Özüm doğma vətənim Azərbaycandan, şəhərlərin ən gözəli olan Bakımdan uzaq olsam da 1 dəqiqə də ağlımdan çıxmır. Hər gün daha da gözəlləşən Bakımız həm qonaqları, həm də vətən eşqi ilə yanan, qürbətdən qayıdan vətəndaşlarını hər il heyran qoymağa davam edir. Sizə gözəllər gözəli olan doğma Bakımızın ən romantik guşələrini təqdim edirəm.