Amma bilmirdi sevdiyi kiminlə yaşayırdı...Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmişdi-görəsən oğlan kiminlə bölmüşdü qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu.Üstünə bir ağırlıq çökdü.Onu düşünəndə hər dəqiqəsinin ağrılı-acılı keçməsi çətin gəlirdi gənc qıza.Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Bəlkə də sevdiyi oğlan onu unudub artıq.Təkrar gözlərini açdı.Dərin düşüncəyə daldı.Birdən qızın atası içəri girdi və qızına öz istəyi ilə ürəyini vermək istəyən bir insanın tapıldığını dedi.Qız bu xəbərə heç sevinmədi.Gözləri artıq yaşla dolmuşdu...
Həmin gecə biri gözlərini əbədi yumdu. Gənc qız isə cərrahiyyə əməliyyatı olundu. Heç bir həftə keçmədi ki, qız sağaldı. Amma dünya daha başqa gəldi qıza.Sanki nə isə əskik idi həyatından. Aradan aylar keçmişdi və artıq qız tamamilə sağalmışdı. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrayırdı. “Bircə dəfə görə bilsəydim” deyə hey ürəyində danışırdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə ağrı qəfildən güclənir, onu yuxudan oyandırır və bərk döyünürdü.
Qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızılgül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. O gül də gənc qızla gülüb-ağlayırdı. Qız bu qızılgülü sevdiyinə verəcəkdi-ona görə saxlamışdı onu. Birdən qapı döyüldü. Qapını açdı. Heç kim yox idi. Gözü yerdəki zərfə sataşdı. Yavaşca yaxınlaşıb zərfi götürdü, açdı. İçindən ağ kağıza yazılmış məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Sevdiyi oğlanın qoxusu vardı məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divana oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı: “Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra heç kimə baxmadım da, sevmədim də. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şeir yazdım. Hər gün yazdım, hər gün oxudum-ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmaq istədim və hər gecə sənsizliyə lənət etdim.Yuxuları haram etdim özümə. Sənsizliyin acığını gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Ancaq bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Unuda bilmədim. Səni görmək üçün hər gecə gəlirdim. Gəlib sənə baxırdım, yavaşca səni sevirəm deyib yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Məni görməyib təkrarən yuxuya dalırdın. Artıq sabah bir-birimizi sevməyimizin 6-cı ili tamam olur. Həmişə mən gəldim yanına, sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Səndən tək istəyim odur ki, sinəndə daşıdığın qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. İndi ikimizin bir qəlbi var-koksündə döyündükcə mən də yaşayacağam. Gələndə qızılgülü də yaddan çıxarma. Səni sevirəm, yanıma gələnə qədər də sevəcəm sevgilim”.
Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu bütün vücudu ilə hiss etdi...Cərrahiyyə otağından çıxarılarkən üzü bağlı cansız birini düz yanından keçirmişdilər. Bu mənzərə yeniləşmiş ürəyini təəssüf dumanına bürümüşdü...İndi gözləri önündə öz ürəyini ona qurban verən sevgilisini canlandırdıqca özü də anlamadığı bir aləmə qərq oldu. Elə həmin vaxt qız ölüm yuxusuna getdi.
Sevgiyə qurban edilmiş bu ürək hələ də döyünür. Aradan 20 il keçdi. Amma ürək döyünsə də, qız ölüm yuxusunda xəstəxana otağında yatır və həyatının sonuna qədər də yatacaq...İki ayrı dünyada ola-ola bir ürəklə sevgilərini əbədiyyətə qovuşduran gənclərin ölməyən sevgiləri xatirinə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Səhər tez durmaq istəyirsiniz?
Ledi Qaqa fermaya köçür-SƏBƏB
Jurnalistin ölümünə prezidentdən reaksiya
Xəzərdə zəlzələ olub
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Lavaş böreği (foto-resept)
İnsanı öldürən 10 ərzaq
Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru
2015 bürclərə nə vəd edir?
Xaricə getmək istəyənlər, diqqətli olun!
Gabellini Fatimanın rəsm əsərləri
HAVA necə olacaq?-23 dekabr
Əlləri yaşlanmadan qorumaq üçün nə etməli?
Dadlı salat (foto resept)
Dərmanla bağlı yeni qərar
Müasir insanların mübtəla olduğu lənət
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
2014-cü ilin ən maraqlı elmi hadisələri
Laçınsız 24 il
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Ebru Gündeş kökəldi - FOTO
Çəkmə evdə yaşamaq ayda 1200 dollara başa gəlir
"Instagram" yeni proqram hazırlayır
Azərbaycanda bələdiyyə sistemində yenilik
Erməni ordusu 550 nəfərdən çox itki verib - RƏSMİ
Uşaqlığımızı xatırlayaq
"Arxadan vurulan zərbə" - 40
Karantinə fərqli yanaşma-FOTO
Puç olmuş uşaqlıq
Kartof dolması (foto resept)
Yeni ildə tortlarımızı necə bəzəyək?
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
LG yeni smartfonunu göstərəcək
Bu tərəvəz pis qoxu yaradır
HAVA necə olacaq?
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Səmada nadir “alovlu top” göründü - VİDEO
13 rəqəmi niyə "uğursuzdur"?
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?
Partiya sədrləri açılış mərasiminə heyran qalıblar
Çingiz Abdullayevə daha bir vəzifə verildi
Bakı metrosunda sıxlığın qarşısı belə alınacaq
Dəbli gəlinlik modelləri
BÜRCLƏR bizə nə vəd edir?-13 Fevral
Milli komandamız gerilədi
Kələmli piroq (foto-resept)
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
- ŞƏRHLƏR