Qadin.NET / Gülüş...

Gülüş...


Gülmək həm psixoloji olaraq əhvalımızı düzəldir, həm də sağlamlığımız üçün sübut edilmiş bir çox faydası vardır. Gülüşün faydalarını öyrəndikdən sonra gülməyə daha çox əhəmiyyət verəcəksiniz.

Faydaları:

* İmmunitet sistemini gücləndirər.

* Bəzi psixoloji xəstəliklərdə müalicə metodu olaraq istifadə olunar.

* Əzələləri boşaltdığına görə insanı rahatlaşdırar.

* Ekspertlər gülməyin stresi azaltdığını bildiriblər. Stresi azaltdığı üçün streslə bağlı narahatlıqlarda da müalicə üsulu kimi istifadə edilər.

* Cinsi həyata müsbət təsir edər.

* Adamın özüylə barışıq olmasını təmin edər.

* Beyni rahatlaşdırar.

* Qan təzyiqini tarazlayar.

* Şəkər xəstəliyindən qoruyar.

* Həzmə kömək edər.
Gərgin keçən günlər və iş stresi insanların gülmə duyğularını yox edir. Bu səbəblə bir anlıq olsun bu vəziyyətdən xilas ola bilmək üçün aşağıdakı tövsiyələri diqqətə ala bilərsiniz.

* Yumor jurnallarına üzv ola bilərsiniz.

* Lətifə kitabları oxuya bilərsiniz.

* İnternetdə lətifə saytlarına baxa bilərsiniz.

* İnternetdən komik video və şəkillərə baxa bilərsiniz.

* Sizi güldürən hadisələri qeyd edə və dostlarınızla paylaşa bilərsiniz.
Gülməyizi təmin edəcək hər şeydən faydalanın və əsla gülməkdən imtina etməyin. Gülüşün ömrü uzatdığını da unutmayın.




30 sentyabr 2011
GO BACK