Qadin.NET / Forbes jurnalına görə ən çox qazanan aktrisalar

Forbes jurnalına görə ən çox qazanan aktrisalar

Forbes" jurnalı dünyanın ən çox qazanan aktrisalarının beşliyini hazırlayıb.

 

Amerikalı aktrisa Skarlett Yohansson siyahıya liderlik edir. O, 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və ən yüksək maaşlı aktrisa olub.

 

Forbes jurnalına görə ən çox qazanan aktrisalar

 

S.Yohansson üçün əsas gəlir mənbəyi "Qisasçılar" silsiləsindən olan "Qara dul qadın" filmində oynadığı rus casusu rolu olub. Bu rol onun gəlirini 4 dəfə artırıb.

 

Siyahıda ikinci yeri "Malefisenta 2" ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub.

 

Forbes jurnalına görə ən çox qazanan aktrisalar

 

 

"Dostlar" teleserialının ulduzu Cennifer Eniston ötən illə müqayisədə bir pillə geriləyərək 19,5 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb.

 

Forbes jurnalına görə ən çox qazanan aktrisalar

 

 

Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır. publika.az

 

Forbes jurnalına görə ən çox qazanan aktrisalar

 

 

 

Milli.Az

18 avqust 2018
GO BACK