Gözlərimdə anadangəlmə ciddi dərəcədə bir zəiflik var. Görünüşü gözəl, görməsi çox zəifdi gözlərimin. Həm də yaman ağrıyır, istirahət edəndə ağrısı keçir, linzadan istifadə edəndə yaxşı görürəm, amma həmişə küsmüşəm gözlərimdəm, həmişə də möhtac olmuşam gözlərimə.
Ali məktəbə hazırlaşanda yaman əziyyət çəkirdim - gözlərim ağrıyır, məni dərslərimi oxumağa qoymurdu. Gözlərimə deyirdim ki, nə olar məni yarıyolda qoyma ki, Ali təhsil ala bilim. Gözlərimin çox dəhşətli ağrıdığı zamanlarda üsyan edirdim, ağlayardım, daha da ağrıyardı gözlərim. Anam kömək etdi mənə - Mən gözlərimi yumub uzanar, anam dərslərimi mənə oxuyar, mən də onun dediklərini təkrarlayaraq öyrənərdim... O il Azərbaycandakı ən yüksək bal toplayaraq Universitetə qəbul olan tələbə idim...
Ailə qurdum, həyat yoldaşım ilk görüşdə gözlərimə aşıq olmuşdu. Mən də Gözlərimi sevməyə bir bəhanə tapmışdım - Hara baxsa sevdiyimi görür deyə...
Ana olmaq istəyirdim, həkimlər mənə uşaq dünyaya gətirməyimin gözlərim üçün təhlükəli olduğunu dedilər. Həmişə yoldaşıma deyərdim ki, sən ki, mənim gözlərimə aşiq olmusan, bəs bu gözlər səbəbilə ana ola bilməsəm, ya da nə vaxtsa gözlərim tutulsa görməsəm, mənim həbsimdə olmaq məcburiyyətində deyilsən. O nə qədər məni belə düşünmədiyinə inandırsa da düşünürdüm ki, yəqin pis olmağımı istəmir.
Yenə Allaha dua etdim, gözlərimdən dözümlü olmağı istədim. Necə çarəsizlərə çarə olan Allahım elə bir şərait yaratdı ki, övladım heç bir problemsiz dünyaya gəldi. Hətta ən tez xəstəxanadan çıxan ana yenə mən idim...
Dualarımı qəbul edirdi Allahım, çox şükr edirdim buna, məni heç vaxt darda qoymamışdı Rəbbim. Amma niyə??? Niyə məhz gözlərim? Hikmət axtarırdım, tapa bilmirdim... Sevmirdim gözlərimi... Ta ki o günə qədər...
...Ailəcə tanıdığım iki bacı var idi. Çox təəssüf ki Anaları rəhmətə getmiş, biz də başsağlığı üçün yas mərasiminə getmişdik. Onların analarına, analarının da onlara münasibətini həmişə heyranlıqla izləyərdim. Heç ağlıma da gəlməzdi ki, ölən qadın bu bacıların doğma anaları deyil. Orda bildim ki, bu bacıların birinin 2, o birinin 5 yaşı olanda anaları vəfat etmiş 1 il sonra ataları yenidən evlənmişdi. İllər əvvəl ataları da rəhmətə getmiş qızlarını da həyat yoldaşına əmanət etmişdi. Amma bu qadının da övladı olmamışdı....
Çox təsir etmişdi mənə bu hekayə...
