Qadin.NET / Məktəbin siması müəllim ilə müəyyənləşir

Məktəbin siması müəllim ilə müəyyənləşir

Məktəbin siması müəllim ilə müəyyənləşir. Məktəbə gələn uşağın nadinci, ərköyünü, sakiti və s. xarakterlisi ola bilər, amma məktəbə gələn uşağa verilən tərbiyə və təlimi müəllim davam edir. Uşaq anadan olanda onun beyni ağ lövhəyə bənzəyir, oraya nə yazdınsa, odur. Ailədə yazılanın ardını məktəb yazmalı, məktəbdə yazılanın ardını isə ailədə davam etdirməlidir. Şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, onların peşələrinə marağının artmasında müəllim şəxsiyyəti, onun ixtisas, peşə hazırlığı, tələbkarlığı və s. əsas şərtlərdir. Ən çox sevilən dərs də dərsini maraqlı danışan müəllimin dərsidir. Eləcə də şagird, dərsini maraqla keçən müəllimi və onun dərsini daha çox sevir, həmin müəllimin dərsini maraqla oxuyur.
Yəqin ki heç kim məktəbə ayaq basdığı o ilk günü, əlifbanı öyrədən o ilk müəllimi heç zaman unutmaz. Eləcə də sonrakı siniflərdə yeni fənnlərdən dərs deyən müəllimlərini.
Bu gün məktəb həyatında digər günlərdən fərqli bir gündür.
Bu gün - 5oktyabr Müəllimlər günüdür... Bu gün müəllimlərin peşə, sənət günüdür. Hər bir şagird, hər bir tələbə müəllimlərini bu gözəl peşə günü münasibətilə təbrik edir. 
Mən də bütün müəllimləri təbrik edirəm və onlara peşələrində uğurlar, müvəffəqiyyətlər arzu edirəm.




Əziz qadın.net xanımları siz necə, məktəbə ilk qədəm qoyduğunuz günü necə xatırlayırsınız? Məktəb illərində başınıza gələn nəsə maraqlı hadisə olub mu? Müəllimlər günündə müəllimlərinizi necə təbrik etmisiniz?



5 oktyabr 2011
GO BACK