“Səhər-səhər bu nə qəribə yuxu idi gördüm..Yox, heç vaxt Rəşid belə etməz.O məni çox sevir..”-Nailə dildə belə desə də bu gecə, daha doğrusu sübh vaxtı gördüyü yuxu qanını yamanca qaraltmışdı.Yuxudan oyanan kimi saata baxdı.Saat 04.30 idi.Namaza hələ vardı.Bəlkə yeni gördüyü yuxu bu yuxunu unutdurar deyə istədi ki, bir az da yatsın, yata bilmədi.Yuxusu tamam qaçmışdı.”Eh, adi yuxudur da, mən niyə belə narahat oluram e.”-desə də özü də yaxşı bilirdi ki, onun yuxuları heç vaxt “adi yuxu” olmayıb.Bu səhərki yuxu da həmçinin nəyəsə işarədir.O, adətən həyatının çətin məqamlarında, ya da hansısa mühüm qərar vermək istərkən tərəddüd etdiyi anlarda gördüyü yuxularda günlərlə onu düşündürən sualına cavab tapardı.Qəriblikdə yaşadığı üçün uzaqda yaşayan yaxınlarını, anasını öz problemlərilə yükləmək istəməz, üz tutardı yuxularına.Hər dəfə bir problemi olanda həmin gecə yatmadan əvvəl dua edər, Allahla danışar və yuxusunda bir cavab-işarə gözləyərdi..Bu dəfə isə belə olmamışdı axı.Qərarını çoxdan verdiyi üçün heç bir işarə-filan gözləmirdi daha.Gözlənilmədən gələn bu yuxu ona nə demək istəyirdi görəsən?Bir saat əvvəl gördüyü yuxunu xırdalığına qədər xatırlamağa çalışdı.
...Nailə artıq iki övlad anasıdır.Bir oğlu və bir qızı var.Oğlu Cavid hərbi xidmətdədir.Qızı Yasəmən isə hələ tələbədir.Hər iki övladını canından çox sevsə də nədənə Cavid daha əziz idi ona.İlk övlad olduğundanmı, ya analar həmişə oğulu daha çox sevdiyi üçünmü, bilmirdi.Cavid yanında olanda özünü daha yaxşı hiss edirdi.Sanki oğlu onun sağalmaz dərdinə ən təsirli dərman idi.O getdiyi altı ay içində Nailə gündən-günə saralıb soldu.Onu bu dərdə salan bəlkə də elə əri Rəşid olmuşdu.Hardansa eşitmişdi ki, xərçəng xəstəliyinin səbəbləri elmə tam məlum olmasa da müşahidələr göstərir ki, belə xəstələrin sayı həyat şəraiti ağır olan, daim mənəvi və fiziki zülmlərə məruz qalan,- qısası bədbəxt insanlar arasında daha çox olur.Uşaqlıq və gənclik illərini xatırladı..Aran rayonlarının birində imkanlı bir ailədə doğulmuşdu.Atası polkovnik idi.Ailənin ilk və sevimli övladı olan Nailənin istədiyi hər arzusu yerinə yetməli idi.Orta məktəbi bitirəndə şəhərə oxumaq üçün gəlməyə hazırlaşanda qohumları buna etiraz etmək istəsələr də atası onun arzusuna qarşı çıxmamışdı.Atasını çox sevirdi.Bəlkə də anasından da çox.Onu başa düşdüyü, həmişə qərarlarını anlayışla qarşıladığı üçün..Onlar ata-baladan daha çox iki dost idilər.Bu dostluq ta onun Rəşidi tanımasına qədər sürdü.Rəşidlə şəhərdə tanış oldular.Nə ali təhsili var idi, nə daimi iş yeri.Bir sözlə, Nailənin tayı deyildi.Elə bu səbəbdən də atası onların evliliyinə qarşı çıxırdı.Atanı daha çox qəzəbləndirənsə Rəşidin iş tapmağa heç cəhd də göstərməməsi idi.Atasınn qəti etirazlarına baxmayaraq Nailə Rəşidi seçdi.Ailəsinin razılığı olmadan onunla evləndi.Qısası, Rəşidə qoşulub qaçdı.O gündən ölən günədək atası onu bağışlamadı.Hətta eşitdiyinə görə onu lənətləşimdi də.Həmişə lənətdən qorxan Nailə o zaman, Rəşidlə ən xoşbəxt günlərində belə bir gün atasının lənətinin real olacağını qorxuyla gözləyirdi.O zamandan 25 il keçib.