Yumurta əhəmiyyətli və bütöv bir qidadır. Müxtəlif vitaminləri, dəmiri və zülalı zəngin olan yumurtanın faydası çox çoxdur.
Hər kəs yumurta yeyə bilər. Yalnız yeyilməsi lazım olan yumurta miqdarı dəyişə bilər.
Bioloji dəyəri yüksəkdir və xüsusilə uşaqlara və böyümə çağındakı gənclərə çox faydalıdır. 2-2,5 yumurta, 100 g ətin dəyərindədir.
Yumurtadan tam istifadə edə bilmək üçün ustalıqla bişirmək lazımdır: yumurtanın ağı çiy yeyilsə həzm olunmaz və çıxar gedər. Buna qarşılıq, sarısı çiy yeyilsə, çox faydalı olar. Bu hala görə; yumurta ya bütün qatılaşmamış olmalıdır (ağı bişmiş sarısı duru) və ya sirkəli isti suya qırılaraq, ağı dağılmadan bişirilməlidir. Ağı qatılaşanda, sarısı tam qatılaşmadan sudan qaşıqla alınmalıdır.partlatmadan bu şəkildə hazırlanan yumurtaya duz, kəkik, qara bibər, vs. ədviyyat növlərindən istifadə edilərək yeyilməlidir.
Bəzi insanlarda yumurta allergiya edər və onların qaraciyərlərinə toxunar. Qaraciyəri və öd yolları narahat olanlarla, yumurtanın allergiya etdiyi insanlar, yumurtanı tez deyil də seyrək yeməlidirlər.