Qadin.NET / Çərəzlər

Çərəzlər

 

Çərəzlər
 
Ləpə:
Qoz ,fındıq , badam və s .Bərk qabıqlı meyvələrin (qaysı və s) çəyirdəyinin ,bostan bitkilərinin (qovun ,qarpız),günəbaxanın tumlarının içi süfrəyə çərəz kimi verilir.Onlardan müxtəlif şirniyyat və qənnadı məmulatı hazırlanır.

Qoz:
Qoz kimilər fəsiləsindən ağac.Uzun ömürlü ,iri gövdəli ,hündürlüyü 20-30 m və daha çox diametri 1,5m-dir.Iri yarpağı mürəkkəb lələkvaridir.Ikiləpəli meyvəsinin forması yumru ,yaxud uzunsov yumrudur; xariçi meyvəyanlığı yaşıl ,ətli qabığı oduncağa bənzərdir.Rütubətə,torpağa və işığa tələbkar istisevən ,20 c şaxtaya davamlı bitkidir.Calaq edilmiş ağaclar əkiləndən 8-10 il sonra 150-200 il meyvə verir ləpəsində 45-77 %yağ ,18-1% zülal ,12-20 %karbohidratlar,B1 vitamini ,A provitamini və s olur.1kq Qoz ləpəsi qidalılığına görə birlikdə götürülmüş 1kq ət ,çörək ,balıq ,kartof ,süd və armudu əvəz edir.Qoz ləpəsinin kalorisi çörəkdən 3 kartofdan 7,süddən 11dəfə artıqdır.

Fındıq:
Fındıqkimilər fəsiləsindən kol, bəzən ağac cinsi.Dünyada 20 növü o cümlədən Azərbaycanda 3 növü məlumdur (əsasən Şəki - Zaqatala zonasında).Tərkibində70%yağ ,şəkər ,dənizduzu ,B1 vitamini var.Xalq təbabətində fındıq ləpəsindən ağrıkəsici vasitə kimi istifadə edilir.Revmatizm xəstəliyinin müalicəsində həmçinin orqanizm qüvvədən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır.Ləpəsi çərəz kimi yeyilir ondan bir sıra qənnadı məmulatı və şirniyyat (şəkərbura,paxlava və s) hazırlanır.

Badam:
Gülçiçəklilər fəsiləsindən olan badam ağacının meyvəsi.Ləpəsində aniqdalin qlükozidi ,orta hesabla 6%-ə qədər su,21%azotlu,13% azotsuz maddə ,54% yağ ,4% selliloz,2% kül var.Ləpəsi yeyilir,qənnadı məmulatlarının hazırlanmasında və təbabətdə ,qabığı isə şərab və konyak istehsalında istifadə edilir.Müxtəlif xəstəliklər zamanı bədəni gücləndirən qida kimi məsləhət görülür.

31 avqust 2011
GO BACK