Bu məhəllədə hamı can deyib, can eşidirdi. Böyük-kiçik yeri bilinirdi. Kiçiklər böyüklərə hörmət edir, böyüklər kiçiklərin qayğısına qalırdı...
Bu məhəllənin qadınları iffətli, kişilərı həyalı və qeyrətli idi. Kiminsə namusuna xor baxmaq ölümə bərabər idi. Onların ruziləri bol, canları da sağlam idi. Hamı bir-birinə kömək edir, bir-birinin qayğısına qalırdı. İrəli gedənin gözü arxada qalırdı ki, geridə qalanları da irəli aparsın...
Bu məhəllədən nə qədər alimlər çıxmışdı! Evlərdə qab-qacaqdan çox kitab vardı. Böyüklü-kiçikli kitabla yatar, kitabla durardı...
Bu məhəllə şükürlə oyanar, şükürlə yatardı. Allah da onların təşəkkürünə bol-bol nemətlərlə təşəkkür edərdi...
Bu məhəllənin quşları da hər səhər şən-şən ötərdi. Məhəllənin ağacları da təravətli idi, külək sığal çəkdikcə başını sevinclə sağa-sola əyərdi. Bu məhəllənin səması da fərqli səma idi, yerlə göy bir-birini başa düşərdi...
Bir gün həmin məhəllənin düz ortasında bir çörək evi açıldı. Hamı sevindi. Daha evlərdə çörək bişirilmədi. Hamı sevinclə çörək evinə tələsdi, çörək evinin sahibinə xeyir-bərəkət diləyirdilər. O isə, işinə insanlara xidmət yox, sadəcə pul qazanmaq vasitəsi kimi baxırdı. Onun üzünə təbəssüm edənlər insanlar yox, pullar idi. Onun üçün çörəklə digər şeyləri satmaq arasında heç bir fərq yox idi...
Bu çörək evinin çörəkçisi olan qadın da müdiri təbiətli bir qadın idi. Ayrı məhəllədən gəlmişdi, xasiyyəti də ayrı idi. Onun həyası da ayrı cür idi... Qəlbi fəsadla qaynadığına görə gözləri də qaynayar, gənclərə və kişilərə ata-qardaş gözü ilə yox, heyvani ehtirasını və sevgi aclığını doyuracaq bir vasitə kimi baxırdı... Onun əlləri də qəlbi kimi fəsadla qaynayırdı və bu əllər gözəl məhəllənin yaxşı insanlarına səhər-axşam çörək bişirirdi...
***
Bir məhəllə vardı... Bu məhəllədə heç kim bir-biri ilə yola getməzdi. Böyük-kiçik yeri bilinməzdi. Kiçiklər böyüklərə hörmət etməz, onları lağa qoyar, sözünü kəsərdi. Böyüklər də kiçiklərə rəhm etməzdi. Heç kim bir-birinin qayğısına qalmaz, hamı özünü düşünərdü. İrəli gedənin qətiyyən arxaya baxmazdı, geridə qalanlar da irəli gedənin ayağından çəkərdi...
Bu məhəllə elmə, savada pis baxar, kitab oxuyanları lağa qoyardı. Kitabı olanlar da onları boş qab-qacaq kartonlarına yığar, ortalıqdan götürərdi...
Bu məhəlləin camaatı naşükür idi. Daim hər şeydən şikayət edər, heç bir şeyə qane olmazdı. Allah da bu naşükürlüyə görə onlardan öz bərəkətini kəsmişdi...
Bu məhəllənin qadınları həyasız, kişilərı arsız və qeyrətsiz idi. Kiminsə namusuna xor baxmaq onlar üçün adi bir şey idi. Onların ailələri kasıblıq içində idi. Nə qədər qazanırdılarsa, yenə də bəs etməzdi. Daim hiss edirdilər ki, nə isə çatışmır. Nə qədər yeyirdilərsə gözləri doymazdı. Dünya onlara dəniz olmuşdu-nə qədər içirdilər bir o qədər yanğıları artardı. Bunun nəticəsində böyüklü-kiçikli hamı xəstə idi. Qazandıqlarının çoxu həkimlərin cibinə axardı, ancaq yenə də sağalmazdılar...
Bu məhəllədə hər səhər qarğalar qarıldaşardı. Sevgi quşları bu məhəllədən köç edib getmişdilər. Məhəllənin ağacları öz təravətini itirmiş, külək tərpətdikcə cırıldayardı. Bu məhəllənin səması tutqun, havası ağır idi. Bura göy yağış yağdırmır, yer bitki bitirmirdi. Yağsa da ya toz-torpağı yatırmayacaq qədər az, ya da selləmə yaradacaq qədər çox yağardı...
Bu məhəllə öz evlərində çörək bişirməyə tənbəllik edib pozğun qadının bişirdiyi çörəyi yeyən əvvəlki gözəl məhəllə idi...
XƏBƏR LENTİ
Günün ulduz falı - 18.12.2013
3 il sizlərlə - Yeniliklər...
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Çiçəkdən tac düzəlt
Pensiyaçılara şad xəbər
Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Əqrəbləri çəkməyi unutmayın
TQDK bu rayonlarda imtahan keçirəcək
2018 Emmy mükafatları; Qırmızı xalça
Azərbaycanda hər 8 nəfərdən birinin maşını var
Makaronun növləri və hazırlanması
Demet Evqar ilk dəfə ərə gedir_FOTO
2014-cü il - At ili
Hava necə olacaq?
Qaşlarını yan dara, qız...
Hava haqqında
Bananla kəpəkdən xilas olun
Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA
Rahat ev geyimləri
Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır - RƏSMİ
Barışdıqdan sonra ilk dəfə-FOTO
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ramazanda qidalanmanın incəlikləri
Yol polisi hansı halda sürücünün vəsiqəsini özündə saxlaya bilər?
Sürücülərə şad xəbər
Valideynlərimizə deməyə çəkindiyimiz sözlər
Elman Rüstəmov manatdan DANIŞDI
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Ermənistanın iki “Su-25” təyyarəsi məhv edildi - RƏSMİ
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Bakıda yer yenə ağardı
Antibiotikləri necə istifadə etməli?
Günün ulduz falı
Selin Dion gözlənilən AÇIQLAMAnı verdi
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
iWatch-ın satılacağı vaxt açıqlandı
Permdə doğulan Ömər Xəyyam
Heminquey haqqında maraqlı faktlar
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti
Moruqlu bisküvit (foto resept)
Putindən dünyaya mesaj
Kənd təsərrüfatı siyahılaşdırılacaq
Narnumri (foto-resept)
Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında (foto)
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Madonna Mayk Taysonola duet oxudu
- ŞƏRHLƏR