Qadin.NET / Körpənin cinsiyyətini dəyişən meyvə

Körpənin cinsiyyətini dəyişən meyvə

Hamiləlik zamanı çiyələk yeməyin bir çox fəsadlar yaratması ilə bağlı iddialar var.

 

Bildirilir ki, hamiləlik zamanı çiyələk yemək dölün cinsiyyətinin dəyişməsinə və ya onun üzərində müxtəlif ləkələr əmələ gəlməsinə səbəb ola bilir.

 

Hamiləlikdə çiyələk yemək nə qədər zərərlidir?

Bol lifli tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Hamiləlikdə isə çəkinin balansının saxlanmasına yardımçı olur.

 

Körpənin cinsiyyətini dəyişən meyvə

 

 

 

Faydaları:

 

Çiyələyin tərkibindəki B9 vitamini uşağın beyin, kəllə sümüyü və onurğa kimi orqanlarının inkişafına kömək edir. Kalium uşağın ürək funksiyalarını yaxşılaşdırır. Manqan elementi sümüklərin inkişafını təmin edərək skeleti formalaşdırır. A və E vitamini hamiləlik zamanı dəri sağlamlığını və gözəlliyini qoruyur. C vitamini ananın qan təzyiqini normada saxlayır.

 

Hamiləlik zamanı çiyələk necə yeyilə bilər?

 

- Çiy meyvə kimi

 

- Suyunu sıxaraq və ya milkşeyk formasında

 

- Ara öyünlərdə qatıqla birlikdə

 

- Mürəbbə kimi

 

 

Körpənin cinsiyyətini dəyişən meyvə
 

 

 

Qeyd: Çiyələyə allergiyası olan hamilə qadınlar qəti şəkildə bu meyvədən uzaq durmalıdır. Əks təqdirdə, ekzema, izhal, dərinin tökülməsi, qusma və şişkinlik yaşaya bilərlər.

 

Gündə nə qədər çiyələk yeyilməlidir?

 

Bir öyündə 200 qrama qədər çiyələk yeyilə bilər.

 

Ləkə mövzusuna gəldikdə, hamiləlik dövründə hər hansı qidanın uşaqda ləkə əmələ gətirməsi iddiası tamamilə uydurmadır. Bu iddianın elmi açıqlaması yoxdur.

 

Körpənin cinsiyyətini dəyişən meyvə

 

 

publika.az

13 iyun 2019
GO BACK