Alo, Sofi?! Nə olub sənə? Niyə ağlayırsan?
-Artur, mən özümü pis hiss edirəm. Sən hardasan? Görüşə bilərik?
-Əlbəttə, harda görüşək?
-Həmişəki yerdə.
-Oldu.
Sərin bir külək əsirdi. Səmada ağlayan buludlar artıq görünməyə başlayırdı. Addımlarımı sürətləndirirdim. Arabir daşa ilişib büdrəyirdim. Tez-tez çiynimdəki çantamı düzəldərək, yoluma davam edirdim. Günəş hardasa batmaq üzərə idi. Havada bir kədər qoxusu gəzirdi. Sahilə çatmağa artıq az qalmışdı. Yoxuşdan, aşağı enən zaman az qala yıxılacaqdım. Gözlərimi dənizə doğru zillədim. Aman Tanrım, bu necə havadır belə?! Duman, dənizi büs-bütün örtməyə çalışırdı. Dalğalar, yenə əsəbi idilər. Nostlaji hisslər yaşamıram desəydim yalan olacaqdı. Sofi, sahil kənarında əyləşmiş vəziyyətdə yenə özünü tüstüyə boğurdu. Başında papaq, yanında isə içki şişəsi var idi. Və o, yenə kədərə bürünmüşdü. Yavaş addımlarla gəlib, yanında əyləşdim. Mənə baxmadan, “bu gün buludlar ağlayacaq” deyə danışmağa başladı.
-Sofi, sənə nə olub?-ilk sualımı ona ünvanladım.
-Gəl, keçmişdən başlayaq. Sonra mənə nə olub, onu sənə izah edəcəm-Başını havaya qaldıraraq mənim danışmağımı istədi.
-Yaxşı dedim.
-Artur, biz necə tanış olduq?-Sualını verdikdən sonra, içki şişəsini dodaqlarına yaxınlaşdırdı.
-Kitabxanada bir-birimizi tanıdıq. Sən tək-tənha bir masa arxasında əyləşmişdin. Həmin zaman yazıçı olduğuvu bilmirdim. Ancaq sənin tipin məndə maraq oyatmışdı. Tez-tez saçlarıvı dağıdıb, ağ vərəqə nəsə yazırdın. Sonra əlivi çənəvə qoyub, dərin xəyallara dalırmış kimi olurdun. Dəqiqələrcə elə dayanıb, sonra ağ vərəqə yenə nəsə yazırdın. Bu məndə maraq oyatdı. Sənə yaxınlaşmağa qərar verdim. Gəlib, səninlə üzbəüz əyləşdim. Dairəvi bir masa idi. Sən, sanki bu dünya da deyildin. Çünki elə bil səninlə üzbəüz bir şəxs əyləşməmiş kimi davranırdın. Yenə saçlarıvı dağıdıb, bir donmuş vəziyyətə düşürdün. Bu zaman bir hekayə yazdığıvı başa düşdüm. Ağ vərəqivə baxdım və orda bir hekayə yazıldığını gördüm. Beş cümlə oxudum göz ucu. Və elə o, beş cümlə ilə ovsunlandım. Hekayə yazırsınız? Deyə soruşmuşdum səndən, yadıva gəlir? Sənin cavab verməyivi gözləmədən, mən yazıçıyam, sizə kömək edə bilərəm deyə ağ vərəqivi götürüb oxumaq istəyirdim ki, qələmin ucunu əlimə batırdın. Olmaz, bir yazıçının vərəqini icazəsiz götürmək olmaz deyə qışqırmışdın. Məndə öz əlimi sığallayaraq, bağışlayın demişdim. Çox utanmışdım, həqiqətən səhvə yol vermişdim. Yadıva gəlirsə, üzr istəmişdim. Səndə, yəqin ki, üzrün qəbul olunub-olunmamasını gözləmirsiniz deyə mənə baxaraq pıçaldamışdın. Məndə başa düşməmişdim nə dediyivi. Nə deyirsiniz? Deyə təkidlə soruşmuşdum. Səndə, üzr istəyən ancaq daxilini sakitləşdirməyə görə üzr istəyir və qarşı tərəfin üzrü qəbul edib, etməməsi deyə bir şey olmadığını demişdin. Sənin ağıllı bir yazıçı olduğuvu o, an başa düşmüşdüm. Nə isə, sonra sən hekayəvi bitirdin və mənə uzatdın. Və belə bir fikir bildirdin: “Həddindən daha çox xəyal öldürmür. Sadəcə o, xəyalın içərisindəki şəxs öldürür. Amma onu sən yaratmısan, deməli sən özüvü öldürməyə əmr edirsən. Və bu “sən” elə beyin olacaq” demişdin. Cümləvi bitirdikdən sonra çıxıb getmişdin və hekayəvi məndə qoymuşdun. Yadıva gəlirdə bunlar?
