Eskalatorla yeraltına girən və gün işığına çıxan bütün insanların üzündə bir boşluq gördü. Qorxunc boşluq. İnsanların üz cizgiləri anlamsız idi və bu anlamsızlıq, boşluq Nəsiminin bədəninə bir soyuqluq gətirdi, bədənini soyuq tər basdı. Yalnız bir anlamı vardı bu boşluğun və bu soyuqluq minlərlə hürufi qəlbini isitmiş Günəşi qorxutdu. Bir yuxarı qalxan, bir aşağı enən kütləyə baxdı Nəsimi. Bağırmaq istədi ki, “Məndə sığarikən cahan”, amma səsi çıxmadı. Gördüyü boş üzlər, mənasız gözlər möhürləmişdi ağzını. Bu məğlubiyyət idi. Gördüyü üzlər bu torpaqlarda yüz, min illər öncə yaşamış simalara çox oxşayır və heç oxşamırdı. Yer şairin ayaqlarının altından həm hərfi, həm də məcazi mənada qaçırdı. O, indi dar bir tuneldə ata qatilləri ilə birlikdə işığa doğru qalxırdı, onların udduğu havadan udurdu.
Şair özünə nifrət etdi, cismindən irgəndi. Sol tərəfdən aşağı düşənlər düz onun gözünün içinə baxırdılar. Aşağı getdikcə arxaya dönür, əvvəl göz bəbəklərini, sonra isə başlarını qaldıraraq, o gözdən itənə kimi onu izləyirdilər. Başını aşağı saldı, peşman idi. Sanki o da ata qatili idi. Ürəyi sanki parçalanaqdı. Əlini ürəyinin üstünə qoydu. Köynəyi qan ləkəsinə batdı. İnanmadı. Gözləri bərəldi, rəngi qaçdı. Ha çalışdısa da, gözlərini yuma bilmədi. Gözü bağlanmırdı, udquna bilmirdi. Eskalatorla aşağı düşən insanlar eyni soyuq nəzərlər və mənasızlıq dolu gözləri ilə ona baxırdılar. Onların nəzərində O heç kim idi artıq. MSN, Skype, ICQ, Facebook, Gmail, smile işarələri, axmaq musiqilər tutmuşdu onun yerini.Yuxarı qaçmaq istəyirdi, amma nə aşağı, nə də yuxarı addım ata biləcəyi boş məkan vardı. Böyük şair, dahi hürufi mürşidi Bakı metrostansiyalarından birinin eskalatorunda can verirdi. Ona baxan simasızlıq, boşluq onu dəli edirdi. Bu dəfəki ölümü ona daha ağır gəldi, baxışların verdiyi işgəncə, soyulmağın verdiyi işgəncədən daha əzablı oldu. O, bu ağrıya dözə bilmədi və ağlayaraq öldü.
Or Cuvarlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müraciət edənlərin sayı 23 mini keçdi
2 həftədə sürətli zəiflədəcək 10 təklif
Riyaziyyat bəyi şoka saldı
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Yay üçün hündür daban ayaqqabılar
Naməlum obyekt yunanları dəhşətə gətirdi-FOTO
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Çin yeni peyk buraxdı
Mətbəxdə bilmədiklərimiz
Göz allergiyası və səbəbləri
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Günün ulduz falı
Bananla hazırlaya biləcəyiniz 3 maska
Cemli piroq (foto resept)
İnstaqramdan möhtəşəm yenilik
Soyuq duşun dəriyə faydaları
Paşinyan Rusiyaya səfər edəcək
Gəlin, birlikdə hazırlayaq
Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - FOTO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Kate Hudsonun gözəllik sirləri
Maşininiz varsa, bu xəbəri mütləq oxuyun – QƏNAƏT REJİMİ
Keks qabında börək (foto resept)
Ancelina Colidən ŞOK QƏRAR
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaqlar
Hər kəs bu gimnastdan danışır-FOTO
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Möcüzə enerji-3
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Lily-Rose Deppin gözəllik sirləri
Ətli, badımcanlı qızartma (foto resept)
Dadlı kartoflu yemək (foto resept)
Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Qızıl Qatar” filmi ekranlara çıxacaq
Sudoku necə oynanır?
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Niyə məhz Qadın.Net?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Demet Akalından sərt mesaj - FOTO
Dünyanı silkələyən kəşf - FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Məşhur həkim qırmızı ətin faydasından danışdı
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Manatın taleyi necə olacaq?
- ŞƏRHLƏR