Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz? – Dəli.
Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.
Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.Bəlkə içkilərdəki spirtə görə alov belə güclü oldu. Bilmirəm.. Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən yanğın söndürəni götürmək istədim amma gec idi. Bütün restoran yanırdı. Divardakı rəsmlər , pərdələr, xalçalar, masalar. Alov bara çatanda partlayış baş verdi. Camaat qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən isə çatdırmadım. Hər şey bir dəqiqənin içində baş verdi.
Od məni qova-qova mətbəxə saldı. Beş saniyənin içində mətbəx də alışdı. Mən də məcbur olub bu soyuducuya girdim. Soyuducu otaq kimi böyükdür- evdəkilərdən deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var. Indi mən nazik köynəkdə bu soyuducunun içində donuram. Soyuducunun qapısını da içəridən açmaq olmur. Lap açsam da alov məni yandıracaq. Mən donuram!!! Həyatın ədalətsiz və mənasız olduğunu bilirdim. Amma bu qədər mənasız yox daa. Mən belə ölmək istəmirəm. Istəmirəm desinlər ki “ Restoranda YANĞIN baş verdi və o DONDU ” . istəmirəm ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün bədənib göyərib. Yanğının içində donuram. Bütün həyatımı karyera qurmağa sərf etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda bütün planlar puç oldu. Mənim bioqrafiyamda 4 cümlə yazılacaq. Doğuldu , oxudu , işlədi , öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra məni hamı unudacaq. Amma bir gün yanğın söndürənlərdən biri öz nəvələrinə danışacaq ki , yanğın zamanı donan birisi də olmuşdu. Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib bu hekayəni ətraflı danışacaq. Uşaqlar qulaq asıb üzüləndə onlardan ən kiçiyi qaqqıldayacaq. Sonra digər uşaqlar da güləcək. Ehhh…
Artıq yaza bilmirəm , barmaqlarım donur. Son söz olaraq demək istəyirəm:
Restoraniniza meymunlu italiyanlari buraxmayin!
Ən əsasi: yanğin zamani soyuducuya girməyin!
Elxan Zeynallı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İki şəhidimizin övladları dünyaya gəldi
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Esmaü'l Hüsna
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
İmmuniteti gücləndirən meyvələr
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
“Ulduz müharibələri”nin aktyoru öldü
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Bakıda cənub küləyi əsəcək
Bu gün köhnə Yeni ildir
Tələbələrə kreditlər veriləcək
Oturma tərzinizə görə xarekteriniz
Həmsədrlərin status-kvonun uzadılmasına xidmət edən bəyanatı
Qocalmaq söhbəti keçmişdə qaldı
Məşhur aktrisa başını daz qırxdırdı
Ana namizədinin xəstəxana çantası
Buxağın sallanma səbəbləri
Diqqət! Hava şəraiti kəskin dəyişir
Hamiləlik dövründə əsəb
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
2018 Emmy mükafatları; Qırmızı xalça
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Şokoladın qidalanmadakı rolu
Qaynana dır-dırı xərçəngə səbəb olur
Kiçik mətbəxlər üçün dekorasiya nümunələri
Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar
Mingəçevir sakini evində qədim saat saxlayır
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Qadın nədir? Nə deyildir?
2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI
Sürətli üzməyin sirri tapıldı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Rusiyaya səfər edənlərin nəzərinə: bunları etməyin
Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO
Tüklərdən qozla xilas olun
Çin - sivilizasiyanın mərkəzi
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Gecə saatlarında dərmanı haradan almalı?
Çörək axtaran ermənilər
2011-in geyimləri
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (2)
Mərciməyin faydaları
Lobyalı göbələkli salat (foto resept)
"Siyah inci" izləyicilərinə pis xəbər
Timatinin 32 min dollarlıq hədiyyəsi-FOTO
İş xanımlarının nəzərinə
Yuxular və yuxuyozmalar
Azərbaycanda səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırıldı
"Həmişə "Neftçi"yə azarkeşlik etmişəm"
- ŞƏRHLƏR