Qadin.NET / Fredi Merkuri və onun sevimli pişikləri

Fredi Merkuri və onun sevimli pişikləri

Fredi Merkuri və onun sevimli pişikləri


Bu gün, 17 fevral Dünya Pişiklər günüdür. Fərqli ölkələrdə fərqli günlərdə keçirililən pişiklər günü var. Bu günü isə 2002-ci ildə Beynəlxalq Heyvan Rifahı fondu tərəfindən təsis edilib. Pişiklər insanların ilk əhilləşdirdiyi və bu günə qədər dostluğunu davam etdiyi heyvanlardı. Mifalogiyada da yer tutan pişiklərə insanlar bir çox anlam yükləmişdir. 

 

Fredi Merkuri və onun sevimli pişikləri



 

Sizə özəl bir pişikdən bəhs etmək istəyirəm. Şəninə bir mahnı yazılan və musiqi tarixinin ən önəmli albomlarından birində özünə yer tapan Dilaladan. Dilala (Delilah) rok əfsanəsi "Queen" qrupunun solisti Fredi Merkurinin ən sevdiyi üçrəngli pişiyi idi.

Fredi uşaqlıqdan pişikləri çox sevmişdi. Həyatı boyu 10 pişiyi olduğu söylənir. Tom, Cerri, Romeo, Oskar, Tifani, Miko, Lili, Delila, Golayas...

 

Fredi Merkuri və onun sevimli pişikləri



 

Amerika və Almanyada da evi olsa da pişikləri Londonda olduğu üçün oranı evi sayırdı. Qrupu ilə səfərdə olanda zəng edib pişikləri ilə danışırdı. Hər yeni ildə bəzəkli qutularda pişiklərinə hədiyyələr alırdı. Bir müddət sevgilisi və ruhdaşı Meri Ostin əgər istəsə ona uşaq doğa biləcəyini söyləyir. Fredinin Meriyə cavabı belə olur - "Ondansa bir pişik də alaram, əzizim."

 

Fredi Merkuri və onun sevimli pişikləri

 

 

1985-ci ildə çıxardığı solo albomunu da pişiklərə həsr edib. " Albomumu Cerri, Tom, Oskar, Tifani və kainatdakı butün pişiklərə həsr edirəm, geri qalanlar cəhənnəm olsun." Fredi son göründüyü kliplərdən biri "Days of our lives"da üzərində pişiklərinin təsvir olunduğu bir jilet geymişdi.

 

Fredi Merkuri və onun sevimli pişikləri

 

 

1991-ci il, Fredi dörd ildi mübarizə apardığı AİDS xəstəliyinin son mərhələsində idi. Ən yaxın adamları ilə malikanəsinə qapanmışdı.

Günün çox hissəsini ən sevdiyi pişiyi, kişiləri yanıldan qadını simvolizə edən Dilala adıni verdiyi pişiyi ilə keçirirdi. Yataqda yanına oturan pişik onu heç tərk etmirdi. Və beləcə o mahnı doğuldu. İlk dəfə dinləyəndə əyləncəli gələn, hekayəsini, içindəki kədəri, yalnızlığı biləndə insanın içini buran mahnı.

"Səni sevirəm, Dilala. Sən məni xoşbəxt edirsən. Sən məni öpəndə ağlım başımdan gedir. Myo, myo, myo "

1991-ci il həm də o əfsanəvi albomun, "İnnuendo" hazırlanırdı. Qrup da, Fredi də bunun sonuncu albom olduğunu bilirdi. Bu fərqindəliklə bir-birindən möhtəşəm mahnılar yazıldı. Fredi "Delila" mahnısını da alboma qoymaq istədi. Qrup üzvləri tərəddüd etsə də, Fredi üçün əziz olan bu mahnını da səsləndirdilər. Hətta Brayn Mey gitara sololarını elə gözəl çaldı ki, Brayn gitarasını miyoldada bilir əfsanəsi yayıldı. Bu albomun qapağında da Fredi pişikləri ilə təsvir olunmuşdu.

 

 

Fredi ölüm ayağında övladları kimi sevdiyi pişikləri üçün narahat idi. Sonda evi kimi pişiklərinin qayğısına qalmağı da keçmiş sevgilisi və ruhdaşı Meri Ostinə vəsiyyət etdi.

17 fevral 2019
GO BACK