Qadin.NET / Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!

Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!

 

Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!

 

Gündəlik həyatımızda tez-tez atalar sözlərindən istifadə edirik.
Bəziləri həqiqətən lap yerinə düşür bəzilərini isə eşidəndə özümüz də təəccüblənirik!
Sizinlə bir neçə atalar sözünü müzakirə etmək istərdim.
Məsələn:aşağıdakı atalar sözlərinin mənasını necə başa düşmək olar?

 

 

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
***
Çox bilirsən, az danış.
***
Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
***
Ağıl başda olar, yaşda olmaz.
***
Dost yaman gündə tanınar.
***
Zəhmət-torpaqda , nemət-süfrədə.
***
İş insanın cövhəridir.
***
Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
***
Tənbələ dedilər dur qapını ört,dedi külək örtər.və.s........

Amma indi gəlin aşağıdakı atalar sözlərini diqqətlə oxuyaq.
Başını keçəl eləmə,

Hər keçəlin taleyi bir olmaz.
***
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı
***
Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
***
Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
***
Ağlı olan məscidə getməz.
***
Molla aşı gördü, yasini yadından çıxartdı.
***
Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz.
***
Qonşu qonşu olsa, kor qız ərə gedər...
Sonda ən çox bəyəndiyim bir atalar sözünü sizlərnən bölüşmək istədim.


Bülbülü saldılar qəfəsə dedi:

"Ay vətən, ay vətən",

buraxdılar, qondu tikan koluna, dedi:

" Can vətən, can vətən"


Bəs siz xanımlarımız gündəlik həyatınızda hansı atalar sözündən daha çox istifadə edirsiniz?

3 sentyabr 2011
GO BACK