O hüzür yerindən qayıdanda yoldaşım yenə ağrıyan gözlərimdən süzülən yaşları sildi və dedi:
-Allah həmişə bir şeyi gec və ya tez, olacaq və ya olmayacaq şəkildə, amma hər şeyin xeyirlisini edir. O bilir kimə nəyi, necə, nə vaxt, nə qədər vermək və ya almaq lazımdır. Önəmli olan Allahın verdiyinə, verdiyini qədərinə, aldığına şükr etməyi bilməkdir. Bax, görürsənmi o qədər sözdə analar var ki. Ya da o qədər vəfasız övladlar. Allahın hikmətinə bir bax ki, bu cür analıq etməyi bacaran bir insanın özünə övlad qismət etməmişdir. Bəlkə də ona övlad versəydi o bu övladlara ögey davranar, günaha batardı. Sən Allahın hikmətinə bir bax ki, o qadınla qızların atası evləndikdən illər sonra ataları vəfat edib. O qadin istəsəydi çıxıb gedərdi. Onu bağlayan heç nə yox idi ki, bizim düşüncəmizlə. Kim bilir, o da bu qızları yetişdirmək üçün tək-tənha nə əzablar çəkib, əsl Ana kimi... Sanki Tanrı bu yetimləri əmanət etmək üçün bir səbəb yaratmış, o qadını ataları ilə evləndirib.
Bir hadisədə, yaşadığımız hər anda, hər taledə cümlələrlə ifadə edə bilməyəcəyimiz, hətta nə çox böyüklükləri anlaya bilmədiyimiz həqiqətlər var. Allahın hikmətini, qüdrətini anlaya biləcək güc versə, hər şeyə şükr edə bilən geniş ürək versə hamıya kaş ki... Allah insanı hər sıxıntıya salanda sınayır-insanın şükr etməyini istəyir, savablar qazanacaq şərait yaradır.
Sən də şükr et. Gözlərin səni incitsə də, Allaha dua etməyə bir səbəbin daha olur. Tanrı səni heç vaxt yarıyolda qoymayıb axı. Sənin gözlərin ətrafı yaxşı görməyə bilər,. Amma ən əsası odur ki, sənin ətrafındakı insanları görən ürəyinin gözləri var. Sən hamının ürəyindən keçənləri görə bilirsən, hamıya diqqət, sevgi göstərə bilirsən. Gözlərinin ətrafı görməsi üçün müasir dövrdə kömək üçün linzalardan istifadə edirsən. Amma ürəyə göz verən heç bir cihaz kəşf edilməyib. Bax, mən sənin gözlərinə aşiq olsam da səni tanıdıqca ürəyinin gözlərini Sevmişəm, mən onlara vurğunam, mən onlara heyranam.
Anlamışdım...Daha onu “bezdirmədim”...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?
BMW-nin xüsusi buraxılışı
Bu da İŞİD-in qırıcıları
Marsda müəmmalı baza tapıldı-FOTO
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Dərsliklər üçün rəylərin öyrənilməsinə başlanıldı
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Banan maskası
Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"
Üzü Qara ev
Qızılın qiyməti ucuzlaşdı
Yağış yağacaq, şimşək çaxacaq
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar - VİDEO
7 qatlı bar (foto resept)
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
12 kiloqram arıqladan yumurta pəhrizi
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO
İTV-dən Elnur Hüseynovla bağlı açıqlama
Kremli kek (foto resept)
İzləyicisinin evlilik təklifini qəbul etdi
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Qəlbinizi fəth edək ziyafət donları
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
Bakıda saxta “İvanovka” süd məhsulları istehsal edilirmiş
Günün qoroskopu:Bədxərclik etməyin!
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Quru meyvəli yulaflı biskuvit (video-resept)
Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
CeyLonun konsert üçün istək siyahısı
Leonardo Da Vinçinin saçı tapıldı-FOTO
Zövqlə bəzədilmiş tərəvəzlər
Yaşa görə dərinizin ehtiyacları
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Nyu-York küçələrində koronavirusdan ölənlər üçün soyuducular peyda olub
ABŞ Türkiyəyə qoşun yeridir
2014-cü ilin gündəlik geyim nümunələri
Maraqlı İlluziyalar
Toyuqlu dolma (foto resept)
İyul ayında bizi necə hava gözləyir?
Nura həsrət gözlər
Meqan Foks Çanakkaledə-FOTO
Qat-qat salat (foto resept)
Hava haqqında - 30.11.2013
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Sağlamlıq və təhlükəsizlik standartları(3-4 yaş)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
- ŞƏRHLƏR