Hindistanda yaşayan, 27 yaşındakı Ralph Samuel, özünü " antinatalist" olaraq adlandırır.
Ralph Samuel, yaşadığımız dünyaya uşaq gətirmənin doğru olmadığını düşünür.
Özünü " uşaqsız hindli" olaraq adlandıran Samuel, bu dünyaya uşaq gətirməyin ətraf mühiti və sosial çöküşü sürətləndiricəyini düşünür.
Samuel belə düşünən tək insan deyil, fəqət işi məhkəməyə qədər aparan insandır.
Ralph Samuel, anası və atası onun razılığı olmadan onu dünyaya gətirdikləri üçün onları məhkəməyə verməyə hazırlaşır.
Xoşbəxt ailə mühitində böyüdüyünü və heç bir ehtiyac çəkmədiyini deyən Samuel, yenə də ailəsini məhkəməyə verməkdə qərarlıdır.
Bu dünyanın əzab verən yer olduğunu bildikləri halda dünyaya uşaq gətirdiklərini düşünür.
Samuel eyni zamanda nə uşağın ana-ataya borclu olduğunu, nə də ailənin uşağa borclu olduğunu düşünür.
" Heç bir uşaq ana və ya atasına borclu deyildir."
Tam tərsini ana və atalar üçün də keçərlidir. Sameulə görə valideynlərin də evlərinə xoşbəxtlik gətirdiyi üçün özlərini uşaqlara qarşı borclu hiss etməməlidirlər.
Samuelin fikirləri haqqında nə düşünürsünüz?