ola nə qədər qəddarlaşmışdım.Hamıdan almışdım mənə olunanların hesabını.Rahat idim...Amma çox yorğun...Gücsüz...Ruhsuz...Sənsiz...Arxama çönüb baxmağa cəsarətim yox idi.Geridə buraxılmış uçurumlar...Səni belə itirməyə razı olmuşdum.Səndə buraxdığım izlər,bağlanmıyan yaralar...Bəs mənim Yaralarım beləmi dəriniydi..?!Axı çox sevirdim...Amma bunları bacara bilmişdim...Deməli mən insan deyildim...Cəmiyyət,ətrafım,satqın dostlarım belə etmişdi məni.Və ailəm..!Ən çox dəstək olmaqlarına ehtiyac duyduğum anda itələmişdilər məni kənara...Bu qədər sevgisiz yaşamaq çətin idi...İnsanları vəhşiləşdirən sevgisizlik deyilmi..?!Kənara atılmaq hissi,tənhalıq qorxusu...

Mən heç peşman olmamışdımki...Bəlkə də sən həmişə yanımdaydın deyə.Bir gün gedəcəyin qorxusunu heç hiss eləməmişdim bəlkə...Axı sən heç mənnən getməmişdin...Getdiyin gün isə пїЅbağışlaпїЅ deyə bilmədim.Etdiyim səhvlər bağışlanılmaz idi.Bağışlanmaq haqqını mən çoxdan itirmişdim...Amma yenə deyə bilmədim və sən getdin...!Mənsə səhvlərimlə baş-başa qaldım.Fəxr edirdim özümlə...Əyilə bilməzdim.Amma gecələrim qorxulu filmlərə çevrildi...Yuxularım sənsizləşdi...Yorğan altında başlıyan həyatımın çox göz yaşına şahid oldu soyuq yorğan.Mən isə nəhayətki peşmançılıq hiss edirdim.Peşman idim sözlə deyilmiyəcək qədər.Amma nəyi dəyişmək olardı.Çox gec atılan addımlar məni uçurumun kənarına qədər gətirmişdi.Son addım qalmışdı uçurumnan aşağı düşməyim üçün.Bir gün o addımı atacağımnan çox qorxuram...Ya sən tutmasan o zaman məni...

Hər şey dəyişib həyatımda.Təkliyi tam hiss eliyə bilirəm iliylərimə qədər...Tək dəyişmiyən isə Səni Hələ də Çox Sevirəm...Amma sən heç bağışlama məni.Bağışlamaki bu mənim ən böyük cəzam olsun...



Peşmançılıq



Eləcə də baxa bilərsiniz:

İnsanlıq..

Ananın gözü ilə

Mən qadınam
4 iyun 2010
GO BACK