Qadin.NET / "Q" və "L" hərfləri ilə başlayan adların mənası

"Q" və "L" hərfləri ilə başlayan adların mənası

Q

"Q" və "L" hərfləri ilə başlayan adların mənası

Qabil - 1.Qəbul edən, alan. 2.Mümkün ola bilən, mümükün. 3.İstedadı olan, istedadlı.

Qaçay - Cəsur, döyüşçü, kişi.

Qadir - Qadir,qabiliyətli, qüdrətli,bacarıqlı.

Qafar - Əfv edən, bagişlayan.

Qaffar - (Ər.) 1.Qullarının günahlarını bağışlayan Allah. 2.Çox mərhəmət edən. Allahın adlarındandır.

Qafur - (Ər.) Ürəyiyumşaq,bağışlayan.

Qaib(Qayib) - 1.Hazırda olmayan, gözdən uzaq. 2.Olduğu yer məlum olmayan. 3.İştirak etməyən, olmayan.

Qaidə - (Ər.) 1.Oturaq. 2.Təməl, əsas. 3.Paytaxt.

Qaim - (Ər.) 1.Duran, ayaqda dayanan. 2.Bir şeyi edən, icra edən. 3.Allahın əmrini yerinə yetirən.

Qaimə - (Ər.) 1.(bax Qaim). 2.Türklərdə kağız pul mənasına gəlir.

Qalib - (Ər.) 1.Qələbə çalan, qalib. müzəffər. 2.Güclü qüvvətli, qüdrətli, hökm edən. 3.Şeyx Qalib: Məşhur

divan şairlərindən. 1757-1798 illər arasında yaşamışdır.

Qandəmir - (Tür.) Güclü soydan gələn.

Qaniyə - Gözəl qız, gözəl qadın, gözəl.

38

Qaplan - Cəsur.

Qarabirçək - Birçəkləri qara olan.

Qaraca - (Tür.) 1.Rəngi quruya çalan, əsmər. 2.Kiçik, buynuzlu, gözəl görünüşlü ov heyvanı.

Qaraxan - (Tür.) Əsmer bəy, Əsmer hökmdar. Qaraxanlılar dövlətinin qurucusu.

Qarasu - (Tür.) 1.Ağır axan su. 2.Əksəriyyətlə gözün iç təzyiqinin çoxalması ilə özünü göstərən və korluğa

səbəb ola biləcək bir göz xəstəliyidir.

Qardələn - (Tür.) 1.Çiğdem. 2.Nərgiz güllərindən baharda çox erkən çiçək açan Soğanlı bir bitki.

Qargin - (Tür.) 1.Daşqın su. 2.Bol, çox. 3. Doymuş, tox. 4.Ərimiş buz və qar parçalarının meydana gətirdiyi

axar su. 5.Çağlayan.

Qasım - (Ər.) 1.Parçalayan, ayıran, bölən. 1.Qismət, pay. 2.Möhkəm, sərt. 2.Əzici. 3.İlin 11-ci. ayı. 4.İlin qış

hissəsi. - Hz. Məhəmməd (s.ə.s) -in oğlunun adı. Kiçik yaşda vəfat etmişdir.

Qaşqay - Xoşbəxt, müqəddəs.

Qaya - (Tür.) 1.Böyük və sərt daş kütləsi. 2.Qayalıq sərt dağ. 3.Möhkəm, dağılmaz.

Qayacan - (Tür.) Canı qaya kimi güçlü olan.

Qayan - (Tür.) 1.Axar su sel. 2.Yastı, düz, qat-qat meydana gəlmiş daşlar. - Kişi və qadın adı olaraq istifadə

edilir.

Qaygün - (Tür.) 1.Təsirli, hüznlü, toxunaqlı. 2. Ağdoğan.

Qayxan - (Tür.) Sərt, güclü səsli oxucu, qayanı belə delecek gücdə səsi olan oxucu.

Qaymaq - Südün üzü.

Qazi - Yönəldilmiş, döyüşçü.

Qaziyyəddin - (Ər.) Din uğrunda yara alan, yaralanan. Döyüşən.

Qeyrət - (Ər.). 1.İş,çalışma. 2.Qısqanma, çəkəməmə. 3.Əziz və müqəddəs bir şeyə təcavüz edildiyini

görməkdən irəli gələn təmiz duyğu. - Kişi və qadın adı olaraq istifadə edilir.

Qədər - (Ər.) 1.İman əsaslarından, Allahın bütün varlıqlar üçün hökm və iradə etdiyi halların meydana gələn

şəkli

Qədim - (Ər.)1.Ayaq basan, çatan, ulaşan. 2.Əzəli, əvvəlsiz. 3.Çox köhnə zamanlara aid, köhnə miras.