-Hə, Artur yadıma gəlir.
-Arxanca qışqırmışdım məndə. Bu cümlə ilə nəyi demək istədiniz? Deyə qışqırırdım. Sən isə arxana dönmədən gedirdin. Bundan sonra hər gün səni görməyə başladım. Sən isə yanımdan sürətli bir şəkildə ötüb keçirdin. Ancaq gücümü bir gün topladım və mənim yanımdan ötüb keçmək istəyəndə sənin qolundan yapışdım. Yadıva gəlirdə?! Amma necə tutmuşdum qolundan. Mənim özümə lap ləzzət eləmişdi. Sən onda mənim gözlərimə baxdın. Mən sənə bir söz demək istəyirdim ki, bu zaman sən qarnıma bir yumruq vurdun.
-Artur... Yadımdadır... Amma vicdan əzabı çəkmişdim həmin zaman-Gülümsəyərək, sözünü bitirdi.
-Yerə yıxılmamaq üçün özümü güclə saxladım. Amma yaxşı ki, növbəti gün gəlib yanımda əyləşdin. Çünki mən özüm daha sənin yanıva yaxınlaşmağa çəkinirdim. Bilirsən də səni psixopat hesab edirdim.
-Hə... Bilirəm.
-Yəni, belə… Vicdan əzabı çəkdiyivə görə üzr istədin məndən və sonra da söhbət etməyə başladıq. Sən bunları mənə niyə danışdırdın?
-Çünki artıq vaxtdır.
-Nəyin vaxtıdır Sofi?-Gözlərimi bərəldərək sualımı verdim.
-Yadıva gəlir?! O, СЃümlənin mənasını dəfələrcə soruşurdun məndən. Və birdə məni niyə sevə bilmirsən? deyə də sual verirdin.
-Hə... O, sualları vermişəm sənə. İkinci sualı dünəndə demişəm sənə. Tək şəkildə səni sevməkdən yorulmadım. Amma məni niyə sevə bilmirsən deyə səbəbini bilmək istəyirəm. Axı əllərimi tutursan, başıvı çiynimə qoyursan, lazım gələndə qucaqlayırsan, vaxtıvı mənimlə keçirməkdən həzz aldığıvı deyirsən amma səni sevə bilmirəm deyə danışırsan.
-Artur, indi sənə hər şeyi izah edəcəm-Sofi, butulka şişəsini mədəsinə boşaldıb, onu kənara tullayaraq danışmağa başladı. Səni sevə bilmirdim. Səbəbi isə başqa bir insanı sevdiyim idi-Sofi danışmağını yarımçıq kəsərək, göz yaşlarını sildi.
Duman artıq bütün dənizi əhatə etmişdi. Ağlayan buludlarda üzərimizə öz göz yaşlarını axıdırdı. Necə yəni başqa insanı sevirdim?!-Hirsimdən boğulduğumu hiss edirdim.
-Artur, mən var olmayan bir insanı sevirdim. Yəni, həyatda yaşamayan, ancaq beyində mövcud olan şəxsə aşiq olmuşdum.
-Mən heç nə başa düşmədim.-Ofuldayaraq, cümləni güclə tamamladım.
-Səni sevməməyimin səbəbi xəstəliyimdir. Məndə “Maladaptive Daydreaming”(həddindən çox xəyal etmək) xəstəliyi var. Həddin çox xəyal edirəm. Yəni, normal insandan fərqli olaraq xəyal qurmaqda həddimi aşıram. Və mən bu xəstəliyin ucbatından özümdə bilmədən beynimdə bir insan yaratdım. Onu sevməyə başladım. O, da məni sevirdi. Çox xoşbəxt idik.
-Bu bir növ şizofreniya ilə əlaqəlidir?-Onun sözünü yarımçıq kəsdim.
-Yox… Bu xəstəlikdə qurduğun dünyanın, insanın real olmadığını bilirsən. Ancaq şizofrenlər qurduqları obrazları real bilirlər. Mən şizofrenlərdən fərqliyəm.
-Aydındır-Gözlərimi dənizin ortasına dikərək, Sofinin danışmasını gözlədim.
-Onunla əsl sevgili idim. Vaxtımın çox hissəsini ona ayırırdım. Bəzən ona vaxt ayırdığıma görə, işlərimi yarımçıq qoymağa məcbur olurdum.
-Başa düşdüm səni. İki var olan şəxs və bir dənə var olmayan insan. Sən var olanı görə-görə, var olmayanı seçdin-Gözlərim dolmağa başlamışdı.
