Qadin.NET / "Qızıl ştat"-Kaliforniya

"Qızıl ştat"-Kaliforniya

Kaliforniya deyəndə insanın ilk fikrinə dəniz kənarında gözəl istirahət düşür. Lakin ABŞ–ın 31 – ci ştatının başqa özəllikləri də var. Deyilənlərə görə, burda milyonçu olmaq asandı. Bəzi insanlar inanırlar ki, amerikan arzuları Kaliforniyada həyata keçir.

Kaliforniya ABŞ – da Alyaska və Texasdan sonra III ən böyük ştatdır. Əhalisinin sayına görə isə I ştatdır. Landşaftı zəngin və müxtəlifdir. Ənənəvi olaraq, Kaliforniyanı təbiətinə və burda qızıl tapıldığına görə “Qızıl ştatı” adlandırırlar.

 

 

Paytaxtı – Sakramento

Ərazisi - 411,1 min kv km

Təxminən 480-ə yaxın şəhəri var. Böyük şəhərləri – Los-Anceles (Los Angeles), San-Diyeqo (San Diego), San-Xose (San Jose), San-Fransisko (San Francisco), Lonq Biç (Long Beach),Fresno (Fresno), Sakramento (Sacramento), Santa-Ana (Santa Ana), Anahaym (Anaheim).

Ərazisində təxminən 8 minə yaxın göl var, ən dərini Taxo gölüdür (Lake Tahoe), dərinliyi 427 m. çatır.

Dünyanın 7-ci ən böyük asma körpüsü – “Qızıl qapı körpüsü”(Golden Gate və ya Chrysoplae) San-Fransiskoda yerləşir.

Məşhur kino festivalın keçirildiyi yer – Hollivud (Hollywood), Yahoo, Google kimi iri şirkətlərin qərargahları da burada yerləşir.

 













29 avqust 2011
GO BACK