Qadin.NET / Uşaq istismarı yoxsa sənət?

Uşaq istismarı yoxsa sənət?

10 yaşındakı model Thylane Loubry Blondeaunun Vogue Paris jurnalında nəşr olunan fotoşəkilləri moda dünyasında mübahisə  yaratdı.

Uşaq istismarı yoxsa sənət? 

Köhnə futbolçu Patrick Blondeau və moda dizaynçısı Véronika Loubryun qızları 10 yaşındakı model Thylane Loubry Blondeaunun, Vogue Parisdəki makiyajlı və paltarlı fotoşəkilləri, 'uşaq istismarı' müzakirəsini də özü ilə gətirdi. Blondeau, modellik karierinə hələ beş yaşında uşaq model olaraq çıxdığı Jean-Paul Gautier nümayişində başlamış.

 

Ailəsinin də dəstəyiylə bir müddətdir modellik edən 10 yaşındakı Blondeaunun fotoşəkilləri moda ətraflarında 'seksual' olduğu səbəbiylə tənqid olunarkən, hələ uşaq yaşdakı Blondeaunun yetkin bir qadın kimi təsvir edilməsinin  də qəbuledilməz olduğu deyildi. Uşaq istismarına qarşı mübarizə edən təşkilatlar və feminist qruplar isə fotoşəkillərin dərhal dövriyyədən qaldırılması və ailənin cəzalandırılması lazım olduğu bildirirlər.

Uşaq istismarı yoxsa sənət?
Uşaq istismarı yoxsa sənət?

 Uşaq istismarı yoxsa sənət? 
 

24 avqust 2011
GO BACK