1. Ana pişiklər balalarını rahatlatmaq və xoşbəxt etmək üçün pəncələri ilə masaj edirlər. Əgər bu masajı sizə edirsə, sizi sevdiyini göstərir.
2. Pişiklər xoşbəxt olduqda mırıldayırlar. Ona oxşadıqda mırıldayırsa, demək sizi sevir və xoşbəxtdir.
3. Pişiklər sevdikləri insanın yanında olmasını istəyər. Evdə, küçədə ayaqlarınıza dolanırsa, sizi sevir.
4. Pişiklərin qarın bölgəsi həssasdır. Kürəyi üstü uzanıb qarnını sizə göstərirsə, demək sizə etibar edir.
5. Sizin uzun göz təması qurursa, gözlərini xəfif qısıb qırpırsa sizi sevir.
6. Pişiklər üçün dostluq və sevgi göstərmək başlarını başınıza toxundurmalarıdır.
7. Evin hər hansı yerində olmaqdansa, hər fürsətdə yanınıza gəlirsə, sizi sevdiyini başa düşə bilərsiniz.
8. Pişiyiniz quyruğunu dik tutub ucunu titrədirsə, sevdiyini göstərir.
9. Yanağını sizə toxundurursa, sizə etibar edir və sevir.