Qadin.NET / Engin Akyürek

Engin Akyürek

Engin Akyürek

Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada anadan olmuşdur. Liseyi bitirdikdən sonra Ankara Universitetinin tarix və coğrafiya fakültəsinə daxil olur. Amma təhsilini bitirdikdən sonra arzusunda olduğu aktyorluq sənətinin arxasınca getmək qərarına gəlir.  

 


Engin Akyürek aktyor olmaq arzuzu ilə Türkiyə telekanallarından birində keçirilən "Türkiyenin yıldızları" yarışmasına qoşulur. Yarışma zamanı yüksək aktyorluq qabilliyəti göstərən Engin həm tamaşaçıların, həm də münsiflərin böyük rəğbətini qazanır. Beləliklə,yarışmanı uğurla başa vuraraq "Yabançı damat" filmində rol alır. Elə bu rolla da sənət dünyasına ilk addımını atır. Hal-hazırda isə Engin Akyürek gənc aktrisa Beren Saatla birlikdə Türkiyədə, eləcə də Azərbaycanda çox böyük maraqla izlənən "Fatmagülün suçu ne?" dizisinə çəkilir.   


Rol aldığı filmlər:  

" Yabançı damat"  

" Kader"  

" Kara yılan"  

" Bir Bulut olsam"  

"Fatmagülün suçu ne?"


 









8 noyabr 2011
GO BACK