Düşündüm ki, yalnızam, səssizlikdi bir az istirahət edib sonra...sonra da nə bilim, sonrasını düşünməmişdim, amma çox güman ki, gündəlik məsələlərlə günümü dolduracaqdım...Amma heç təsəvvür edə bilməyəcəyim bir hadisə...Həyatımda heç bu qədər səs-küylü qonaqlar görməmişdim, həmçinin hamısını birdən..Belə ki, Sakitlə birlikdə söhbət edirdik. O, çoxdan bizdə idi. Yox ondan heç bir şikayətim yoxdur. Elə bu əsnada ilk başdan qapını döyən Xəyal oldu..Sakitin burada, yəni mənim yanımda olduğunu eşitmişdi. O Sakiti çox istəyirdi, sanki bir-birlərini tamamlayırdılar....Birlikdə Xəyalın söhbətlərinə qulaq asırdıq, səssizcə dedik-güldük, nə onlar məni eşitdi, nə mən onları,sadəcə, onlar məni gördü, mən də onları.Hər şey çox gözəl idi.Amma, görünür, Xəyalın ayağı yaman yüngül oldu.Elə bir az keçmişdi ki,qapı döyüldü,Sakit bir az narahat oldu. Çünki O yalnız nadir hallarda rahat ola bilirdi. Əhəmiyyət vermədik. Bir az keçdi, yenə təkrar döyüldü, yenə əhəmiyyət vermədik, üçüncüdə isə qapı elə bərk döyüldü ki, heç açmağa bele ehtiyac qalmadan keçmiş birisi-Xatirə qapını özü açıb icazə belə almadan içəri daxil oldu. Bəlkə də icazənin nəticəsini güman etmişdi. Sakit getmək istədi birtəhər yalvar-yaxarnan saxlamışdım onu. Çünki hər istədiyimdə onu tapa bilmirdim, amma yenə də bizimlə oturmadı, keçdi yan otağa...
Sizə kimdən deyim, nədən danışım - bu Xatirədən, mənim ən əvvəlki və çox yaxın qonşum idi. Mənə o qədər yaxın idi ki, o zamanlar o mənimçün tamam başqa idi,doğmam idi sanki. Amma əlbəttə, daha sonra aramızda xoşagəlməz hadisə baş verdiyindən uzaqlaşdıq və mənimçün o, sadəcə elə Xatirə oldu. Səbəb çox idi nə isə, amma düşündüm ki, O bu günə qədər məni özünə doğma bilib və elə bu səbəbdən də yenidən görmək istəyib, amma yox, belə deyilmiş.
Onunla bir müddət danışdıq. Heç dəyişilməmişdi, həmişəki kimi birbaşa əsas məsələyə keçdi.
Danışan Xatirə idi:
"Səni özümə bir zamanlar çox doğma bilirdim, amma qismət belə imiş. Səninlə acı məqamlarla ayrılsaq da, əvvəllər xoş təəssüratlarla qarşılaşmışdıq. Gəlişimin səbəbi odur ki...bir zamanlar sənə məxsus olan bu qutunu elə sənə qaytarmaq istədim. Bu qutunun içində çox dəyərli bir şey var, illərdir mənimlə idi, əslində ona mən qutu yox, Yadigar deyərdim. Çünki o çox qiymətlidir. Ondan ayrılmaq çətin olsa da, geri qaytarmalıyam. O sənindi, onu qoru, ona özün kimi bax".
Qutuda nə oldugunu təxmin etmişdim, hə, əslində əmin idim. Xatirəyə Yadigarı mənə gətirdiyi üçün çox təşəkkür etdim, onun varlığı isə artıq mənə Xatirəni xatirladacaqdı. Bir qutunun - yəni Yadigarın naməlum dəyərini məlum etməmişdən mənim gözümdə o, fərqli dəyər donu geyindi. Səbəbi isə dəyər dolu bir ad - "Xatirə"idi...
