Ev sahibinin kiçik qızı Cənab K.-dan soruşur:
- “Köpək balıqları insan olsaydı, digər kiçik balıqlara qarşı indikindən daha yaxşı olardılar?”
- “Əlbəttə!” – dedi Cənab K. – “Köpək balıqları insan olsaydı, kiçik balıqlar üçün sağlam vətəgə yaradardılar və buraya kiçik balıqlar üçün heyvan və bitkilərdən lazım olan hər növ yemək qoyardılar. Vətəgələrin suyunun həmişə təzə olmasına xüsusi diqqət göstərər, balıqçıların sağlamlığı üçün də hər növ tədbir görərdilər. Məsələn, balaca bir balığın üzgəci yaralanarsa, yardım etmək üçün ilkin tibbi yardım qutusu hazırlayardılar.
Onları melanxoliyadan qorumaq üçün hərdən bir böyük ‘Su Bayramları’ təşkil edərdilər. Çünki nikbin balaca balıqlar melanxoliklərdən daha dadlı olur.
Elə bu vətəgələrdə məktəblər də olardı. Bu məktəblərdə köpək balıqları onları daha rahat yesin deyə davranış qaydaları öyrədilərdi. Həmçinin bu məktəblərdə coğrafiya dərsləri də mütləq olardı. Və beləcə, kiçik balıqlar hər hansı bir yerdə acmış olan köpək balıqlarını asanlıqla tapa bilərdilər, digərlərinin də zəhmət çəkməsinə ehtiyac qalmazdı.
Balaca balıqlara itaətkar olmaları əvəzində, gələcəklərinin himayə altında olacağı öyrədilərdi. Onlara söylənən “Yaxşı Bir Gələcək” vədinə bütün balaca balıqların səmimi olaraq inanması təmin edilərdi. Balaca bir balığın ən dəyərli və qürurlu hərəkətinin özünü balıqlara sevə-sevə fəda etməsi olduğu da öyrədilərdi.
Özlərini içlərindəki bütün bəsit, eqoist, materialist və marksist meyillərdən qorumaları və onlardan kimin ki, belə bir meyli varsa, bunu dərhal köpək balıqlarına bildirməsi öyrədilərdi.
Köpək balıqları insan olsaydılar, əlbəttə ki, əcnəbi köpək balıqlarının vətəgələri və içindəki balaca balıqları ələ keçirmək üçün öz aralarında müharibə də edərdilər. Yenə əlbəttə, köpək balıqları bu müharibələrə balaca balıqları göndərərdi. Elə bunun üçün də özləri ilə öz balaca balıqlarının digər bütün balıq və balaca balıqlardan üstün və fərqli yaradılmış olduğunu aşılayardılar.
Bilindiyi kimi balaca balıqlar da dilsiz olduqlarını göstərərdilər. Beləliklə, hər irq öz dilində susmaqla bütün dillərdə sükut yaratdıqlarından bir-birlərini də heç vaxt başa düşməzdilər. Əcnəbi dildə səssiz olan bir neçə balaca balığı öldürən balaca balıqlara isə dəniz bitkilərindən bir nişan taxılar və qəhrəman statusu verərdilər.
Köpək balıqları insan olsaydılar, əlbəttə özlərinə xas gözəl sənətləri də olardı. Məsələn, elə gözəl rəsmləri olardı ki, bunlar möhtəşəm rənglərlə təsvir edilmiş köpək balığı dişləri olardı, balaca balıqların sevinərək sıçrayıb üzdükləri bağçalardan ibarət köpək balığı ağzını xatırladardı.
Dənizin dibindəki teatrlar balaca igid balıqların, şövqlə köpək balıqlarının ağzına tərəf necə üzdüklərini səhnələyərdi.
Köpək balıqları insan olsaydılar, dinləri də olardı. Balaca balıqlara, həqiqi həyatı köpək balıqlarının qarnında yaşaya biləcəkləri öyrədilərdi.
Bunlardan başqa, indi olduğu kimi bütün balaca balıqlar da bərabər olmazdılar. Bəzilərinin müəyyən vəzifələri olardı, digərlərini idarə edərdilər. Balıqların azca böyük olanları balacaları uda bilərdi. Ancaq bu sadəcə köpək balıqlarının xeyrinə olardı. Və beləcə köpək balıqlarına yem olacaq balaca balıqlar daha yaxşı olardılar. Müəllim, nəzarətçi kimi vəzifəli balaca balıqlarla digər balıqlar arasında nizamı saxlayardılar. Mühəndislər isə, vətəgə inşasında xidmət göstərərdilər.
Qısaca, köpək balıqları insan olsaydılar, dənizlərdə tam başaq bir həyat olardı.”
Bertolt Brext
XƏBƏR LENTİ
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda dini radikalizm məsələsi müzakirə edildi
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Seda Sayanın 30 min manatlıq Paris Tətili
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Açma (foto resept)
İngiltərədə qız yadplanetlini lentə aldı - FOTO
Təmiz evin 4 sirri
Barmaqlarınızın formasına görə xarekteriniz
Prezidentdən humanist addım - Bəzi dustaqlar azadlığa buraxıldı - Yenilənib
Azərbaycanlılar Vyananın ortasında çadır qurdular
Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
10 gün əvvəl boşanan məşhur cütlük barışdı
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Azərbaycanda koronavirusa əsas yoluxma yerləri açıqlandı
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Daha çox alma, daha sağlam ürək
Çikaqoda iki qatar toqquşub, yaralılar var
Jurnalistlərə mini "yubka" qadağan edildi
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”
Avtomobillər ilə bağlı olan dəyişiklik, hələ də, sürücüləri çaş-baş salır
Azərbaycanda VİP yas mərasimləri
Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü
Tərəzi bürcü qadını
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
Azərbaycan milli uşaq oyunları-6
ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Xoşbəxtliyin formulu.
Ballı, darçınlı alma cipsi (foto-resept)
"R" hərfi olmayan aylarda niyə balıq yemək olmaz?
Facebook məhdudiyyətlər qoyacaq
Qışda dəriyə qulluq
Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb - FOTO
İdman edərkən diqqət yetiriləcək qaydalar
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Zəncəfil çayı
Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər
Mila Yovoviç hamiləliyinin son günlərini yaşamaqdadır-FOTO
Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti
Saçları bəsləyən qidalar
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
UEFA Azərbaycanın ən yaxşılarını açıqladı
Facebook 2 şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir
Bitkilər və təbabət (9)
Ruh sağlamlığını qoruyaq
Emina Yahoviçin də ayrılıq xəbəri yayıldı
Dünyanın qəribə peşələri
Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı
- ŞƏRHLƏR