İlahə uçurdu, yerimirdi. Altayın dodaqları dəyən yerlər sanki od tutub yanırdı. Bu halla evə necə gəldiyini də bilmədi. Bir də gördü qapılarının qarşısında dayanıb.
Atasının iş vaxtı qurtardığına görə artıq evdə olmalı idi. Yəqin ki, indi intizarla qızının yolunu gözləyirdi. Özünə bir anlıq nifrət etdi atasına yalan danışdığı üçün. Qrup yoldaşları ilə birgə olduqlarını söyləmişdi. Axı bu il ali məktəbi başa vururdu. Bu münasibətlə yığıncaq keçirəcəkdilər. Bu sözdə həqiqət vardı. Lakin yığıncaq elə dünən bitmişdi: "Gecəni rəfiqəmgildə qalacam"- desə də, Altayla olmuşdu. Atası ona inanıb, etibar etdiyi üçün etiraz etməmişdi. İndi atasının gözlərinə necə baxacağını fikirləşərək, bir az qapının ağzında dayandı, saçlarına, üst-başına yenidən əl gəzdirdi. Qapını açıb evə daxil oldu. Atası ümumi otaqda oturub televizora baxırdı. Ona gəldiyini hiss etdirmədən otağına keçmək istədi, lakin gec idi, onu görmüşdü:
-İlahə, gəldin qızım?
Üzünə baxmadan cavab verdi:
-Hə atacan, necəsən? Günün necə keçdi, mən olmayanı?
-Mən yaxşıyam qızım, elə həmişəki kimi. Sən necəsən, yığıncağınız necə keçdi? Danış bir az.
-Atacan, sonra danışaram, nəsə başım ağrıyır. Yatmaq istəyirəm bir az.
-Qızım, bəlkə acsan, yemək da hazırlamışam. Yemək ye, sonra yat.
-Sağ ol atacan, ac deyiləm.
Yaxınlaşıb atasının üzündən öpdü.
Mahmud kişi qabarlı əli ilə onun saçını sığallladı. İlahə yaşarmış gözlərini gizlətmək üçün, üzünü çevirərək, cəld otağına keçdi.
Üzüqoylu çarpayısına döşəndi, yanaqlarından axan göz yaşları yastığını islatdı. Elə bu vaxt telefonuna gələn mesajın melodiyası eşidildi. Altaydan idi: "İlahəm mənim, elə indi ayrıldıq, artıq darıxıram sənin üçün". Bunları oxuduqca, üzündə təbəssüm yarandı, unutdu bir anlıq hər şeyi. Altayı fikirləşərək yuxuya getdi.
Onlar şəhərdə kirayə tutduqları balaca bir evdə yaşayırlar. Anası İlahənin 10 yaşı olarkən ağır xəstəlikdən vəfat etmişdi. Evində hər şey Mahmuda sevimli yoldaşını xatırladırdı. Ata-anası: "Ay bala, hara gedirsən? Heç olmasa uşağı saxla, biz baxarıq" - desələr də, o balaca qızını da götürüb şəhərə gəlmiş, balaca bir evi kirayələyərək, orda özünə iş tapıb məskunlaşmışdı. Fəhləliklə balasını böyüdərək, bütün fikrini, aylıq maaşını evin kirayəsinə və qızının təhsilinə çatdırmağa yönəltmişdi. Yenidən evlənmək heç yadına düşmürdü. Ən böyük arzusu, qızını ali təhsilli görmək idi. Bunun üçün lazım olan hər şeyi edir, hər zəhmətə qatlaşırdı. İlahə də atasının əziyyətini yerdə qoymadı.
Lazım olan balı yığıb ali məktəbə qəbul oldu. Artıq illər keçmiş, qızı məzun olmağa hazırlaşırdı. Onu ağ həkim xalatında təsəvvür edəndə qürurdan ürəyi yerindən çıxırdı atanın. İndi bircə qalır onu halal süd əmmiş biri ilə evləndirmək. Tanımadığı üçün şəhər camaatına o qədər də etibar etmirdi, amma kənddə elə öz qohumları keçən il ona qızı istədiklərini eşitdirmişdi. Əslini-kökünü tanıdığı yaxşı bir ailə idi. Lakin onlara qəti bir söz deməmişdi: "Qız hələ oxuyur", deyib söhbətin üstündən keçmişdi. Bu barədə İlahə ilə də danışmamışdı. Bu il hər yay olduğu kimi kəndə gedəndə münasib bir vaxtda bu barədə qızı ilə danışmağı düşünürdü. Qapının zənginə fikirdən ayıldı. Ceyhun idi:
-Salam, Mahmud əmi.
-Salam, oğlum, xoş gördük! Gözlə, indi gəlirəm.
