Qadin.NET / İdman zalında rastlaşacağınız insan tipləri

İdman zalında rastlaşacağınız insan tipləri

Sərin havaların gəldiyi bu günlərdə əvvəlki incə görkəminizi  bərpa etmək üçün idman
zallarına yolunuz daha da tez-tez düşəcək. Bəs buralarda nə tip insanlarla
qarşılaşacağınızı bilirsinizmi ?
Biz sizə qısaca məlumat verək ki, təəcüblənməyəsiniz! smile

Xanım makiyaj:
Fenlənmiş saçlar və ağır bir makiyajla idmana gələn "bəzəkli"qadinlar.Tərlədikləri zaman makiyajlarının yayılacağından qorxduqları üçün heç vaxt qaçış bandına yönəlməzlər.
Ara verdikləri vaxtda da "İPhone"ları əllərində.
İdman zalında rastlaşacağınız insan tipləri

Bəy güc:
Çox vaxt professional olaraq idmanla maraqlanan kişi tipləridir. Həmişə rekord vurmaq,
yeni bir şeylər sınamaq, bəzilərini keçmək arzusunda olduqları üçün saatlarını idman
zalında keçirə bilrlər.
İdman zalında rastlaşacağınız insan tipləri

Tərli adam:
10 dəqiqə qaçsa belə tərdən islaq olan, heç də xoşa gəlməyən iyi ucbatından
yanına yaxınlaşmaq istəmədiyiniz adamlar. Çiyinlərinə asdıqları dəsmallarıyla dayanmadan
tərlərini silmələrinə baxmayaraq yenidən tərləyərlər.
İdman zalında rastlaşacağınız insan tipləri

Ziyarətçi:
İctimai təzyiqlər, ya da həkim məsləhətilə idmana maraq göstərən bu tiplərin ən diqqətəçarpan xüsusiyyətləri artıq çəkiləridir. İlk bir neçə gün motivasiyası yüksək olan bu
tiplər özlərini sonra tənbəlliyə vurur və ağıllarına gəldikcə bir ziyarətçi kimi gəlib-gedirlər.
İdman zalında rastlaşacağınız insan tipləri

Super qadın:
Bu qadınlar olduqları hər mühitdə diqqət çəkirlər.
Əzələli və möhkəm bədən cizgiləri səbəbiylə kişiyə xas görünüşü olan bu xanımlar ağırlıqlarla kişilərdən daha cox maraqlanırlar. Şübhəsiz ki, sağlam olmaq işini bir az şişirdirlər.
İdman zalında rastlaşacağınız insan tipləri

Məşqçi:
Ümumiyyətlə dar idman geyimlərində gəzən bu tiplər idman müəllimi kimi də tanınırlar.
Haradasa bütün müştərilərlə dostdurlar. Onlar istirahət günlərini belə zalda
keçirə bilər və bütün həyatları burada keçdiyi üçün zaldan kənarda çevrələri yoxdur.
İdman zalında rastlaşacağınız insan tipləri

3 oktyabr 2011
GO BACK