İndi o övlad sahibidir.Bu gün, sabah ömür vəfa etsə nənə də ola bilər.Amma..bu xəstəlik imkan versə..25 il əvvəlki lənət görünür indiyədək qüvvədə imiş.Belə olmasaydı bu xəstəliyə 50 yaşında tutulmazdı.Yox, o atasını buna görə günahlandıra bilməz.Onun bədbəxt olmasında elə özü günahkardır.Rəşid onu qaçırandan sonra ümid edirdi ki, ən geci ilk uşaqları dünyaya gələn kimi qaynatası onları bağışlayıb qəbul edəcək.Hələ bəlkə ilk nəvəsinin xatirinə onlara ev də aldı.Axı hələ də kirayədə yaşayırdılar.Rəşidin könlündən hələ başqa şeylər də keçirdi.Maşın, yaxşı iş və s.Niyə də yox?Axı imkanlı ailənin yeganə qızı ilə evlənmişdi.Rəşidin bütün arzu və boş xəyalları Cavidin dünyaya gəlişindən az sonra puç oldu.Atasının necə sərt və kinli olduğunu bilən Nailə Rəşidin fikrini bəyənməmişdi.Bilirdi ki, atası onu belə tezliklə bağışlayan deyil.Rəşid Nailənin getmədiyini görüncə özü üzünə salıb arvad kimi bələkdəki körpə uşağı götürüb təkbaşına qaynatasıgilə getdi.Onun qəti rədd cavabını alınca nəhayət göylərdən yerə endi.Evə qayıdandan sonra dəyişib tamam başqa Rəşid oldu.Canından çox sevdiyi ərini heç belə mənfəətpərəst bilməzdi Nailə.Hər şeyi-ərinin onunla evlənmə səbəbini bilsə də artıq gec idi.Geri qayıda bilməzdi.Dözməli idi.Amma nə qədər?Və nələrə?İki il sonra Yasəmən dünyaya gəldi.İki uşaq atası olması da Rəşidi dəyişdirmədi.Atası onu bağışlamadan dünyadan köçsə də ölməmişdən əvvəl qardaşına tapşırmışdı Nailəgilə ev almaqda kömək etsin.Yenə də ata qəlbi dözmədi..İndi öz evləri vardı.Yenə atasının, qardaşının sayəsində.Rəşidsə hələ də işləmirdi.Orta məktəblərin birində müəllim işləyən Nailənin tək maaşı bir ailənin dolanışığına bəs etmirdi.Bu azmış kimi Rəşid özünə nəsə almaq istəyəndə maaşı gözləməz, onu məcbur edərdi hardansa borc tapsın..Bütün bunlar yavaş-yavaş Nailənin sağlamlığına təsir göstərməyə başladı.Günlərin birində Cavidin israrlı xahişilə elə onunla birlikdə müainə olunarkən ciddi xəstəliyi olduğu aşkara çıxdı.-Döş xərçəngi!Xəstəliyi haqda ərinə deyəndə o qədər üzülmədi.Bir az təəssüfləndi, o qədər.O da yəqin ki, Nailə tezliklə ölərsə onun üçün verməyə məcbur qaldığı hüzr mərasimləri, qəbiristanlqdakı torpağı və s.düşündüyü üçün...Nailə müalicə ala-ala işləməyə davam etdi.Dərmanlarının hamsını vaxtında qəbul edə bilmədi.Yenə də işdəki ağır gün rejimi, onu sıxan borclar, evdəsə ərinin təhqirləri..Özü də bilirdi bu xəstəliyin sağalması həyat şəraitindən daha çox asılıır.Həkim də demişdi əgər beş il müddətində səhhəti yaxşılığa doğru getsə sağalmasına ümid var.Amma yenə də bu müddətdə tez-tez gəlib müayinə olunsun.Beş il keçdi.Bu müddətdə yaxşılığa doğru heç nə dəyişmədi.Əksinə,-ərinin təzyiqilə iş yoldaşlarından, tanışlardan aldığı borclar daha da artdı (bunlar da onu çox üzürdü), Cavidlə Yasəmən böyüdükcə qayğıları da artdı.Hər gün şəhərə getməkçün yol pulu, tələbə yoldaşlarından heç nədə geri qalmamaları üçün bir az xərclik mütləq lazım idi.Xərclər artdıqca əlavə işlər də görməli idi.Maaş qane etmədiyi üçün səhhəti imkan verməsə belə əlavə dərslər keçməyə məcbur idi..Bir ana qəlbiylə övladlarının yaxşı yaşaması üçün özünü qurban verirdi.Bir ana ömrü onların yolunda şam kimi əriyirdi.Yox, onun həyatının məhv olmasının səbəbi nə maddi çətinlik idi, nə də övlad sahibi olması.Bu 25 ildə onunla bir həyatı bölüşdüyü “həyat yoldaşı” olan Rəşid idi günahkar.Rəşid bu illərdə ona həyat yoldaşı yox, HƏYATININ DÜŞMƏNİ olmuşdu.Başı qayğılara o qədər qarışdı ki, müayinədən keçən beş ilin necə gəlib keçdiyindən xəbəri də olmadı.Günlərin birində elə iş yerindəcə halı qəfil pisləşəndə, təcili yardım maşınıyla onu xəstəxanaya apardıqları gün məlum oldu-artıq çox gecdir.