Ceyhun onun iş yoldaşı idi. Atası vaxtsız öldüyündən ailənin bütün ağırlığı onun çiyninə düşmüşdü. Məktəbli olarkən bir tikə çörək qazanmaq üçün özünü hər işə vermişdi. Bacısı və anası ilə birgə yaşayırdı. Çox zəhmətkeş və saf insan olduğu üçün Mahmud kişi onun xətrini əziz tuturdu. Çox vaxt birgə olardılar, evdə dadlı bir yemək olanda onu evlərinə gətirər, üçü birgə deyə-gülə süfrə arxasında əyləşərdilər.
Ceyhun Mahmud kişinin ardınca evə boylandı, həmişə bu vaxt İlahə də dərsə gedərdi və birgə çıxardılar evdən. Yadına düşdü ki, artıq dərslər qurtarıb və İlahə artıq hər səhər onlarla birgə evdən çıxıb dərsə getməyəcək, həsrətlə köksünü ötürdü.
Mahmud kişinin gümrah səsi eşidildi.
-Mən hazır, gedək, oğlum.
***
Altay üzünü qırxa-qırxa zümzümə edirdi. Kefi kök idi, İlahə kimi bir gözəl onun olmuşdu. Onun üçün qızları, qadınları dəyişmək, əlcək dəyişmək kimi bir şey idi. Cəlbedici xarici görünüşü, ən əsas şirin dili və natiqlik qabiliyyəti bunu etməyə ona hər cür imkan verirdi. Artıq özünə vərdiş etmişdi dilinin arxasında gizlənib, özünü başqa cür, olmadığı kimi qələmə verməyə. Onun şirin dilinə aldanıb aşiq olan qızlar, bilsələr ki, onun şirin sözlərinin qarşısında əriyib, dərdindən öləndə Altay onlara ürəyində gülür, yəqin ki belə etməzdilər. Ancaq başqasının qəlbinə girib həqiqəti öyrənmək belə asandırmı? Özü də qarşılarındakı Altay kimi, mahircəsinə maskalanmış bir insandırsa. Təkcə İlahə ilə o özünü bir az fərqli hiss edirdi. Bu qız o qədər saf bir qızdı ki, hərdən ona elə gəlirdi ki, qarşısındakı bir mələkdi. Hətta hərdən özünə nifrət edirdi belə saf qızı da aldatdığına görə. Belə düşünməsinə də hərdən heyrət edirdi, çünki əməllərinə görə əzab çəkmək hissi ona yad idi. Onu ilk gördüyü anları xatırladı.
Əmioğlusu Faiqlə danışdıqları kimi onun oxuduğu ali məktəbin qarşısında görüşüb, restorana gedəcəkdilər.Altay Rusiyadan doğma vətənə qonaq gəlmişdi. Uşaqlıdan orda yaşayırdılar. Atasının imkanı yaxşı idi, ona görə həyatda heç bir çətinlik görməmişdi. Yeganə çətinliyi atası ilə anası arasında olan mübahisələr idi ki, bu da onu narahat edirdi, daha doğrusu kefinə soğan doğrayırdı. Bütün həyatı boyu atasının kefcil həyat sürməsi, içki, qadınlar və s. evlərində həmişə söz-söhbət yaradırdı. Uşaqlıqdan gözünü belə açmışdı, həmişə dava-dalaş, atasının yumruqları və anasının göz yaşları. Altay bu səbəblə evdən qaçmağa bəhanə axtarırdı. İndi də yay tətilini bəhanə edib vətənə gəlmişdi. Tətil deyəndə heç dərslərinə də getmirdi. Atası qiymətlərini pul gücünə alırdı. İşi-peşəsi dostları ilə, müxtəlif qızlarlarla avaralanmaq idi .Vətənə gələndə özü ilə sevgilisi Tanyanı da gətirmişdi. Özlərinin şəxsi evləri vardı, maşını, pulu vardı. Dünya onun ayaqları altında idi. İndiyə kimi hələ görməmişdi ki, bir qız ona etiraz etsin. Xarici görkəminə çox diqqət yetirirdi. Qarşıdan bir az uzun olub alnına tökülən qara telləri, gözəl üz cizgiləri və əsas şirin dili hamını cəlb edirdi.
İndi də gəlmişdi ki, Faiqi də götürüb onlara getsinlər. Sonra Tanya, Faiqin sevdiyi qız və o birlikdə Faiqin tanıdığı şəhərin ən yaxşı restoranların birinə gedəcəkdilər. Faiq qapıda göründü. Salamlaşıb görüşdülər. Elə bu zaman Faiqin qrup yoldaşları arxadan yaxınlaşıb Altayla görüşdülər:
-Tanış olun, əmim oğlu Altay. Qürbətdə yaşayan qardaşlardandı, canlara dəyən oğuldu.