4.Köhnə, əski.

Qədir - (Ər.) 1.Dəyər, qiymət, etibar. 2.Parlaqlıq. 3.Qüdrət sahibi, qüdrətli, qüvvətli, güclü, qadir. 3.Miqdar,

ölçü, əndazə. 4.Allahın gözəl adlarından biri. - Quran-ı Kərimdə 50-yə yaxın yerdə keçməkdədir.

Qədircan - (Ər.Fars Tür.) Qiymətli, etibarlı, can, ruh. - Qədir və Can adlarından meydana gələn birləşmiş

ad.

Qədirə - (Ər.) Güclü qüvvətli.

Qədirxan - (Ər. Fars. Tür.) Qiymətli hökmdar, idarəçi.

Qədirşah - (Ər. Fars. Tür.) 1.Güclü, qüvvətli hökmdar, padşah. 2.Qədr və şah sözlərindən birləşmiş addır.

Qədrəddin - (Ər.) Dinin qüdrəti, gücü.

Qədri (Qədriyyə) - (Ər.) 1.Dəyər, etibar. 2.Şərəf, ləyaqət, üstünlük. 3.Rütbə, dərəcə.

Qəhrəman - (Fars.) 1.İgid, cəsur, (bahadır). 2.Hökm sahibi, iş buyuran. 3.Fars mifologiyasında Rüstəmi

məğlub edən kimsə.

Qəmər - Ay (göy cismi).

39

Qəmzə - (Ər.) 1.Süzgün baxış. 2.Çənə və ya yanaq çuxurluğu.

Qəndab - Şərbət, qənd şərbəti.

Qənimət - (Ər.) Kafirlərlə döyüş nəticəsində ələ keçirilən mal, pul, silah kimi mallar. İslami üsullara görə

təsnif edilib, beytülmala, kasıblara, yoxsullara və mücahidlərə paylanır.

Qərənfil - (Ar.) Qoxulu bir çiçək növü.

Qərib - 1.Yad yerdə yaşayan,yad. 2.Kimsəsiz,yazıq. 3.Adətdən kənar. 4.Döyüsçü, əsgər.

Qərib (Qəribə) - (Ər.) 1.Xarici, əcaib. Kimsəsiz, məmləkətindən uzaq.

Qəribə - 1.Görünməmiş iş, eşidilməmiş hadisə. 2.Təəcüblü (hadisə haqqında).

Qətibə - Əlçatmaz.

Qətrə - (Ər.) 1.Damla. Damlayan şey.

Qəzalə - Gözəl, ceyran.

Qəzəl - İşvə, naz, sevgi sözləri.

Qəzənfər - yüksəklikdə yaşayan.

Qismət - 1.Hissələrə ayırma,bolmə. 2.Birisinə çatan hissə,pay. 3.Tale.

Qiyas - (Ər.) 1.Tutuşdurma,müqaisə. 2.Bənzətmə. 3.Qlçü. 4.Müqayisənin nəticəsi. 5.Kömək,yardım. Imdad.

2.Səmərəli, məhsuldar.

Qiyasəddin - (Ər.) Dinin yayılması üçün köməyi toxunan şəxs.

Qiymər - Dəyər.

Qılman - (Ər.) 1.Tükü, bığı çıxmamış oğlan, uşaq, övlad, cavanlar, gənclər. 2.Kölələr, əsirlər. 3.Cənnətdə

xidmət göstərən kişi.

Qızqayıt - Sonradan doğacaq qızların əvəzinə oğlanın dünyaya gəlməsi məqsədi ilə qoyulur.

Qorqud - (Tür.) 1.Böyük dolu dənəsi. 2.Qorxusuz, yavuz, heybətli. 3.Cin, şeytan. 4.Alov, işıq.

Qoşqar - Qürurlu, təmkinli, böyük.

Qönçə - (Fars.) 1.Hələ açılmamış gül, tumurcuq. 2.Sevgilinin ağızı.

Ququş - Qu quşu.

Qulu - Mübariz, üsyankar.

Qumral - Xurma rəngi.

Qumru - (Fars.) Göyərçinlər, uzun quyruqlu boyunun yanlarında xallar olan və göyərçinlər, daha kiçik olan

boz rəngli quş.

Qurban - 1.Bİr niyyət üçün kəsilən heyvan.

Qüdrət - (Ər.) 1.Qüvvət, taqət, güc iqtidar, iradə, möhkəmlik, nüfuz. 2.Allahın əzəli gücü, yaradılış, fitrət.

3.Varlıq, zənginlik. 4.Allah quruluşu, yaradılış, insan əliylə də tapılmayan şeylər. 5.Səlahiyyət qabiliyyət.6. Bir

yolda fəda olma. - Kişi və qadın adı olaraq istifadə edilir.

