Qadin.NET / Özlərini pulla həbsə atan koreyalılar

Özlərini pulla həbsə atan koreyalılar

 

İş, məsuliyyət və problemlər həyatı çətinləşdirə bilir. Çox vaxt, hamıdan qaçıb, uzaqlaşmaq istəyir insan. Rahat nəfəs almaq istəyirik.

 

Özlərini pulla həbsə atan koreyalılar
 

 

Ancaq Cənubi-Koreyda bütün bunlar onlar üçün daha da çətin hal alır. Cənubi-Koreya həftəlik iş saatlarının çoxluğuna görə dünyadakı siyahıda başlardadır.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Eyni zamanda rəqabətcil sistem və qatı iş rejimi insanların çox çətin şərtlər altında yaşamağına səbəb olur. Təhsil sistemi olduqca təzyiq edən quruluşa malikdir. 

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Bunun sübutu olaraq, ölkədə intiharların çox olmasını göstərə bilərik. Cənubi-Koreya intiharların sayına görə dünyada ikinci yerdədir.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Bunun nəticəsində "Prison İnside Me" adlı həbsxana yarandır. Quruculardan Noh Ji-Hyang isə bu saxta həbsxana fikrinin ilhamını həftədə 100 saat işləyən vəkil ərindən aldığını deyir.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Ərinin " Yalnız 1 həftə dincəlmək üçün və daha yaxşı hiss etmək üçün otaq həbsini seçərdim" sözlərindən ilhamlanmışdır.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Bu quruma pul ödəyərək, özlərini həbs edən insanlar özlərini daha azad hiss etdiklərini bildirirlər. Eyni zaman azadlığın və xoşbəxtliyin dəyərini anladıqlarını bildirirlər.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

 2013-cü ildən bu günə qədər 2000 - dən çox insan bundan faydalanmışdır. Həbsxanada qalanlar 24 saat üçün təxminən 70 euro verirlər. 

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Həbsxana qaydaları sərtdir. Digər məhkumlarla danışmaq qadağandır. Mobil telefon və saat istifadə etmək olmaz. Müştərilər mavi formalar geyinirlər. 

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Həbsxanaya girən müştərilərə yoga xalçası, çay seti, qələm və dəftər verilir. Yemək olaraq qaynadılmış kartof, axşam yeməyinə bananlı kokteyl, səhər yeməyində düyü yeməyi verilir. 

 

Özlərini pulla həbsə atan koreyalılar

 

Yüzlərlə koreyalı bu şərtləri qəbul edərək 24 saatlıq özlərini bura həbs edirlər. Müştərilərin çoxu ofis işçiləri və tələbələr olur.

 

Özlərini pulla həbsə atan koreyalılar

 

 

 

Özlərini pulla həbsə atan koreyalılar

 

4 dekabr 2018
GO BACK