Qadin.NET / Balalarını udan qurbağa

Balalarını udan qurbağa

 


 

Rheobatrachusilus” adı verilən bu qurbağa növü Avstraliyanın Adelade Universitetindən Zooloq Mixayel Tayler ilə onun köməkçisi Devid Karter tərəfindən kəşf edilmişdir.Qurbağa yumurtadan çıxmağa az qalan balalarını təhlükəsiz böyümələri üçün udurmuş.Qurbağanın mədəsinə girən qurbağaların həzm edilməməsi üçün həzm sisteminin fəalliyyəti dayanır.Dişi qurbağa əvvəlcədən mədəsinə yığdığı qida maddələrini bağırsağa buraxır və mədənin forması tamamilə dəyişərək bala qurbağalar üçün təhlükəsiz bir hala gəlir.Bu dövrdə qarınqulu kimi tanınan bu qurbağanın iştahı tam kəsilir və yumurtadan çıxma dövrü tamamlanıncaya qədər bu heyvan tam 2 ay ac qalır.Yumurtaların inkişaf edərək böyüməsi nəticəsində mədə böyüyür və ağ ciyərə yapışır.Bunun nəticəsində isə ağ ciyərin fəalliyəti dayanır.Bəs qurbağa necə nəfəs alır?Qurbağa dərisi ilə nəfəs almağa başlayır.Yumurtadan çıxan qurbağalar sonradan qida borusu ilə gəlib ana qurbağanın ağzından bayıra çıxırlar.Mədə bala qurbağaların çıxmasından 8 gün sonra normal şəklini alır və qurbağa yeyib-içməyə başlayır.

27 avqust 2011
GO BACK