Ömrünə sayılı günlər qalıb.Ən çoxu bir-iki ay.İndi çarpayıda uzanıb 50 illik həyaının hər gününü ürək ağrısıyla xatırlamaqla günlərini sayır.Onu ziyarətə gələn gənc həmkarlarınasa elə hey yorulmadan belə deyir-:”Qızım, məni görürsüz.Halımı deməyə heç ehtiyac da yoxdur.Mən vaxtılə bir şahzadə kimi dolanırdım.Söhbət varlı yaşamaqdan getmir.Ətrafımda məni sevən, hər arzuma əməl edən sevdiklərim vardı.Atam, anam, məni sevən ailəm..Onları atıb məni bu günə salan insanı seçdim..Məndən sizə məsləhət, heç zaman xeyir-duasız ailə qurmayın..Və heç zaman özünü qurban verməyin.Sağlamlığınızı düşünün.Bu dünyada beş günlük ömür sürürsünüz, başqalarını düşünürsüz.Özünüzü də düşünün.Mən çox qurban verdim.Amma dəyməzmiş..Heç dəyməzmiş...”-Nailənin nədən danışdığını onun həyat hekayəsindən xəbəri olamayan gənc həmkarları elə də anlamasalar da onun halına yanır, orda çox qala bilməyib tez uzaqlaşırdılar.Bir dəri, bir sümük qalmışdı Nailədən.Bircə ömrü yetsəydi Cavidlə Yasəməni də evləndirərdi, gözü arxada qalmazdı..İlk dəfə müayinədən gələndən sonra Cavid bəlkə hər gün anasına yalvararaq ondan atasından boşanmasını xahiş edirdi.:-“Ana, axı niyə öz halına yanmırsan?Atam ancaq zülm verib sənə.Onun varlığı yoxluğundan daha çox əzab verir.Başa düşmürəm onda nə görmüsən, niyə onsuz yaşaya bilmirsən?Bu evdə heç nə ona aid deyil.Nə ev, nə də bizim sevgimiz.Gözümü açandan ancaq onun səni döymələri, bizi təhqir etməsi və hər gün evə sərxoş gəlməsini xatırlayıram.Nə qədər davam edəcək bu?Ayrıl ondan.Qurban olum, ayrıl, müalicə olun.Sənin yaşamağını istəyirəm.Axı onu bu qədərmi çox sevirsən ki, ayrıla bilmirsən?”..Nailənin ərinə olan sevgisi çoxdan yox olmuşdu.Körpə Cavidi zorla ondan alıb rayona atasıgilə barışmaq üçün apardığı gün.Qaynatasından rədd cavabı alan Rəşidin iç üzü elə həmin gecə açıldı.Evə sərxoş gəlib Nailəni artıq sevmədiyini deyəndə..Yox, Nailənin ərindən boşanmaq istəməməsinin səbəbi başqaydı.Rayondan çoxdan çıxsa da adət-ənənələrə çox bağlı idi.Düşünürdü ki, əgər boşansa oğlunu və qızını təkbaşına evləndirə bilməyəcək.Evləndirsə belə ömür boyu atasızlığını onların başına qaxacaqlar.Ya da “Anan niyə boşandı?” kimi boş suallarla bezdirəcəklər.Həyatını bu kimi mənasız adətlər üzündən puç etdi, boşanmadı.İndi isə son günlərini yaşayır..Heç vəsiyyətinə əməl edəcəklərinə də inanmır.Daha doğrusu Rəşid buna imkan verməz.O sadəcə doğulduğu yerdə, rayonda deyil, burada-uşaqları yaşayan şəhərdə dəfn edilməsini istəyirdi.Kaş ki, Rəşid etiraz etməyəydi.Ərini tanıyırdı.Şəhərdə torpaq pulunun baha olmasını bəhanə edib onun arzusunu yerinə yetirməyəcək..Eh...Çoxdandır göz yaşı da quruyub.Doyunca ağlaya da bilmir ki, sakitləşsin..”