-Artur, bu bir xəstəlikdir. Beynimin bir oynuna aldandım. Nə edə bilərəm?! Bu xəstəlikdən qurtulmağın yolu var idi. O, da hipnoz, dərman, psixologun yanına gedərək terapi üçün seanslar ayırmalı idim. Dərman atmasamda olardı. Yəni qurtulmaq mümkün idi. Sadəcə mən ona bağlanmışdım. Ona görə də müalicə almaq istəmirdim.
-Bir dəqiqə, idi? İndi mümkün deyil?-Təəccüblü şəkildə soruşdum.
-Gecdir artıq. Çünki mən bu yaxınlarda başqa bir qərara gəlmişəm. Həmdə o, var olmayan şəxs məni tərk edib.
-Tərk etdi?! Dəhşət. Doğurdanda beyin səninlə əməlli başlı oynayıb.
-Hə elədir. Yadıva gəlir cümləm?! “Həddindən daha çox xəyal öldürmür. Sadəcə o, xəyalın içərisindəki şəxs öldürür. Amma onu sən yaratmısan, deməli sən özüvü öldürməyə əmr edirsən. Və bu “sən” elə beyin olacaq”. Bu cümlə də onu demək istəyirəm ki, beyin “sən” rolunda çıxış edir. Yəni səni idarə edən beyinə o, qədər güvənirsən ki, sonda o, səni tələyə salır. Beyin tez-tez bizimlə bir oyun oynayır.
-Deməli, “sən” deyəndə əslində beyin nəzərdə tutulub. Oyun daxilində yəni-Sofinin gözlərinə baxaraq cümləmi tamamladım.
-Bəli, Artur. Beynim mənə əmr verdi. Onsuzda bu belə olur. Yəni biz qəbul etsəkdə, etməsəkdə. Sadəcə bir-birimizdən xəstəliyimizə görə fərqlənirik. Beyində bu xəstəlikdən çox gözəl şəkildə istifadə edir. Və bu gün bir şeyə əmin oldum. Beynimizə güvənməməliyik. Çünki o, hər cür qiyafə də bizimlə bir oyun oynayır.
Razıyam səninlə-Udqunaraq, dedim.
Səssizliyə bürünmüşdüm. Onun “Maladaptive Daydreaming” xəstəliyindən əziyyət çəkdiyinini bilməyim mənə əzab verirdi. Var olmayan bir üçüncü şəxs aramızda olmuşdu. Sən buna görə məni çağırdın yanına?-növbəti sualı ona ünvanladım.
-Həm ona görə, həm də ki, bir qərar vermişəm-İkinci dəfə eyni cümləni təkrarladı.
-Nə qərarı?-Həyacanlanmağa başladım.
-Artur, mən intihar etmək istəyirəm.
-Qəh-qəhə ilə gülməyə başladım. Sən intihar etmək istəyirsən?
-Hə... Bunda gülməli nə var?-Təəccüblü baxışları ilə mənə baxırdı.
-Ay Sofi… Təsadüf bilmirəm var, yoxsa yox. Ancaq məndə intihar etmək qərarı vermişəm.
-Nə...?! Səndə…?!-İkimizdə qəh-qəhə ilə gülməyə başladıq. Elə həyatın acığına ürəkdən gülürdük.
-Sofi, sən niyə inthar etmək istəyirsən?-Gülməyimi birdən dayandırıb sual verdim.
-Elə bil ki, həyatdakı mövqeyimi bitirmişəm. Ölümdən sonrakı həyat mənə maraqlı gəlir. Ona görə də deyirəm bəlkə o, biri tərəfi də ziyaret edim. Daha bu həyatdan gözləntim yoxdur. Sanki, istədiyimi edib, bitirmişəm. Bəs sən niyə intihar etmək istəyirsən?
-Bu boyda dünyanın bir əmması olduğumu zənn edirəm. Düşünürəm ki, hər şey təkdir. Yəni mən öləndən sonra, əslində heç nə var olmamış olacaq. Mən deyəndə əslində hər kəsə aid edirəm. Axı mən, sən, biz deyiləsi bir şey yoxdur. Hər şey bütövdür. Ölüm, baxım görüm şüurum hara aparır məni.
-Maraqlıdır. Bəs sən məni sevdiyin halda bu qərara necə gəldin?-Sofi, təəccüblü baxışlarla mənə baxırdı.
-Axı mənim şüurumda mövcudsan. Düşündüm ki, öldükdən sonra səni axtarıb tapa biləcəm. O, biri həyatda tapacam və yenə sevəcəm.
-Çox riskli bir hərəkət edəcəksən-Sofi gülümsəyərək cavab verdi.