Qutunu açmaq istədim, amma qapı döyüldü, gələn Həyəcan idi. Həmişəki kimi yenə də bir bəhanə ilə: "Eşitdim məni görmək istəmisiz" - deyə içəri daxil oldu. Həyəcan Xatirəni tanıyırdı, çünki Xatirə mənim keçmişimdən xəbər verdiyi kimi, Həyəcan da mənə çox keçmişdən yaxın idi. Sadəcə, Həyəcan Xatirədən fərqlənərək hələ də mənimlə idi və eyni idi...
Həyəcan çəkilib bir tərəfdə oturdu. Mənim isə əlim qutuda idi, elə açırdım ki, Həyəcan orda nə olub-olmadığını soruşdu və bir-birinin ardınca sual verərək yaxınlaşdı... Yaxınlaşdı və yaxınlaşdı... və qapı döyüldü. Qapının bir döyülüb bir dayanan səsi Həyəcanı yerindən qaldırdı. "Mən açaram, yəqin Tərəddüddür" deyib qapıya tərəf qaçdı. Gələn Tərəddüd idi - Həyəcanın ən yaxını. Onlar sanki bir-birini tamamlayırdı. Ayrı qala bilməzdilər desəm, bəlkə də yanılmazdım. Həmişəki kimi Həyəcanı axtarmaq məqsədi ilə gəlmişdi, Həyəcan: "Asarsan, kəsərsən, amma qutu açılmamış gəlmərəm" - dedi. Qutu məsələsini duyub, Tərəddüd də gəldi içəri və dedi: "Bəlkə açmayasan,sonra bağlaya bilməzsən. Bağlamaq istəsən də bəlkə çox gec olacaq" deyə Həyəcana qoşularaq bəzi suallar verdi və həmişəki kimi məni yenə də düşünməyə vadar etdi..
Əslində sualların mahiyyəti mənasız idi. Amma sualların varlığı əlimi Qutudan uzaqlaşdıraraq düşünməyə vadar etdi. Tərəddüd qapını açıq qoymuşdu, qapı döyülmədən Cəsarət içəri girdi.
Cəsarət həm yaxın, həm də mənəvi cəhətdən çox uzaq idi...Yəni ən yaxınımda olsa da, eynilə də ən uzağımda idi. Qapının açıq qalması və yaranan səs-küy, eynilə Tərəddüdün səsi.. O indi burda idi. Çünki onun Tərəddüddən alınacaq bir intiqamı var idi. Amma Tərəddüd bunun səbəbini heç zaman anlamamışdı.. Bəlkə də bunun səbəbi elə Tərəddüdün varlığı idi.. Cəsarət içəri girdi heç nə soruşmadan qutunun ağzını açdı. Hamı susmuşdu, çünki elə-belə olmalı imiş. Cəsarətin sirli dünyasına hamı bələd idi. Danışsalar nə fayda. Tərəddüd danışsa cavab ala biləcəkmi? Eynilə başqası danışsa və nə danışsa, bəlkə də əsl danışması lazım olan elə indi danışırdı. Sakit danışırdı. Otaqdan səsi gəlirdi.
Xatirə də başladı danışmağa. Bir az keçmiş günlərimizdən, qutunun tarixindən yerli, yersiz, bəlkə də sadəcə söz olsun deyə danışırdı. Bir də mənə bir təklif etdi: "Yenidən qayıdaq" -dedi, "Həmişəki kimi yaxın olaq" dedi. Tərəddüd qulağıma nəsə pıçıldanmaq istədi və yenə qapı...
Gələn mənim ən yaxın dostum Qürur idi. Onu çox istəyirdim, çünki nə zaman darda qalsam, mənim yanımda idi. Onun mənə nə dərəcədə yardım edə bildiyini deyə bilməzdim, amma bir onu bilirdim ki, darda və qərar vermək anımda həmişə yanımda olurdu.
Xatirənin təklifini eşitmişdi və "Getmə" dedi , "Çünki sən getsən, mən tək qalacam. Bilirsən ki, səndən başqa heç kəsim yoxdur".
