Qadin.NET / Məşhurların doğulduğu evlər (foto)

Məşhurların doğulduğu evlər (foto)

Dünyanın ən məşhur və imkanlı şəxsləri hansı evlərdə doğulub və böyüyüblər?

 

Jay Z. 

Məşhurların doğulduğu evlər (foto)

 

Rep musiqisinin ulduzlarından olan və Beyonsun əri Jay-Z uşaqlığını Bruklinin Bedford Stuvyesant məhəlləsində keçirib. Böyüdüyü binanın bir uşaq üçün çox təhlükəli olduğunu söyləyən repçi binanın içində kokain həvəskarları və satıcılarının qaynadığını bildirib.

 

Entoni Hopkins 

Məşhurların doğulduğu evlər (foto)

 

Məşhur Hollivud ulduzu Entoni Hopkins bu gün Los-Ancelesdə möhtəşəm bir evdə yaşayır. Amma onun anadan olduğu ev çox sadədir. O, Port Talbotdakı bir evdə anadan olub. Aktyor bir neçə il əvvəl bu evi 180 min avroya almaq istəmişdi.

 

Deniel Redklif 

Məşhurların doğulduğu evlər (foto)

 

"Harry Potter" serialı ilə məşhurlaşan Deniel 12 yaşına qədər ailəsi ilə Qərbi Londondakı 4 yataq otağı olan bir evdə yaşayıb. Redklifin yaşadığı bu ev iyun ayında 1.4 milyon sterlinqə satışa çıxarılıb.

 

Donald Tramp

Məşhurların doğulduğu evlər (foto)

 

ABŞ prezidenti Donald Tramp uşaqlıq illərini Nyu-Yorkun Kuins məhəlləsində dəbdəbəli villada keçirib. 1940-ci ildə inşa edilən ev yay aylarında 1.65 milyon dollara satışa çıxarılmışdı.

 

Harri Stayls 

Məşhurların doğulduğu evlər (foto)

 

"One Direction" qrupunun üzvü Harri sentyabr ayında 6.87 milyon dollar ev alıb. O, uşaqlıq dövründə sadə və klassik bir evdə böyüyüb. İki yataq otağı və terası olan bu ev hələ də satışdadır.

 

Hillari Klinton

 

Məşhurların doğulduğu evlər (foto)

 

Keçmiş ABŞ prezidenti Bill Klintonun xanımı, ötən seçkilərdə Trampın rəqibi olan Hillari uşaqlıq illərini varlı təbəqənin yaşadığı İllinoysdakı bir məhəllədə keçirib. Park Ridcdəki iki mərtəbəli ev 1987-ci ildə Klintonun Arkanzasa köçmək qərarına gələn valideynləri tərəfindən satılıb.

 

Cimmi Fellon

 

Məşhurların doğulduğu evlər (foto)

 

Amerikanın ən məşhur tolk şou aparıcılarından olan Cimmi Fellon Nyu-Yorkun imkanlıların yaşadığı qəsəbəsindəki sadə bir evdə böyüyüb. İki mərtəbəli, virandası olan bina bu gün də qalır.

 

Castin Biber

 

Məşhurların doğulduğu evlər (foto)

 

Uşaq yaşlarında çəkdiyi videolarla çox məşhurlaşan və müğənni kimi dünya ulduzu olan Castin sadə bir evdə böyüyüb. Kanadanın Ontario şəhərində 3 yataq otağı və iki vanna otağı olan ev satışa çıxarılmışdı. Castinin babası sırf nəvəsinin məşhurluğuna görə evi çox baha qiymətə satmaq istəmişdi.

 

Keyt Middlton

 

Məşhurların doğulduğu evlər (foto)

 

İngiltərə şahzadəsi Uillyamın həyat yoldaşı Keyt iki yaşına qədər Bredfild Souzenddə böyüyüb. 1984-cü ildə isə Keyt ailəsinin işləri ilə əlaqədar İordaniyaya köçüb.

 

Ledi Qaqa

 

Məşhurların doğulduğu evlər (foto)

 

Bu günə qədər çox bahalı evləri satın alan Ledi sonuncu dəfə Frenk Zappanın köhnə evinə 5.25 milyon dollar sayıb. Ledi Qaqa Manhettenin qərb hissəsindəki bir binada böyüyüb. Əsl adı Stefani Germanotta olan Qaqa 7 yaşı olanda ailəsi ilə birlikdə başqa bir binaya köçüb.

 

Teylor Svift

 

Məşhurların doğulduğu evlər (foto)

 

Teylor 14 yaşına qədər XVIII əsr romanlarından çıxmışa bənzər bir evdə yaşayıb. Onun musiqi karyerasına görə ailəs Neşvilə köçüb. Boş qalan ev isə 2007-ci ildə yeni sahibinə qovuşur.

 

Milli.Az

18 dekabr 2018
GO BACK