Qadin.NET / Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

 

1. Yanvar

Yanvar ayında doğulanlar doğuşdan lider ruhlu olurlar. Asanlıqla uğur qazanırlar. Olduqca inadkardırlar və başqalarını mühakimə etməyi sevməzlər. İnsanlar yanvar ayında doğulanları sorğulamadan izləyərlər. Öyrənməyi və öyrətməyi çox sevərlər. Başqalarını necə xoşbəxt etməyi bilirlər.

Yanvar ayında doğulan insanların statiskalara miqren, alzheimer, epilepsiya kimi xəstəliklərə tutulma riski yüksəkdir. Alimlər bunu ana qarnında olarkən və doğulduqdan sonra ilk vaxtlarda daha az günəş işığına məruz qalmaları ilə bağlıdır.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

2. Fevral

Fevral ayında doğulanlar hamıya qarşı anlayışlı olurlar. Ruh əkizlərini axtararlar, tapanaq qədər axtarmaqdan əl çəkməzlər. Romantik münasibətə çox bağlı olurlar. Həyatlarının eşqini tapmasalar, psixoloji problemlərlə mübarizə apara bilərlər. Ağıllıdırlar və azadlıqlarının əllərindən alınmasını sevməzlər. Üsyankardırlar. Başqalarının qayğısına qalmağı sevirlər.

Fevral ayında doğulanların sənətkar olma ehtimalları çoxdur. Yuxu pozuntuları və qalxanabənzər vəzinin xəstəliklərinə tutulmağa meyillidirlər. 

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

3. Mart

Martda doğulanlar heç böyüməyib, uşaq qalanlardır. İşsiz qalmaqları imkansızdır. Çox pul qazansalar da, qazandıqları pulu tez itirirlər. Pis vərdişlərə meyillidirlər. Asanlıqla əsəbləşə bilirlər. Xəyal qurmağı sevirlər.

Statiskalara görə mart ayında doğulanların astmaya tutulma riski çoxdur. Bunun səbəbi gün işığını az məruz qalmaları və D vitamini çatışmazlığı ilə əlaqəlidir. 

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

4. Aprel

Aprel ayında doğulanlar tez-tez peşman olduqları qərarlar qəbul edə bilirlər. Qərar verən şəxs olmağı sevirlər. Ağıllıdırlar. Asanlıqla dostluq qura bilirlər. İnsanların problemlərini asanlıqla həll edə bilirlər. Hərəkətlidirlər, özlərini və başqalarını asanlıqla motivasiya edə bilirlər.

Adətən baş və sinə xəstəliklərinə tutulurlar. Alkoqolik olma potensialları var. Bundan əlavə autizm, depressiya və mövsümi affekt halları müşahidə oluna bilər.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

5. May

İstedadlı olurlar, dostlarına dəyər verirlər. Digər insanlardan fərqli olaraq yalnız vaxt keçirməyi daha çox sevirlər. Motivasiyaları yüksəkdir. Onlarla ünsiyyət qurmaq asandır. Özlərini düzgün formada ifadə etməyə dəyər verirlər. Evliliyin müqəddəs olduğuna inanırlar. 

Adətən qulaq və boyun bölgəsində sağlamlıq problemləri ilə üzləşərlər. Şəkər xəstəliyinə və qlaukomaya qarşı həssasdırlar.

Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)

6. İyun

İyun ayında doğulanlar olduqca qısqancdırlar. Keçmişə ilişib qalırlar. Anı yaşaya bilmirlər. Mehriban insanlardan asanlıqla təsirlənirlər. Romantik olduqları qədər qısqancdırlar. 

İyun ayında doğulanlar daha çox görmə problemi ilə qarşılaşırlar. Revmatizma, bronxit kimi problemlərə də tutulurlar.

 


 

16 mart 2019
GO BACK