Xatirə "Gedək" deyirdi, Cəsarət də "Get" deyirdi, Qürur "Getmə" deyirdi. Həyəcan danışırdı, amma səslərdən onun düşüncəsini eşidə bilmirdim, Tərəddüd durmadan bir şeyler pıçıldayırdı. Hamı danışırdı, Sakitdən başqa... Qərar verməli idim. Belə də etdim, "Getmədim". Qonaqlarım sanki qərarımı gözləyirmiş kimi tək-tək bəzisi sağollaşıb, bəzisi isə elə səssizcə çıxıb getdilər. Sakitdən başqa, indi o danışmağa başladı.
Bu qədər səs-küyü heç vaxt yaşamamışdım. Amma Xatirənin Yadigarı mənə gətirməsi tez-tez bu səs-küyün yenidən yaşana biləcəyindən xəbər verirdi...
Bir az sonra Xəyalla birlikdə Sakit də getdi...
Mənə qalan isə bir Qutu - YADİGAR oldu..
P.S. Bəzən çoxumuz evdə tək qalanda keçmişdəki nələrisə bizə xatırladacaq olan qutunu açıb keçmiş günləri yada salmaq xəyalımızdan keçir. Bəzən olur ki, tərəddüd edirik açmaqda, əlimizi uzadıb açmaq istədiyimiz zaman ürəyimizin döyüntüləri artır, həyəcanlanmağa başlıyırıq. Sonra sanki bir qüvvə bizə sakitcə "Açma, açma, keçmiş artıq keçmişdə qaldı" deyə qulağımıza pıçıldayır. Mən də elə o anları kiçik hekayə kimi yazdım, sizlərlə bölüşmək istədim. İnşallah bəyənərsiniz. Oxuyan gözləriniz yolrulmasın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kahı maskası
NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər
Davosdan dəhşətli neft proqnozu
Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA
Şəffaf smartfon göstərildi
"Bir qutu mərmi" - VİDEO
Doğuşdan əvvəl makiyaj edən analar
Unun qiymətinin qalxması xəbərinə nazirlikdən reaksiya
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
Türkiyədən Dağlıq Qarabağ BƏYANATI
Növbəti düşmən təxribatı ilə üz-üzə - Nazirlikdən XƏBƏRDARLIQ
Şəhər fəryad eləyir: "Yağma, yağış..."
Sentyabr ayında HAVA necə olacaq?
İki məşhur sevgili oldu
"Google"dan yenilik
Tanınmış müğənninin gitarası 495 minə satıldı
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Qadınların kişilərdən üstün cəhəti ortaya çıxdı, amma...
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
İş yerində sağlam qidalanın
Dərsliklərə dil və üslub üzrə redaktor təyin olunacaq
DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə XƏBƏRDARLIQ
Misirdə 50-dən çox mumiya tapıldı
Koronavirusla bağlı SON STATİSTİKA
Yəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu
Dekorasiyada zərif yaşıl tonları
Sürüşmə zonasında azərbaycanlılar da var
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Aslı Murata “yox” dedi - SƏBƏB
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Burak Özçivit Murad Bozun adını eşidən kimi ÖZÜNDƏN ÇIXDI - FOTO
Nurgül Yeşilçayın "əri" tapıldı
Bu günün tarixi (18.05.2014)
Azərbaycanda geomaqnit gərginlik və maqnit qasırğası gözlənilirmi?
Miranda Kerr üçüncü dəfə ana oldu
BÜRCLƏR bizə nə vəd edir? - 3 MAY
Gül DAVASI-FOTO
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
Mərkəzi Bank yeni qərar verdi
Bakıda maşınların qiyməti düşdü SİYAHI
Olimpiya Oyunaları üçün suvenir xalçalar toxunur
Bakıda satılan qəribə "kukla"-VİDEO
Nazir anons verdi: "Tarif siyasətini davam etdirəcəyik"
“Forsaj-9” filminin hadisələri Azərbaycanda da cərəyan edəcək – VİDEO
Emil Balayev oynadı, "Ayntraxt" 12 qolla qalib gəld
Hava haqqında
Həyatdan ayıran al-qırmızı dəqiqələr
- ŞƏRHLƏR