Qadin.NET / Qanı ilə 2,4 milyon körpəni xilas etdi

Qanı ilə 2,4 milyon körpəni xilas etdi

Qanı ilə 2,4 milyon körpəni xilas etdi

60 il ərzində hardasa hər həftə qan verdi, milyonlarla körpə onun sayəsində yaşamağa davam etdi. Qanındakı xüsusi antikor sayəsində 2,4 milyon körpənin həyatını xilas edən James Harrison 81 yaşında təqaüdə çıxdı. Harrison, ilərlyən yaşına rəğmən, 1973-cü il və son dəfə qan verərək tarixə adını yazdı.

 

Qanı ilə 2,4 milyon körpəni xilas etdi

 

 

Milyonlarca körpənin qurtuluşu oldu

  James Harrison, qanında olan maddə sayəsində qan zəhərlənməsi yaşayan milyonlarla körpə üçün qurtuluş oldu. Hər şey James Harrisonun 14 yaşında keçirdiyi ağciyər əməliyyatı ilə başladı. Üç ay xəstəxanada qalan harrisona 13 ünite qan verildi. Sağalandan sonra qan bağışlamağa qərar verdi. 18 yaşında qan verməyə başlayan Jamesin qanında nadir tapılan bir antikora rastlandı. Həkimlər o dövrdə yeni doğulan körpələrdə ölümə səbəb olan, resus xəstəliyinə qalib gəlməkdə uğursuz olurdular. Ana və körpələrin arasında qan uyğunluğu olmamasına yol açan bu xəstəlik, 1960-cı illərdə Harrisonun qanından istehsal olunan "anti d" adlı plazma ilə müalicə edildi.

 

Qanı ilə 2,4 milyon körpəni xilas etdi

 

 

Xüsusi bir qana sahibdir

Harrison, iynədən çox qorxmasına rəğmən axsatmadan hər həftə qan verdi. Neçə illər ölkədə milyonlarla körpə ölümdən Harrison sayəsində xilas oldu. Harrisonun xilas etdiyi körpələrdən biri də öz nəvəsi idi. Mütəxəssislər dünyada bu xüsusi qana sahib olan təxminən 200 nəfərin olduğunu təxmin edir.

22 may 2018
GO BACK