Qadin.NET / Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)

 

7. İyul

İyul ayında doğulanlar olduqca səmimi və simpati insanlar olurlar. Pul xərcləməyi çox sevirlər. Özlərindən başqa hamıya kömək etməyi həvəslidirlər. Hər kəsin düşündükləri qədər yaxşı olmadıqlarını gördükdə məyus olurlar. Bəzən onları anlamaq olduqca çətindir. İntiqam almazlar, kobud deyillər. Asanlıqla inciyirlər.

Statiskalara görə depressiyaya meyillidirlər, pəhrizlə bağlı problemlə üzləşirlər. Astma, xroniki boyun ağrısı və oynaq ağrılarına tutulurlar.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)

8. Avqust

Avqust ayında doğulanlar sevgi dolu və çoxtərəfli insanlardır. Qarşılaşdıqları insanların yaxşı tərəfini görməyə çalışırlar. Ancaq zamanla hər kəsin düşündükləri qədər yaxşı olmadığının fərqinə varırlar. Evliliyə dəyər verirlər. Zəif nöqtələrindən biri çox işlədikləri üçün yaranan sağlamlıq problemləridir. Əyləncəni, zarafatlaşmağı sevirlər. Pulu asanlıqla qazana bilirlər. Təriflənməyi sevirlər. Xəyal qurmağı sevirlər. 

Qan laxtalanması, sümük əriməsi, qalxanavari vəzi problemləri sıxlıqla rastlanır. Mübarizə ruhları güclüdür, zəif cəhətləri asanlıqla depressiyaya girmələridir.  

 

9. Sentyabr

Sentyabr ayında doğulanlar olduqca nizamlı insanlardır, hər şeyin öhdəsindən asanlıqla gələ bilirlər.  Tədbirli, diqqətli olduqları üçün tez-tez depressiyaya girirlər. Ağıllı olduqları üçün fərqli rola asanlıqla girə bilirlər. Özlərini təhlil edərkən qəddar olurlar. İdmanı sevirlər. Münasibətlərində çox seçici olurlar.

Astma və zob kimi problemlərlə üzləşirlər.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)

10. Oktyabr

Hədəflərinə asanlıqla çata bilirlər. Tanınmış lider olma potensialları var. İntiqam duyğuları yüksəkdir, biri ilə müzakirə apararkən hücuma keçə bilirlər. Söhbət etməyi çox sevirlər. İnadkardırlar. Sənəti, ədəbiyyatı, səyahəti çox sevirlər. 

Statiskalara görə uzun ömürlü insanların çoxu oktyabrda doğulanlardır. Miqren, qansızlıq və yüksək xolestrol kimi problemlərlə üzləşə bilirlər.

 

11. Noyabr

Noyabr ayında doğulanlar olduqca həssasdırlar. Stressə bağlı xroniki yorğunluq, depressiya və psixolojik problemlərə meyillidirlər. Başqalarına nümunə ola bilirlər.  Digər insanlardan fərqli düşünürlər. Asanlıqla təslim olmazlar. 

Qəbizlik, xroniki dəri xəstəlikləri, ürək infarktı kimi problemlərlə üzləşirlər.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)

12. Dekabr

Sadıq və cəsur insanlardır. Sevdikləri üçün etmədikləri heç nə yoxdur. Şanslı olduqları üçün zənginliyi və eşqi asanlıqla tapırlar. Sevməyi və sevilməyi çox sevirlər. Özləri ilə fəxr edirlər. 

Depressiya, ürək xəstəlikləri, bipolar kimi xəstəliklərə tutulurlar.

 

 

22 mart 2019
GO BACK