Qadin.NET / Cəfəri, Kərəviz, Şüyüd

Cəfəri, Kərəviz, Şüyüd

                 Çox yaxşı tanıdığımız, sevə-sevə yeməklərimizdə istifadə etdiyimiz cəfəri, şüyüd, kərəvizdən qədim zamanlarda, min illər bundan əvvəl, çələng hörür, buket düzəldirdilər...

         Misirdə, sonralar isə Yunanıstanda cəfəridən hörülmüş çələngi kədər əlaməti olaraq başa taxırdılar. Cəfəri kədər simvolu hesab olunurdu. Hətta şadlıq edənlərin başına ən gözəl çiçəklərdən hörülmüş çələng taxanda da, çələngə cəfəri göyünün yaşıl qıçalarını hörürdülər, bununla şənlik edənlərə xatırlatmaq istəyirdilər ki, sevinc əbədi deyil.

          Kərəvizi isə əksinə, şadlıq əlaməti sayırdılar. Qədim zamanlarda yunanlar bayram günlərində evlərini kərəvizlə bəzəyirdilər. Yarışlarda qaliblərin başına bəzən kərəviz çələngi qoyurdular. Karfagenlilər kərəvizi öz bağlarında başqa gözəl çiçəklərlə yanaşı əkirdilər. Sardiniya adasının qədim pulunda içərisində kərəviz budaqları olan yekə güldana söykənmiş bir qadın şəkli əks etdirilmişdir.

           Qədim Yunanıstanda ətirli şüyüd budaqlarını da çox qiymətləndirirdilər. O vaxt yəqin heç kəsin ağlına gəlməzdi ki, bu şüyüdü xırda-xırda doğrayıb xörəyə vurmaq olar.

           Qədim Yunanıstan şairəsi Safo şerlərinin birində yazırdı:

Tər şüyüdləri,

Zərif əlinlə

Dər çələng üçün!

 

Şüyüdün faydaları.

Tərkibi C, B1, B2, PP, A vitamini, fol və nikotin turşusu və bəzi mikroelementlərlə, kalium, kalsium, dəmir, fosforla zəngindir. Mədə-bağırsaq üçün əvəzedilməzdir. Xolesterolu azaldır. Göz xəstəliklərinə xeyirdir. Bədəni qüvvətləndirir. Ananın südünü artırır. İnək südündə 117 milliqram kalsium, şüyüddə isə 208 milliqram kalsium olduğu üçün inək südünün alternativi sayılır. Buna gore sümüklərimizin, dişlərimizin qayğısına qalmaq, onların möhkəm olmasını istəyiriksə şüyüdü yeməklərimizdə bol istifadə etməliyik.

Hamilə qadınlara isə yemək məsləhət görülmür.


Cəfərinin faydaları

Cəfərinin yarpaqları PP, K, C, B1, B2, karotin, zülal, fol turşusu, mineral duzlarla zəngindir. Bir cəfəri bağı gündəlik C vitamini və karotini əvəz edir. Cəfərinin qəbulu qastrit, astma və bronxitdə, ürək xəstəliklərində, qanazlığında xeyirlidir. Depressiyada olan insanlara xeyir edir. Sidikqovucu təsiri də vardır. Kosmetologiyada yağlı dəri üçün maskalarda geniş istifadə olunur.


Kərəvizin faydaları

Kərəviz C, B1, B2, A vitaminləri, yod, fosfor, dəmir, kalsium, maqneziumla zəngindir. Kərəvizi salatlarda, suplarda ədviyyat əvəzi, isti quru yeməklərdə isə sous kimi işlədilir. Maddələr mübadiləsini tənzimləyir, toksinləri bədəndən təmizləyir, böyrək, qaraciyər, sidik kisəsi xəstəliklərində istifadə olunur. Bədəndə duzların yığılmasını azaldır. Cinsi istəyi artırır, yüksək təzyiq, şəkər, prostat xəstələrinə xeyirlidir. Öskürəyi kəsir, iştahı açır, ana südünü artırır, mədəni gücləndirir. Sızanaqları məhv edir, dəriyə parlaqlıq verir. Yaddaşsızlığa qarşı çox xeyirlidir.

23 avqust 2011
GO BACK