Altay çəkici gözləri ilə görüşdüyü insanları süzməyə başladı. Qızların üzündə baxışları bir az ləngidi. Qızlar da Faiqə söz ata-ata gülərək Altayla görüşüb onun komplimentlərinə gülüşürdülər. Altayın diqqətini kənarda dayanmış, sarışın saçlarını açıb çiyninə səpələmiş digər qızlardan fərqli olaraq ciddi görkəmi ilə seçilən və bayaqdan heç danışmayan bir qız cəlb etdi. Qız sanki Altayı görmür və yaxud görməzlikdən gəlirdi. Sual dolu nəzərlərlə Faiqə baxdı. Faiq o baxan səmtə baxanda səsləndi:
-İlahə, tanış ol, Altay.
İlahə yaxına gəlib əl uzatmadan elə uzaqdan başını tərpətdi, gülümsünərək "Tanışlığımıza çox şadam, vətənə xoş gəlmisiniz", dedi.
Altay diqqətlə ona baxdı, əynində ağ kətandan sadə, lakin əyninə yaxşı oturmuş, mütənasib bədənini çox gözəl göstərən bir paltar vardı. Ayağında olan yüngül yay ayaqqabısı və ağ çantası ona çox gözəl yaraşırdı. Üzünə çox yüngül makiyaj etmişdi. Gəncliyin bəxş etdiyi məsumluq və təravət onsuz da ona bir gözəllik bəxş edirdi. Altay soyundurucu nəzərlərini ondan çəkmirdi, dolu sinəsi, incə beli, tökmə ayaqları nəzərindən qaçmadı. İlahə bu nəzərlərdən sıxıldı, sağollaşıb rəfiqəsinin qoluna girdi. Onların ardınca hərə bir yerə dağıldı. Altay əlini uzadıb, cibindən bahalı siqaret qutusunu çıxartdı, gözləri ilə qızı müşayət etdi. Faiq onun baxdığı səmtə baxıb gülümsündü:
-Yaman süzdün qızı, necə baxdınsa qız hürkdü.
-Hürkər də... ceyrandı, ceyran.
-Altay, ağlın başqa qızlara getməsin, İlahə çox ağırtəbiətli qızdı, sən deyənlərdən deyil. Onunla işin olmasın.
-Adı İlahədi? Özü də elə ilahəyə bənzərdi. Hmm... Demək bir qrupda oxuyursuz?
-Dedim axı, o qız sən deyənlərdən deyil. Sənə yaxın belə gəlməz. Altay hərisliklə siqareti sümürüb, tüstüsünü havaya üfürdü, gözlərini qıyıb, zənnlə Faiqə baxdı:
-Hmm... Ona hələ baxarıq...
***
Artıq bir neçə gün idi ki, Tanyanı yola salmışdı. Əldə etdiyi qızlardan tez bezirdi. Heç kimlə indiyə kimi uzunmüddətli münasibət qurmamışdı. Hər gün gəzmək, əyləncələr, içki məclisləri, Tanyanın hədsiz nəvazişi onu bezdirdi. İndi artıq yeni bir ovun izinə düşmüşdü. Bu ovu əldə etmək üçün bütün fəndlərini işə salmağa hazırlaşırdı.
Hər səhər Faiqi dərsə aparmaq bəhanəsi ilə maşınla evdən çıxırdı. İlahənin gəlməsini gözləyib, gözləri ilə onu müşayiət edirdi. Dərsdən gələndə də Faiqi görmək bəhanəsi ilə yanlarında olurdu. Yolları eyni olduğundan çox vaxt birgə qayıdırdılar. Yol uzunu Altayın şirin söhbətləri, şirin dili hamının nəzərini cəlb edirdi. Qısa müddətdə hamının, ən çox qızların böyük rəğbətini qazandı. Qızlar özlərinin ona bəyəndirməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Təkcə İlahə həmişəki kimi sadə və təbii görkəmində qalırdı. Onun belə olması Altayı daha da dəli edirdi. Axı necə ola bilər ki onun kimi bir gəncə biganə qalınsın? Az qala boynundan asılan digər qızlara heç baxmırdı, nəzərləri elə İlahədə idi. Onun nəzərlərini öz üzərində hiss edən İlahənin yanaqlarına gələn qızartı onu daha da gözəlləşdirirdi. Belə günlərin birində növbəti istirahət gününü harada keçirmək barədə söhbət düşdü. Hamılıqla danışıb, istirahət günlərinin birində təbiətin qoynuna, şəhərdən kənara getməyə qərar verdilər. Artıq onların "qrup yoldaşlarına" çevrilmiş Altayı da dəvət etməyi unutmadılar.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
- ŞƏRHLƏR