Qadin.NET / Maraqlı araşdırmalar

Maraqlı araşdırmalar

Pəhriz saxlayanların beyin hüceyrələri bir-birini yeyirmiş 

Maraqlı araşdırmalar

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, New Yorkdakı Yeşiva Universiteti Albert Eynstein Tibb Fakültəsindən olan araşdırmaçılar bədənin digər bölgələrində olduğu kimi, beyin hüceyrələrinin də qıtlığa qarşı son enerji qaynağı olaraq özünə müraciət etdiyini təyin edib. Pəhriz saxlamaqla arıqlamaq istəyənlərdə qida çatışmazlığının beyin hüceyrələrinin bir-birini yeməsinə gətirib çıxardığını, bununla da aclıq hissinin daha da artdığı bildirilib.  

Araşdırmaçılar bədənin aclığa yağ turşularını çıxarmaqla cavab verdiyini, bunun da beyindəki aclıq siqnallarını və bu səbəbdən yemək istəyini daha da artırdığını ifad edib. Araşdırma pəhriz saxlayanların bir çoxunun arıqlaya bilməməsinin səbəblərinə də açıqlıq gətirir.
Alimlər bu araşdırmanın özünü yeni elm kimi sübut etmiş arıqlama üsullarının tapılmasını təmin edə biləcəyini ifadə edib. Siçanlar üzərində aparılan təcrübələrdə beyin hüceyrələrinin öz-özünü yeməsini önləməyin aclıq səviyyəsinin yüksəlməsinə də mane olduğu təyin olunub.

Inək südü körpələr üçün çox duzludur

 

 

"European Journal of Clinical Nutrition" jurnalında nəşr olunan araşdırmada inək südünün ana südündən dördqat daha duzlu olduğu ifadə edilib.
Bristol Universitetindən Dr. Pauline Emmett ilə Vicky Cribbin təxminən 1200 yeni doğulmuş və 8 aylıq körpələr üzərində apardıqları araşdırmada hər 10 körpədən 7-nin bəslənməsində normadan çox duza rast gəlinib. Alimlər inək südünün 100 millilitrində 55 milliqram duz olduğunu və bu nisbətin ana südündə 15/100 olduğunu ifadə ediblər.
Gündə 700 millilitr inək südü içən körpənin təkcə bu qidadan 385 milliqram duz qəbul edəcəyi, bunun bir yaşına qədər olan körpələr üçün tövsiyə edilən gündə 1 qram duzun az qala yarısına bərabər olduğuna diqqət yetirilib.
Araşdırmaçılar "Bu araşdırmalar bu yaşda olan körpələrin duz qəbulunun əhəmiyyətli dərəcədə azaldılmasının lazım olduğunu göstərir. Buna görə də 1 yaşdan tez olmayaraq körpələrə inək südü verilməməsi məsləhətdir" deyə bildirib
.

8 sentyabr 2011
GO BACK