Qadin.NET / Niyə yaradıcı ola bilmirsiniz?

Niyə yaradıcı ola bilmirsiniz?


Fikirlərinizi söyləməkdən çəkinirsinizmi? Yoxsa fikriniz yoxdurmu?
Unutmayın, hər kəsin bir fikri vardır. Əksini iddia edirsiniz, yaradıcılığınıza maneə törədilmişdir.
Necə? 
Ən böyük faktor mənfi tənqiddir.
Mütəxəssislər “Fərqli bir fikir eşitdiyimiz zaman insanların sahib olduğu təbiətə uyğun olaraq buna qarşı çıxa bilərik. Çünki fizioloji olaraq biz nizamlı bir qəlibin içində tapılmaq üzrə proqramlaşdırılmışıq. Xaricdən eşitdiyimiz fikirlər bizi narahat edə bilər” - deyir.
Çalışdığınız firmanın müdirinə hansısa fikri bildirdiyiniz zaman birbaşa "Büdcəmiz yoxdur, insanlar bunu qəbul etməz, müştərimiz bunu bəyənməz, cəmiyyət nə deyər, baş direktora qəbul etdirə bilmərəm" kimi mənfi reaksiyalar verirsə, bu, sizi ruhdan salır. Mənfi tənqidlər yaradıcılığımızı öldürür, fikirlərimizi darmadağın edir.
Xüsusilə də kiçik yaşdakı uşaqlara eyni mənfi reaksiyalar veririksə, demək, onun fərdi inkişafında böyük ziyanlara səbəb oluruq. Uşaqları böyüdərkən irəli sürdükləri təkliflərə "Belə olmaz, bu da hardan çıxdı, indi vaxtı deyil” şəklindəki mənfi reaksiyalarımızla fikirlərini qarışdırır və marağını içində boğuruq. 
Ə
slində, "Bunu birlikdə necə həll edə bilərik?" şəklində düşünüb həll yolu tapmağın, təklifinə əhəmiyyət verməsəniz də, onun fikirlərinə qiymət verdiyinizi bildirmənizin  çox böyük faydası var. Əks təqdirdə, uşaq maraqlarını sorğu-sual edə bilmir. Nəticədə fərqli fikirlər inkişaf etdirmir və əsla yaradıcı ola bilmir.
20 avqust 2011
GO BACK