-Hə, nə deyirsən? Özümüzü necə öldürək?-Başımı qaşıyaraq sual verdim.
-Özümüzü asaraq. Amma, öncə sən özüvü asacaqsan, mən izləyəcəm. Ondan sonra sənin yanında da mən intihar edəcəm.
-Paho... Niyə məhz birinci mən?! Olmaz, qadınlara yol verirəm mən. Öncə, sən özüvü öldür.
Əşi... Gör nəyin davasını edirik. Yaxşı, birinci mən özümü öldürəcəm-Sofi çantasından ipi çıxardaraq, dənizdən biraz aralı olan tək-tənha böyümüş ağaca doğru addımlamağa başladı. Hə... Gəlirsən arxamca?-Gözlərini mənə zilləyərək soruşdu.
-Hə, əlbəttə gəlirəm. Məndə çantamdan qalın ipi çıxardaraq, Sofinin yanı ilə ağaca doğru addımladım. Ağaca on addım qalmış, burda dayan və izlə deyə Sofi mənə demiş oldu. Onun son sözləri idi deyəsən bu. Ağacın təpəsinə çıxaraq, ipi ordan asdı. Sonra ipin halqalanmış ucunu başına keçirtdi. Halqanın içindən saçlarını çıxartdı. Üzünü çevirərək mənə baxdı və gülümsədi. Əlini havaya qaldıraraq özünü budağın başından yerə buraxdı. Budaq çox möhkəm idi, o heç tərpənmədi. Əvəzində, Sofi fırlanmağa başladı yerində. Ayaqları əsirdi, boynunun qırıldığını bilirdim. Çünki kiçik bir səs eşitmişdim. Son saniyələri qalmışdı. Onu hiss edə bilirdim. Və budur ayaqlar daha tərpənmir. Külək onu biraz sağa və biraz da sola yellədirdi. Saçlarıda, sanki rəqs edirdi hava da. Mənim gözlərim bir nöqtəyə zillənmişdi. Onun cəsədinə baxırdım. Ağlamaq tutdu məni, göz yaşlarına boğuldum. Dizlərimi yerə atdım, hönkür-hönkür ağlamağa başladım. İçimdə bir hiss yarandı. Bu hiss qorxu idi. İntihar etməyə cəsarətimi itirmişdim. Çünki gördüyüm hadisə məni sarsıtmışdı. Əllərimi üzümə apararaq qışqırmağa başladım. Gərək, intihar səhnəsini izləməzdim, deyə düşündüm. İndi isə böyük bir bəlaya qapandım. Ölmək istədiyim təqdirdə, ölə bilməmək bəlası idi. Göz yaşları içində onun cansız bədəninə baxırdım. Yağış damlası altında sağa və sola dönən bir bədən var idi. Sofi, kitabımın son cümləsi oldu. Onun ölümünü izlədikdən sonra, mən intihar edə bilməmişdim. Evə gəlib, yarımçıq qalmış kitabımı tamamladım.
Saatdan xəbərim yox idi. Yatmağı belə düşünmürdüm. Çünki bu hadisədən heç vaxt ayılmayacağam deyə düşünürdüm ki, birdən evimə biriləri soxuldu. Mənim əlimi və qolumu ağ xələtlə bağlayaraq maşına doğru apardılar. Ünvan bəlli idi. Maşın dəlixana divarlarına doğru irəlliləməyə başladı. Bilirəm, anam və atam peşmandılar. Ancaq dəli bir övladı dəlixanaya göndərməli idilər. Çünki, valideynlərim cəmiyyətə düşkün idilər. Qonşuların əlindən biabr olmamaq üçün gecə-gecə dəlixanaya xəbər vermişdilər. Bütün dəlilər kimi, məndə dəli deyiləm desəm də mənə hay verən olmayacaqdı.
Üçüncü şəxs var olmayan insan, Sofini tərk etdi və öldü. Birinci şəxs Sofi özü idi. O, isə üçüncü şəxsdən sonra intihar etdi. Başa düşürsünüz o, intihar etdi. Mən ikinci şəxsəm, sona qalan və hər dəfəsində həyatda gecikən. Həkim, mən intihar edə bilmədim. Başa düşürsən məni... Lənətə gəlməyəsən... Mən intihar edə bilmədim. Və ən böyük əzabda ölmək istədiyin təqdirdə ölə bilməməyindir.
-Həkimi, sizə bir sual vermək olar?
-Buyurun.
-Sizdə qalın bir ip olmaz? Yəni Sofinin boynundan çıxarılan ipdən. Mən yoxlamaq istəyirəm intihar etməyi. Bəlkə də, Sofi məni gözləyir.
Ceyhun Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO