Qadin.NET / Qarğalar haqqında maraqlı məlumatlar

Qarğalar haqqında maraqlı məlumatlar

 

Qarğalar ölülərinin yanında qəribə davranışlar nümayiş etdirən quşlardır. Bu quş növü ölülərinin ətrafında toplanıb yüksək səslə oxuyurlar.

Qarğalar haqqında maraqlı məlumatlar

Bəziləri bunun bir növ dəfn mərasimi olduğunu iddia edir, amma əslində elm adamlarının əlində ehtimallardan başqa bir sübut olmadığı üçün bu qəribə davranışlar öz sirrini qorumaqdadır.

Bu məsələni araşdırmaq üçün bir təcrübə aparılıb. Tədqiqatda daha əvvəlki araşdırmalardan aşkar edilmiş qarğaların özlərinə təhdid kimi qəbul etdiyi simaları unutmadığı dəlilindən də istifadə edilib.

Əldə edilən məlumatlara əsasən qarğalar təhdid kimi gördükləri simaları başqalarına da ötürmə qabiliyyətinə malikdirlər. Beləcə, illər keçmiş olsa belə qarğalar sürü halında həmin simalı şəxsə qarşı qarıldamağa başlayırlar.

Qarğalar haqqında maraqlı məlumatlar

Təcrübə zamanı qarğaların qəzəbini çəkməmək məqsədilə bir şəxsə həqiqətə oxşar bir maska taxılır. Vaşinqton Universitetindən Kaeli Sviftin qarğalara bir qədər öncə yemək verdiyi bölgəyə maskalı şəxs göndərir. Burada Svift, qarğalara yemək verərkən, maskalı şəxs də 30 dəqiqə ərzində əlində ölü qarğa tutaraq Sviftə yaxınlaşır. Sviftin dediyinə görə, əlində ölü qarğa tutan maskalı şəxsin gəlişi ilə quşlar onlara verilənləri yeməklərdən tamamilə çəkinirlər. Bundan sonra qarğalar sürü halında toplanıb özlərinə təhlükə hesab etdikləri şeylərə qarşı yüksək səslə qarıldayaraq, hücum etməyə başlayırlar.

Tədqiqatçılara görə, bu davranışın birdən çox məqsədi olar bilər: təhlükəyə qarşı əks reaksiya, ağalıq nümayişi , təhlükəli şəxs, ya da ərazi ilə bağlı kütləvi təlimlər.

Qarğalar haqqında maraqlı məlumatlar

Maskalı şəxs, ertəsi gün əlində ölü qarğa olmadan həmin əraziyə gələndə qarğalar yenə yeməklərə yaxınlaşmır.

Bu nəticələr qarğaların özlərinə təhlükəli kimi qavradıqları ərazidən, ya da şəxsdən çəkindiklərini göstərir. Başqa sözlə, qarğalar ölümü bilir və ondan qorxur. Bundan sonra qarğalar sürü halında toplanıb özlərinə təhlükə hesab etdikləri şeylərə qarşı yüksək səslə qarıldayaraq, hücum etməyə başlayırlar.

Təhlükə qorxusu qalıcı olur və tədqiqatdan altı həftə sonra da 65 cüt qarğanın üçdə birindən çoxu eyni şəkildə reaksiya göstərir.

Bu kəşflər qarğaların insan simasının cizgilərini öyrənib xatırlamaq hafizələrinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Beləliklə, qarğalar təhlükəli şəxsləri zərərsiz insanlardan ayırmağı bacarırlar.

Qarğalar da artıq ölüm halını anlama və hətta yas saxlaması məlum olan az sayda heyvanlar arasında sayılır. Fil, zürafə, şimpanze və kargagil-lər ölülərinin yanında toplaşmasıyla tanınır.

 

Milli.Az

2 mart 2019
GO BACK