Qadin.NET / Qadın bədəni ilə bağlı maraqlı faktlar

Qadın bədəni ilə bağlı maraqlı faktlar

 

Qadın bədəni keçmişdən bu günədək öz sirrini qoruyub saxlaya bilib. Elmi araşdırmalar hələ də bir çox sirri aça bilməyib, demək olar ki, hər gün yeni-yeni maraqlı məlumatlar ortaya çıxır.

 

1. Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.

Qadın bədəni ilə bağlı maraqlı faktlar

2. Qadınlarda maddələr mübadiləsi bədəndəki yağı kişilərlə müqayisədə daha zəif əridir. Orta hesabla gündəlik 50 kkal-a qədər fərq var.

 

3. Qadınların immunitet sistemi kişilərlə müqayisədə daha güclüdür.

 

4. Kişilərin saçlarının telləri qadınlarınkından 2 dəfə daha qalındır.

 

5. Qadınlar kişilərdən çox şirniyyat çeşidi yeyirlər.

Qadın bədəni ilə bağlı maraqlı faktlar

6. Qadınların bədənində daha çox sinir telləri olduğu üçün ağrını kişilərdən daha çox hiss edirlər.

 

7. Rəngləri kişilərdən daha yaxşı seçirlər.

 

8. Kişilərdən daha çox göz qırpırlar.

Qadın bədəni ilə bağlı maraqlı faktlar

9. Qadınların üz dərisi kişilərinkindən 10 dəfə daha həssasdır.

 

10. Bədənləri kişilərdən daha elastikdir.

 

11. Kişilərdən daha yaxşı səs eşitmək qabiliyyətləri var.

 

12. Hamiləlikləri ərzində qadınların 30 faizdən çoxu yeyilməyəcək şeyləri yemək istəyirlər (torpaq, dəmir və s.).

Qadın bədəni ilə bağlı maraqlı faktlar

13. Qadınlar il ərzində 30-64 dəfə ağladıqları halda, kişilərdə bu rəqəm 6-17 arasında dəyişir.

 

14. İybilmə sistemləri kişilərlə müqayisədə daha çox inkişaf edib.

 

 

Teleqraf.az

6 yanvar 2019
GO BACK