Qürbət - (Ər.) Doğulub yaşanılmış olan yerdən uzaqda olan. - Kişi və qadın adı olaraq istifadə edilir.


L

"Q" və "L" hərfləri ilə başlayan adların mənası

Laçın - (Tür.) 1.Bir cins şahin. 2.Dik və möhkəm. 3.Uzaq görən, itigözlü, cəngavər. 4.Şiddətli. - Adam və

qadın adı olaraq istifadə edilir.

Lalə - Gözel, qəşəng gül.

Laləfam - (Fars.) Lalə rəngində.

40

Laləgül - (Fars.) Türk musiqisini bir məqam.

Laləgün - (Fars.) Lalə rəngində.

Laləruh - (Fars.) 1.Lale yanaqlı, yanağı lalə kimi qırmızı olan. 2.Türk musiqisində mürəkkəb bir məqam.

Lami (Lamiyə) - Parıldayan, parlaq, parıltılı.

Lamih ( Lamihə) - (Ər.) 1.Hz. Nuhun qardaşı. 2.Parlayan, parıldayan, parlaq.

Laminur - (Ər.) - Nur saçaraq parlayan. - Kişi və qadın adı olaraq istifadə edilir.

Lamis - Əl ilə tutub yoxlayan. Toxunan. Təmas edən.

Lamiyə - Incə və zərif ulduz.

Lana - Zərif, mehriban.

Lanə - (Fars.) Yuva, ev.

Lanəzir - (Ər.) Bənzərsiz. -Kişi və qadın adı olaraq istifadə edilir.

Lasif - (Ər.) Parlayan, parlayıcı.

Layiq - (Ər.) Yaraşan, yaraşıqlı.

Lazım - (Ər.) Gərəkli şey. Gərəkcə.

Leyla - Gecə, gecə anadan olmuş, sevgilim, qarasaçlı.

Leyli - Gecə.

Leysan - 1.Bahar yağışı. 2.Suriya təqvimi ilə aprel ayı.

Ləal - (Ər.) İncilər.

Ləbabə - (Ər.) Ağıl sahibi olma.

Ləbabət - (Ər.) Ağıllılıq, ziyrəklik. - Kişi və qadın adı olaraq istifadə edilir.

Ləbib (ləbibə) - (Ər.) Ağıllı, zəkalı, həssas, ehtiyatlı. hissiyyatlı, incə.

Ləma - (Ər.) Pırıltı. -Kişi və qadın adı olaraq istifadə edilir.

Ləman - (Ər.) Parlama, parıltı, qaranliqda işıq.

Ləmariz - (Fars.) Parlayan, parıldayan. - Kişi və qadın adı olaraq istifadə edilir.

Lərzan - (Fars.) Titrək, titrəyən.

Lərzə - (Fars.) Titrətmə.

Lərzəndə - (Fars.) Titrəyən, titrək.

Lətafət - (Ər.) 1.Lətiflik, xoşluq, Incəlik, xeyirxahlıq. 2.Gözəllik. 3.Nəzakət. 4.Yumşaqlıq.

Lətif - (Ər.) 1.Allahın adlarındandır. 2.Yumşaq, xoş, gözəl, nəzakətli. 3.Bütün incəliklərə vaqif. 4.Incə, zərif

Lətifə - (Ər.) Güldürəcək, qəribə və gözəl söz, hekayə, zarafat.

Lətimə - (Ər.) Müşk, gözəl qoxu.

Ləftiyə - Zərif, incə, cazibəli.

Ləvami - (Ər.) Parlamalar, nurlar.

Ləvniz - (Ər.) 1.Rəng, boya, üz. 2.Cür, növ.

Ləvzi - (Ər.) 1. Badam formasında olan. 2.Badamla əlaqədar. - Kişi və qadın adı olaraq istifadə edilir.

41

Ləyal - (Ər.) Gecələr.

Ləyaqət - (Ər.) Layıq olan.

Ləziyyə - (Ər.) 1.(bax Ləvzi). 2.Badam ərik, vişnə, gilas və ya buna bənzər meyvələr qrupu.

Limən - (Tür.) Bir ölkə xalqından olan kimsə, vətəndaş. - Kişi və qadın adı olaraq istifadə edilir.

Loğman - 1.Əfsanəvi həkim Loğmanın adından. 2.Həkim, igıd, qorxmaz. 3.Alim həkim, çox bilikli adam

Lulu - İnci, parlaq, ziyalı, qiymətli.

Lutfəli - Mərhəmət.

Lütfi ( Lütfiyyə) - (Ər.) Xoşluq, gözəllik, yaxşı davranış. xeyirxah, mehriban

 

Milli.az

12 may 2019
GO BACK