Əvvəlcə sizlərə dalğalı tutuquşular haqqında məlumat verim. 40-45 qr. çəkidə olan bu tutuquşular 17—19,8 sm.-dək uzunluqda olurlar, quyruğunun uzunluğu 8-10 sm.-dir. Vətənləri Avstraliyadır.Dalğalı tutuquşuları ilk dəfə 1805-ci ildə ingilis alimi D. Şou təsvir etmişdir. Onun kolleqası Q. Nodder quşların bu növünün ilk şəklini cəkib. Tutuquşuların həyatını 1837-ci ildə ilk dəfə təsvir edən London zooloji cəmiyyətinin muzeyinin işçisi, ornitoloq D. Quld olmuşdur. Latın dilindən Melopsittacus undulatus (yunan sözləri melos — mahni, psittacos — tutuquşu və latın sözü undulatus — dalğalı) oxuyan dalğalı tutuquşu kimi tərcümə olunur.
İndi isə sizlərə öz tutuquşularımdan danışım. Mənim 2 tutuquşum var- Sarı və Tutu. Sarı qızdır, Tutu isə- oğlan.
Doğum günü ailəm mənə Tutunu hədiyyə etdi, çox sevinmişdim, ona qədər heç quşlarımız olmamışdı. 1 gün Tutunu baytar həkimə apardıq, həkim onun tam sağlam olduğunu dedi. Və orda sarı tutuquşunun satıldığını gördük, sən demə bu quş Tutunun qisməti imiş :lol: Qiz olduğunu bilən kimi heç tərəddüd etmədən onu aldıq.
O gündən onlara çox bağlandıq, ən çox da mən. Qəfəslərini təmizləməklə,ıyeməklərini,ıiçməklərini dəyişməklə sevə-sevə məşğul oluram. Əsəbi vaxtımda onlarla oynamaq məni sakitləşdirir. Mətbəxdə iş görəndə də gətirirəm yanıma Səslərini eşitməsəm darıxıram, amma o qədər çox danışırlar ki, bəzən bezib qoyuram qaranlıq yerə, susurlar