...Nailənin gördüyü yuxunun təxmini məzmunu belə idi.Yuxuları həmişə belə uzun idi.Beş dəqiqəlik yuxunu birisinə danışanda ən azı on beş dəqiqəyə danışardı.Ona görə onun yuxularını yaxınları zarafatla “serial” adlandırırdılar.İndi də bu yuxu..Az qala bir insan ömrünü bir yuxuya sığışdırmışdı..Məsələ yuxunun uzunluğunda deyildi.Görəsən bu yuxunun mənası nədə idi?Axı Nailənin öz həyatı ilə bu yuxudakı Nailənin həyatı tam fərqli idi.Məsələn, Nailənin atası yox idi.Heç qardaşı da.Ailənin yeganə övladı idi.Atası o hələ uşaq ikən onları atmışdı.Həm də Nailəgil elə əslən bakılı idi.Heç rayon üzü görməyib.Rəşidlə də evlənəndə ailəsindən-anasından xeyir-dua alıb.Qoşulub qaçmayıblar.El adətiylə evləniblər.Uşaqları da ki, hələ yoxdur..Şükür Allaha ki, elə çarəsiz xəstəliyi də yoxdur..
Yox, dayan.Uşaqlar..Xəstəlik...Aha, məsələ də elə bundadır.Bir neçə ay əvvəl o da müayinəyə gedəndə həkim ona təcili ana olmasını məsləhət gördü.Hər bir qadın kimi təbii ki o da ana olmağı çox arzulayırdı.İndiki halındasa ana olmaq ona çox vacib idi.Sağlamlığı baxımından.Amma bunu Rəşidə necə desin.Axı o ata olmaq istəmir.Nə qədər qəribə də olsa onda ata olmaq istəyi heç yoxdur.Nailə onu çox sevdiyindən heç ağlına da gətirmək istəmirdi ki, bəlkə heç Rəşid ata ola bilmədiyi üçün bunu istəmir.Daha doğrusu özünü elə göstərir ki, guya istəmir.Nailə bu haqda düşünmək istəmirdi.Çünki indiyədək onların arasında bir sirr olmayıb.Ərini dünyalar qədər sevir.Onun tərəfindən belə sevildiyinə də çox əmindir.Elə buna görə də xəstəliyi haqda Rəşidə bir söz demədi.Həkimin müayinəsindən altı ay keçsə də nə ərini ata olmağa razı sala bildi, nə də xəstəliyi haqda ona deməyə özündə cəsarət tapdı.Altı aydır içi-içini yeyir..Həkimə verdiyi sualı və onun cavabını xatırladı:-“Həkim, əgər ana olmasam bu xəstəliyim ən pis halda nə ilə nəticələnə bilər ki?” ,-“Döş xərçəngi ilə”...
“Görünür yuxumun da mənası elə bundadır.Yuxudakı Nailə hər şeyini, həyatını ərinin istəklərinə qurban verdi.Mən də onun yoluyla gedirəm deyəsən.Bəlkə bu yuxu mənə bir işarədir.”Bəsdir, öz həyatını düşün.Lazım gəlsə sağlamlığın xətrinə ayrıl ondan” demək istəyir...Ya da ki, qəti bir qərar verməmi.Hə, elə də edəcəm.Elə bu gün ona hər şeyi danışacam.Bir azdan səhər yeməyindən sonra..”
Saatın səsi onu xəyaldan ayırdı.Sübh namazının vaxtı idi...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR