Qadin.NET / Gələcəyin interneti

Gələcəyin interneti


Texnologiya günü-gündən inkişaf edir və geriyə baxıb, bügünkü vərdişlərimizin gələcək həyatımızda olmadığına inanmaq çətinləşir. Adı adətən internetlə yanaşı xatırlanan Google 1998-ci ildə, internetin inkişafına da dəstək olan Facebook və Flickr 2004-cü, Youtube isə 2005-ci ildə həyatımıza daxil oldular. Bü gün çoxumuz üçün bu xidmətlərin yoxluğu xəyal edilməyəcək qədər həyatımıza uyğunlaşmış vəziyyətdədir.  Yaxşı, bəs qarşıdakı həyatımız necə olacaq? 8-10 il sonra geriyə baxarkən, həyatımızın eyni səviyyədə dəyişdiyini söyləyə biləcəyikmi? Məhz bu gün təməli qoyulan texnologiyalarla birlikdə gələcəyimizə bir baxış.... 

Üç ekran... 

Hər birimizə məlumdur ki, ən üstün cəhətlərə malik telefonla edəcəyimiz bir çox işi böyük stolüstü kompyuterlərdə daha asan şəkildə edə bilərik. Ancaq iş bu məlumatları daha tez əldə etməyə gəldiyi zaman nəyə görə evimizdəki kompüterdən asılı olmalıyıq? 2013-cü ildə yüksək üstünlüklü funksiyalara malik mobil telefon satışlarının  kompüter satışlarını üstələyəcəyi proqnozlaşdırılır və Google-un bulud tavanlı əlaqə sistemi də yaşadığımız dövrün ən önəmli texnologiya icadı olacaq. 

Bizi gözləyən əsaslı dəyişikliklərdən biri də televiziya vərdişlərində olacaq. Hal-hazırda video tərtibatları və yayınlanması bütün dünyada yüksək maraqla qarşılanmaqda və dünya internet şəbəkəsinin sıxlığına səbəb olmaqdadır. Cisco-ya görə 2013-cü ildə sabit internet inkişafı şəbəkənin 100-də 90-nın, mobil telefon şəbəkəsinin isə 100-də 64-nün video izləyiciləri tərəfindən tutulması gözlənilir.

 

Gələcəyin interneti
Microsoft isə video yayımı texnologiyalarının yetərli olmadığını düşünmüş və çarə olaraq Smooth Streaming adını verdiyi tənzimləyici yayım texnologiyasını irəli sürmüşdür. Smooth Streaming anlıq nəql sürətini və ya sabit bir lent ölçüsünü əsas götürən yayımları yerinə, davamlı olaraq yetişmə sürətini təqib edərək video dəyərini dəyişdirən, fasiləsiz və mümkün olduğu qədər keyfiyyətli görüntülər təqdim edən bir sistemdir. Bu texnologiya Türkiyədə Tivibu portalı tərəfindən istifadə edilməkdədir. Bundan əlavə bu saytda Smooth Streaming texnologiyasının həyata keçirdiyi sınağın şahidi olmaq mümkündür.

 



İlk baxışda iddialı bir söz kimi başa düşülə bilər, ancaq axtarış, tərcümə vasitələri artdıqca klassik internet axtarıcıları önəmini itirir. Buna ən yaxşı nümunə olan sosial şəbəkələrdə: Twitter, Facebook, Flickr nəqliyyatının çoxu, ağıllı telefon tətbiqindən və sosial şəbəkə bacarıqları ilə təchiz olunan masaüstü sistemlərdən gəlir. Bu sistemlər foto və video hazırlama proqramlarından tutmuş masaüstü cihazlara qədər çeşidlilik göstərir.

 


Bununla yanaşı internet TV-lər də artıq Web şəbəkəsindəki təsirini hiss etdirir. Youtube proqramına birbaşa yetişən vasitələrə artıq öyrəşmişik. Yaşadığımız dövrdə isə internet TV-lər, video və kamera qeyd cihazları belə Youtube proqramına çatır və proqram yükləmə bacarıqlarına sahibdirlər.
26 sentyabr 2011
GO BACK