Qadin.NET / Yeni printer kəşf olunub

Yeni printer kəşf olunub

Yeni printer kəşf olunub

Yeni printer kəşf olunub
Pandigital и ZINK Imaging kompaniyalarının birlikdə yaratdığı Pandigital Portable Photo Printer adlı fotoprinter katricsiz işləyir. Bu printer ZINK Zero Ink Printing texnologiyası ilə işləyir, bu texnologiyanın əsasında çoxlaylı kağızlar durur. Bu kağızın laylarında kristala oxşar maddələr yerləşir, printerin çap edən başlığı bu layları qızdırır və laylardakı kristalaoxşar maddələr formasını dəyişərək statik vəziyyətə gəlir, beləliklə də şəkil yaranır. Sonrakı temperatur dəyişikliyində şəkil dəyişmir.
İstehsalçıların dediyinə görə yeni kəşf olunan printer Zero Ink texnologiyası ilə işləyən dünyada birinci qurğudur. Pandigital Portable Photo Printer 10 x15 sm ölçüdə şəkil çap edir. Korpusda şəkillərə baxmaq üçün displey var. Printer müxtəlif yaddaş kartları ilə işləyə bilir.
Yeni qurğunun kütləvi satışa çıxmağı cari ilin birinci rübündə gözlənilir. Printerin qiyməti 150 dollar, kağızın qiyməti 40 dollar civarında olacaq.

Eləcə də baxa bilərsiniz:

Azərbaycanın bəzi alış veriş saytları

Qeyri-adi görünüşlü sabunlar

Plastik əməliyyatın qurbanları
19 may 2010
GO BACK